"Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlının QOL.az saytına müsahibəsi
- Elmar Baxşıyev "Kəpəz"ə məğlubiyyətdən bir gün sonra istefaya göndərildi. Oyun günü açıqlamasında istefa vermək niyyətində olmadığını, yalnız klubun göndərəcəyi təqdirdə gedəcəyini söyləmişdi. Oyundan sonra Baxşıyevlə hansı danışıqlar və necə oldu ki, istefaya göndərildi?
- Oyundan sonra uzun müddət söhbətimiz oldu. Elmarın özü, məşqçilərlə gecə saat 4-ə qədər danışdıq. Yekun qərar isə səhər verildi.
- Kaxaber Sxadadzenin təyinatından danışaq. Hər şey bir gün ərzində reallaşdı. Kaxaber Sxadadze ilə əvvəldən danışıqlar aparılırdı? Bu təyinat necə baş verdi?
- Kaxaber Sxadadze ilə sonra danışıqlara başlamışıq. Komandanı vəziyyətdən çıxara biləcək kimi görünən məşqçidir. Həm də klubun tarixində iz qoymuş Elmar Baxşıyevi elə bir adam əvəz etməli idi ki, geriyə addım kimi görünməsin. Ona görə də Sxadadze seçiminin üzərində dayandıq.
- Ümumiyyətlə, Elmar Baxşıyevin istefaya göndərilməsi məsələsi əvvəldən müzakirə edilirdi?
- Aydın məsələdir ki, komandanın sonuncu yerdə gedəcəyini hamı deyirdi. Bildiyimə görə, Baxşıyevin əvvəllər də bu barədə fikirləri olub. Ancaq klub rəhbərliyi bunu qəbul etmədi. İnanırdı ki, vəziyyət düzələcək. Artıq komanda bu cür vəziyyətə düşdükdən sonra belə qərar verildi.
- Kaxaber Sxadadzenin baş məşqçiliyi altında ilk oyun keçirildi və komanda "Qarabağ"a 0:4 hesabı ilə uduzdu. Sizcə, bu, baş məşqçinin vəziyyətin ciddiliyini daha yaxşı dərk etməsinə səbəb olacaq?
- İlk oyunu “Qarabağ”la idisə, məğlubiyyəti gözlənilən saymaq olar. Amma sevindirici məqamlar da var idi. Ona görə məğlub olsaq belə, bu oyun gələcəyə ümidlə baxmağımıza şərait yaradır. Bir az da ümid verir ki, komanda bu vəziyyətdən çıxa bilər. Məşqçi onsuz da gələndə vəziyyətinciddiliyini başa düşürdü. Mən onunla danışandan sonra bir neçə saat vaxt istəmişdi ki, oyunları izləsin. “Kəpəz”ə məğlubiyyətdən sonra əvvəlki oyunlara baxmışdı. Komandanın vəziyyətini bilirdi. Oyunları analiz edib, razılıq veribsə, o deməkdir ki, artıq vəziyyətdən xəbəri var. Bəlkə də, bu vəziyyətdən çıxmağın da yollarını bilir.
- Ümumiyyətlə, hazırda komandanın durumu necədir?
- Məğlubiyyətdən sonra komandanın yaxşı emosional durumda olduğunu demək düz olmaz. Amma ki, ümidverici hisslər var. Futbolçularda inam var ki, bu vəziyyəti düzəltmək olar. Lakin, təbii ki, sonuncu yerdə gedən və ardıcıl məğlubiyyət ilə üzləşən komandanın vəziyyəti necə olarsa, “Qəbələ”nin də durumu o cürdür. Biz inanırıq ki, bu müvəqqəti haldır. Düşdüyümüz vəziyyət çıxılmaz deyil.
- Kaxaber Sxadadzenin qarşısına hansı tələb qoyulub? Planlar hansılardır?
