Türk Hava Yolları “Liverpul”un sponsoru oldu

Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
DÜNYA FUTBOLU 8 Sentyabr 2026 / 13:40 240
-  A +

“Liverpul” gələn mövsümdən etibarən yeni əsas forma sponsoruna sahib olacaq.

QOL.az xəbər verir ki, Mersisayd klubu Türk Hava Yolları ("Turkish Airlines”) aviaşirkəti ilə tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.

Razılaşma 2027-ci il iyunun 1-dən qüvvəyə minəcək. 2027/28 mövsümündən etibarən “Turkish Airlines”in loqosu “Liverpul”un kişi, qadın və akademiya komandalarının formalarının ön hissəsində yer alacaq.

Bununla da 2010-cu ildən klubun əsas sponsoru olan “Standard Chartered”ın 17 illik əməkdaşlığı başa çatacaq. Bank “Liverpul”la qlobal tərəfdaş kimi əməkdaşlığını davam etdirəcək.

"The Athletic"in yaydığı məlumata görə, “Liverpul”la “Turkish Airlines” arasında müqavilə 5 illikdir. Razılaşmanın ümumi dəyəri 300 milyon funt sterlinqdən çox, illik gəlir isə təxminən 60 milyon funt olacaq.

Qeyd edək ki, “Standard Chartered” hazırda “Liverpul”a forma sponsorluğu üçün ildə təxminən 50 milyon funt ödəyir.

Xatırladaq ki, "Turkish Airlines" tarixi ərzində "Barselona", "Mançester Yunayted", "Borussiya" Dortmund kimi nəhəng klublara da sponsorluq edib. 


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner