Bu gün Azərbaycan 1-ci liqasında 26-cı tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun mərkəzi matçında lider "Qaradağ Lökbatan" 2-ci yerdəki "Şamaxı"nı qəbul edib.
Görüş mövsümün qalibinə aydınlıq gətirə bilərdi. "Qaradağ Lökbatan" qalib gəlsə, çempionluğu rəsmiləşdirəcəkdi. Ancaq oyun "Şamaxı"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı" xallarını 54-ə çatdıraraq liderliyə yüksəlib.
Beləliklə, çempion komanda sonuncu - 27-ci turda müəyyənləşəcək. Son turda "Şamaxı" autsayder "Araz Saatlı"nı qəbul edəcək, "Qaradağ Lökbatan" isə "Mingəçevir"in qonağı olacaq. Hər iki oyun mayın 22-də keçiriləcək.
16 may (cümə axşamı)
17:00. “Qaradağ Lökbatan” – “Şamaxı” - 2:3
Qollar: Seyxan Fərəcov, 14, Xəlil Bəşirov, 40 - Emin Zamanov, 31, 48, 52
Lökbatan OİK stadionu
17:00. “Araz Saatlı” – “İmişli” - 2:1
Qollar: Sequn Omotoşo, 64, 69 - Xəqani Sadıqov, 89
Saatlı OİK stadionu
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Şamaxı | 26 | 15 | 9 | 2 | 57-21 | 54 |
| 2 | Qaradağ Lökbatan | 26 | 15 | 8 | 3 | 44-19 | 53 |
| 3 | İmişli | 26 | 13 | 8 | 5 | 37-19 | 47 |
| 4 | MOİK | 26 | 13 | 7 | 6 | 51-27 | 46 |
| 5 | Karvan | 26 | 12 | 5 | 9 | 32-31 | 41 |
| 6 | Zaqatala | 26 | 7 | 9 | 10 | 30-33 | 30 |
| 7 | İrəvan | 26 | 8 | 3 | 15 | 29-51 | 27 |
| 8 | Mingəçevir | 26 | 7 | 5 | 14 | 18-37 | 26 |
| 9 | Difai Ağsu | 26 | 5 | 7 | 14 | 32-42 | 22 |
| 10 | Araz Saatlı | 26 | 4 | 1 | 21 | 27-77 | 13 |
Bombardirlər:
Elmir Rəhimzadə (MOİK) - 16 qol
Elşad Tağıyev ("Şamaxı") - 15 qol
Emin Zamanov ("Şamaxı") - 13 qol
Xəlil Bəşirov ("Qaradağ Lökbatan") - 10 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 10 qol
Xəzər Mahmudov ("İmişli") - 9 qol
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”