“İlk növbədə gərgin, gözəl oyuna görə “Qaradağ-Lökbatan” komandasına təşəkkür edirəm. Hakimlərə, eləcə də yüksək təşkilatçılıqda rolu olan hər bir kəsə minnətdaram. Mənə elə gəlir ki, azarkeşlər bu oyundan zövq ala bildilər”.
QOL.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov 1-ci liqanın 25-ci turunda səfərdə “Qaradağ-Lökbatan”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Mütəxəssis hesabda önə keçdikdən sonra müdafiəyə çəkilmələrinin səbəbini belə izah edib: “Bizə qəhrəmanlıq, çempionluq lazımdır. Dəfələrlə gözəl oyun sərgiləyib, xal itirdiyimiz matçlar olub. Tarixdə yaxşı və ya pis oyun yox, nəticə qalır”.
O, hesabda geri düşdükdən sonra fasilədə lazım olan sözləri futbolçularına dediyini bildirib: “Komanda olaraq əvvəldən qələbəyə köklənmişdik. Mən hələ 5-6 tur öncədən demişdim ki, futbolçularıma inanıram, biz lider ola bilərik. Komanda bu gün bir daha xarakterini ortaya qoydu. Biz arxayınlıqdan xallar itirmişik”.
Maraqlıdır ki, Ramiz Məmmədov kimi, “Qarabağ-Lökbatan”ın baş məşqçisi Azər Həşimov da Mingəçevir futbol məktəbinin yetirməsidir. R.Məmmədov bildirib ki, bu məqam iki məşqçi arasında hər hansı rəqabət yaratmayıb: “Azər mənim kiçik qardaşımdır, əzizimdir. Hər zaman öz mərifəti, qanacağı ilə Azərbaycan futbolunda seçilib. Bu gün qardaşlıq öz yerində, futbol öz yerində idi. Azərə də, “Qarabağ-Lökbatan”ın rəhbəri Sadıq müəllimə də (Sadıq Sadıqov nəzərdə tutulur-red.) uğurlar arzulayıram”.
Bu gün “Qaradağ-Lökbatan”ı məğlub etdikdən sonra “Şamaxı” sona 1 tur qalmış liderliyi ələ keçirib. Lakin Ramiz Məmmədov bildirib ki, indidən çempionluq barədə düşünmür: “Biz hələ çempion olmamışıq. Bəli, bu, “qızıl oyun” idi. Lakin çempion son turda müəyyənləşəcək”.
Mütəxəssis son turda qarşılaşacaqları “Araz Saatlı”nın autsayder olmasının heç bir əhəmiyyət kəsb etmədiyini söyləyib: “Turnir cədvəlinə fikir verməmişik. Autsayderlə matça belə liderlə görüşə çıxırmış kimi köklənmişik. Bütün rəqiblərə hörmətlə yanaşmışıq. Çünki çempionatda zəif komanda yoxdur”.
“Növbəti matçda da bugünkü görüşdəki kimi VAR-ın olmasını istərdiniz?” sualını “Şamaxı”nın çalışdırıcısı belə cavablandırıb: “Olsa, sevinərdik. Lazım gəlsə, bununla bağlı PFL-ə müraciət edəcəyik”.
Sonda isə Ramiz Məmmədov hələlik rəhbərliklə yeni mövsümlə bağlı müzakirələr aparmadıqlarını vurğulayıb: “Çempionat bitdikdən sonra bu barədə danışacağıq. Biz hələ çempion olmamışıq. Hazırda müvəqqəti olaraq liderliyə yüksəlmişik. Yalnız çempionluqdan sonra rəhbərliklə bu barədə müzakirələr aparmaq olar”.
"Turan Tovuz" "Zirə"yə belə qalib gəldi - Video
"Bir xalı qənaətbəxş sayıram" - Saşa İliç
"Turan Tovuz" 3-cü pilləyə yüksəldi, Sumqayıtda heç-heçə
Azərbaycan çempionatında final partiyaları oynanılıb
Sadıqov “Turan Tovuz” azarkeşlərinin şüarı haqda - Video
"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdıyev
"Komandada çaşqınlıq var idi" - Rəşad Sadıqov
"Sumqayıt" - "Qəbələ": Heyətlər açıqlandı
Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyir
Azərbaycana millilərinin toplanışı başladı
"İnter" üçün ağır xəbər
Neymardan açıqlama: Karyerasını başa vura bilər
"Turan Tovuz" - "Zirə": Heyətlər
Misli Premyer Liqası bundan sonra 2 kanalda - Rəsmi
Azərbaycanda bu federasiyanın adı dəyişdirildi
"Yuventus"un yeni formaları - Şəkillər
Azərbaycan klubunda 27 yaşlı baş məşqçi
AFFA bölgə klubunun baş məşqçisini cəzalandırdı
FİFA Qəzzada futbol layihələrinə yatırım edəcək
"İnter" UEFA-ya şikayət etdi
13 il, 80-ci qol
Azərbaycan boksçuları üçün ilin ilk beynəlxalq sınağı
PSJ və Mbappe arasındakı qalmaqalda yeni irəliləyiş
Kante: "Qələbə qazanacağımıza inanmalıyıq"
Tedesko: "Məğlubiyyətə layiqik"
Azərbaycan çempionatında medal görüşləri başlayır
Qrizmann Anrini geridə qoydu
Millimiz Moldova ilə qarşılaşacaq
Azərbaycan millisi Özbəkistanla üz-üzə
"Samsunspor" "Şkendiya"ya belə qalib gəldi - Video
"İmişli"də yeni yarımmüdafiəçi
Azərbaycan UEFA reytinqində gerilədi
"Fənərbaxça"nın buraxdığı 3 qol - Video
Əliyar Ağayevdən 1 qırmızı, 2 sarı vərəqə
Konfrans Liqasında pley-off mərhələsi başladı
“Fənərbaxça” pley-offa böyükhesablı məğlubiyyətlə başladı
"Arsenal" Saka ilə müqaviləni uzatdı
Premyer Liqa klubları koreyalı futbolçunu hədəfə aldı
UEFA-dan "Fənərbaxça"ya qadağa
"Aston Villa" yenidən ona göz dikdi