Sözün düzü budur: o gün “Qarabağ”ın “Braqa” komandası ilə oynadığı oyun futboldan yuxarı bir şey idi. Biz o hiss-həyəcanı 44 günlük müharibədə, Şuşa ətrafında döyüşlər getdiyi vaxt yaşamışdıq, bir də bu ayın 22-də elə oldu.Şərhçi qardaş demişkən, hamımız ayaqda idik.
Başqalarını deyə bilmərəm, bu sətirlərin müəllifində eləydi. Başqa vaxt azarkeşlik etdiyim komanda udar, uduzar, çox da ürəyimə salmaram, 10 dəqiqədən sonra başım başqa bir işə qarışar. “Braqa” ilə oyun isə sanki həyati məsələydi, real təsviri bir kitablıqdır.
Açığı, istəmərəm ki, bir daha elə matça baxım. O vaxt, on il əvvəlki mundialda Braziliya öz meydançasında Almaniyaya 1:7 hesabıyla uduzanda yerli azarkeşlərdən stadionda ölənlər olmuşdu. Az qala fevralın 22-də bizdə də o günə düşənlər olacaqdı, Allah göstərməsin.
Yadıma düşür ki, “Qarabağ” bir dəfə də buna bənzər oyun oynayıb – 2009-cu ilin iyulunda, Norveçin titullu komandası “Rusenborq”a qarşı. Ağdamın işğalının 16-cı ildönümü günü baş tutan həmin oyun 1:0 hesabıyla şərti ağdamlıların xeyrinə bitmişdi. Qolu da kəlbəcərli Rəşad Sadıqov vurmuşdu.
O zaman mən “Bir Rəşadın falı, bir Rəşadın qolu” adlı köşə yazmışdım. Çünki oyundan əvvəl jurnalistlər “525-ci qəzet”in baş redaktoru Rəşad Məciddən matça dair proqnoz istəmişdilər, o da bədahatən demişdi ki, Rəşad Sadıqov bir qol vuracaq, “Qarabağ” qalib gələcək.

Proqnoz yüz faiz doğrulsa da, siz həmin oyunun son 10 dəqiqəsində Rəşad Məcidin, eləcə də on minlərə başqa azarkeşin nə hisslər yaşadığını özlərindən soruşun, “ölüb-dirilmək” prosesini anladacaqlar.
Gerçəkdən, vəziyyət o cür idi. Əslində isə məsələyə bir az soyuqqanlı yanaşmaq lazımdır. Bu, futboldur, bu il alınmadı, 3 aydan sonra yeni bir sezon başlayacaq, dünyanın axırı deyil ki. Məsələn, komandamızın hazırkı rəqibi dünya devi “Bayer”dir, dünən Rəşad başqandan soruşuram ki, necə olacaq, bəzi dostlar deyir, “Qarabağ” “Bayer”i udacaq, belə cavab verir: “Aldanma ki, şair sözü, əlbəttə, yalandır, “Bayer” çox güclüdür”.
Doğrudur. “Bayer” güclü olmağına çox güclüdür, amma o vaxt “Rusenborq” da güclüydü. Yəni bu, Jukovun ordusu deyil ki, meydana 1 milyon əsgər çıxara, almanlar kərəvəngə qalalar. Meydana 11 kişi “Bayer”dən çıxacaq, 11-i də “Qarabağ”dan, necə deyərlər, təkbətək döyüş olacaq. Necə deyərlər, çevik tərpənən vuracaq.
15 il əvvəl “Rusenborq”la oyun “Qarabağ”ın Avropaya gedən yolunun qapılarını taybatay açmışdı. O vaxtdan bəri “Qarabağ” Şərqi Avropanın komandalarını uda-uda gedir – hər mövsümdə 4-5-ni ələyir. Sonra Qərbi Avropaya keçir, onlar çox güclü olduğundan birini udanda, birini uduzur, ikisi ilə heç-heçə edir, axırda daha yekə bir komandaya uduzub dayanır.
Əslində bir komandamızın “Atletiko”, “Çelsi”, “Nant”, “Roma”, “İnter”, “Bayer”, “Tottenhem” kimi komandalarla oynaması futbol fantastikası janrındandır. Dünənə qədər Yaroslavlın “Şinnik”, İvano-Frankovskın “Zarya”, Kişinyovun “Nistru” komandalarıyla oynayırdıq…
Samir Sarı
Musavat.com
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi