Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda 1-ci liqanın 26-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Araz Saatlı” – “İmişli” oyununun 87-ci dəqiqəsində “İmişli”nin futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd etdiyinə görə 4 oyun, həmçinin 17.04.2024-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 5 oyun cəzalanıb, “İmişli” klubu 300 manat cərimə edilib.
Həmçinin bildirilib ki, “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda qonaq komandanın azarkeşləri tərəfindən Lökbatan OİK stadionunda 3 ədəd oturacağın sındırılması, “Şamaxı” futbolçuları tərəfindən soyunub-geyinmə otağında 1 ədəd qapının yararsız hala salınması ilə bağlı Lökbatan OİK stadionuna dəymiş zərər “Şamaxı” klubu tərəfindən ödənilsin.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”