- Sxadadzenin qarşısına qoyulan məqsəd komandanı Premyer Liqada saxlamaqdır. Birinci əsas məqsəd budur. Uzunmüddətli məqsəd sonrakı məsələdir. Biz hələ ki, yaya qədər olan hadisələr haqda düşünürük ki, bu vəziyyətdən hansı şəkildə çıxaq. Ondan sonra rahat oturub daha da uzun planlar haqda danışmaq olar. Amma hazırkı vaxtda məqsəd komandanı Premyer Liqada saxlamaqdır.
- Siz özünüz komandanın Premyer Liqada qalmaq şanslarını necə dəyərləndirirsiniz?
- Faizə bölmək istəməzdim, amma şans var. Çıxılmaz durum deyil. Əgər komandanın hər hansı məsələdə bir faiz belə şansı varsa, həmin o şans uğrunda savaşmaq lazımdır. Bizim şansımız isə bir faizdən qat-qat çoxdur. Ona görə də bu məqsəd uğrunda vuruşacağımız halda, vəziyyətimiz çətin olsa belə çıxılmaz deyil.
- "Kəpəz" artıq ev oyunlarını Qəbələ şəhər stadionunda keçirməyəcək. Klubdan verilən məlumata görə, buna səbəb "Qəbələ"nin narazılığı olub...
- “Kəpəz”in “Qəbələ” stadionunda oynamasına icazə verilməməsinə klub rəhbərliyindən çox meydançaya cavabdeh olan şəxslərin yazdığı raportlar səbəb olub. Çünki hər bir komanda öz meydançasında ayda iki, xüsusi hal olanda isə üç oyun keçirə bilər. Amma fevralın 4-dən martın 3-nə qədər “Qəbələ”nin stadionunda 6 oyun keçirilmiş olur. Bu, həddən artıq çoxdur və meydançanın vəziyyətinə də pis təsir edib. Həm də qış vaxtlarıdır, Qəbələdə qış daha sərt keçir. Gecələr şaxta çox olur və stadionun ot örtüyünü yaxşı səviyyədə saxlamaq çətinləşir. Ona görə də belə bir qərar verilib. Bu ehtimalı biz gözləyirdik. Klub rəhbərliyi danışıq aparanda da bildirmişdir ki, ot örtüyünün imkan verdiyi müddətdə “Kəpəz” ev oyunlarını gəlib Qəbələdə oynaya bilər. Amma qışın keçən il illə müqayisədə daha sərt keçməsi və ot örtüyünün vəziyyəti bu qərara səbəb oldu.
- Mediada və sosial şəbəkələrdə hakimlərin "Qəbələ"yə qarşı haqsızlıq edildiyi yazılır. Siz bu barədə nə düşünürsünüz? Ümumiyyətlə, oyunlarınızdakı hakim qərarlarını necə dəyərləndirirsiniz?
- Hakimlərin etdiyi göz qabağındadır. Buna şərh verməyin mənası yoxdur. Hamı görür, hamı fikrini bildirir. Ola bilməz ki, bütün futbol ictimaiyyəti, bütün media nümayəndələri səhv olsun, oyundaki hakim isə düz. Belə məqamlar olur, amma bu qədər də yox. Eyni epizodda bizə qarşı bir qərar verilir, rəqiblərin əleyhinə olanda başqa bir qərar. Biz belə hallarda narazı qalırıq. Hakimlərin davranışlarından başa düşürük ki, özləri üçün düşünürlər ki, “Qəbələ” barışıb məğlubiyyətlə, ona görə də bunların əleyhinə səhv eləmək olar. Müqayisəli məqam olanda bizim əleyhimizə qərar verirlər. Amma başqa komandalara qarşı bu qədər səhv etdiklərinin şahidi olmamışıq. Ola bilməz ki, bir komanda mövsüm boyu cəmi bir penalti vursun, 11 qırmızı vərəqə alsın. Başqa oyunçuya qırmızı verməyəndə, bizim oyunçuya tez verirlər. Bizim xeyrimizə isə səhv eləmirlər. Deyirlər, hakim də insandır, səhv edə bilər. Amma nədənsə bizim xeyrimizə səhv etmirlər. Əleyhimizə nə qədər səhv tapmaq olur. Ona görə onların səmimiyyətinə inanmırıq.
Nur Zeynalova
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı