Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan məktəblərində fiziki tərbiyə fənninin tədrisi ilə bağlı növbəti həmsöhbətimiz 189-190 nömrəli tam orta məktəbin fiziki tərbiyə və şahmat müəllimi Namiq Cəfərovdur.
N.Cəfərov əvvəlcə bildirdi ki, fiziki tərbiyə fənninin keyfiyyətli şəkildə tədris olunması bilavasitə müəllimdən asılıdır: "Fiziki tərbiyə fənninin keyfiyyəti ilk növbədə müəllimdən asılıdır. Gərək, müəllim yeniliklər haqqinda məlumatlı olsun və daim özünü inkişaf etdirmək üçün çalışsın. Əlbəttə ki, Bakıda fiziki tərbiyə fənninin tədris olunmasının keyfiyyəti daha yüksəkdir".

N.Cəfərov uşaqların fiziki tərbiyə dərslərində daha çox oynamaq, əylənmək istədiklərini vurğulayıb: "Fiziki tərbiyə müəllimləri keçirdikləri dərsləri daha çox oyun və yarış metodları ilə aparırlar. Çünki şagirdlər daha çox bu dərslərdə oynamaq istəyirlər. Onlar əvvəlki dərslərin öz gərginliklərindən azad olmaq üçün bu dərslərə qoşulurlar".
N.Cəfərov müəllimlərin uşaqlarda fiziki tərbiyəyə maraq yaratmaq üçün oyunlardan və komandailə birgə iş metodundan istifadə etdiklərini söyləyib: "Dərslərdə daha çox oyunlardan istifadə edilir. Komanda halında oyunlar uşaqları birlik olmağa və komanda halında çalışmağa sövq edir".

Həmsöhbətimiz məktəblərin idman zallarının durumundan söz açıb: "İdman zallarının durumu haqqında o qədər xoş sözlər demək olmur. Çünki demək olar ki, standart idman zalı yoxdur. Bəzilərində 18x9 ölçüsündə, bəzilərində isə daha kiçikdir. Amma çox istərdik ki, idman zalları müasir tələblərə uyğun olsun".
O qeyd edib ki, fiziki tərbiyə müəllimi şagirdlərə bir nümunə olmalı və onlarda bu fənnə maraq yaratmalıdır: "Fiziki tərbiyə maraq ilk növbədə müəllimlərdən gəlir. Yeniyetmələrin dərslərə cəlb olunması müəllimlərin bacarığından və onların daha çox fiziki durumlarının asılıdır. Mütləq şəkildə müəllim özü yeniyetmələr üçün bir nümunə olmalıdır".

N.Cəfərov uşaqların daha çox futbol, basketbol, cüdo və güləş idman növlərinə maraq göstərdiklərini deyib: "Fiziki tərbiyə dərsi sadəcə bir vasitədir. Bu dərslər idmançı yetişdirmir, amma idmançı olmaq üçün bir istiqamətdir. Uşaqlar daha çox futbol, basketbol, cüdo və güləşlə maraqlanırlar".
O, yeniyetmələr və məktəblilər arasında idmana marağın səviyyəsini artırmaq məqsədi ilə fiziki tərbiyə müəllimləri üçün maarifləndirici tədbirlər təşkil etmək lazım olduğunu vurğulayıb: "Məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün mütləq şəkildə fiziki tərbiyə müəllimlərinin İKT bacarıqları artırmaq lazımdır. Onlar üçün daim hər hansı istiqamətdə maarifləndirici tədbirlər təşkil olunmalıdır. Ən əsası, vahid idman yarışları təşkil olunmalıdır ki, məktəblilər o yarışda iştirak etməsi üçün fiziki tərbiyə müəllimləri öncədən hazırlaşsınlar".

Həmçinin şahmat üzrə də dərslər aparan N.Cəfərov şahmatın uşaqların əqli cəhəttən inkişafı üçün çox vacib olduğunu qeyd edib: "Mən ibtidai siniflərdə şahmat dərsini tədris edirəm. Özüm 1-ci dərəcəli şahmat ustasıyam. Şahmat şagirdlərin diqqət və düşüncə tərzini inkişaf etdirmək üçün çox vacibdir. Şahmat artıq demək olar ki, bizim milli idman növümüz sayılır. Ölkəmizdə mötəbər beynəlxalq şahmat yarışları təşkil olunur. Buda şahmata marağın artırmasına gətirib çıxarır. Həmdə bizim Şəhriyar, Məmmədyarov, Teymur Rəcəbov və s. kimi məşhur şahmatçılarımız var.
N.Cəfərov şahmat dərslərində iştirak edən şagirdlərinin Respublika yarışlarda mükafatlar qazandıqlarını bildirib: "Dərslərin yekununa kimi müntəzəm olaraq məktəbdə şahmat yarışları təşkil edilir. Onlar arasında qalib gələn məktəblilər Respublika yarışlarında iştirak edirlər. Şagirdlərimiz arasında artıq respublika mükafatçılarıda var.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı