"Çelsi" Gürcüstan millisinin qapıçısını transfer edə bilər

"Çelsi"  Gürcüstan millisinin qapıçısını transfer edə bilər
DÜNYA FUTBOLU 9 Avqust 2023 / 16:30 2247
-  A +

"Çelsi" heyətinə yeni qapıçı cəlb edə bilər.

Qol.az jurnalist Nizar Kinsellanın sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, bu, London təmsilçisinin qolkiperi Kepa Arrizabalaqa "Bavariya"ya keçəcəyi təqdirdə, reallaşacaq. Onun Münhen təmsilçisinə transfer olunmağa yaxın olduğu bildirilir.

Kepa getsə, "Çelsi" onun yerinə "Valensiya"dan Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvilini almağa çalışacaq. Digər namizəd isə Dortmund "Borussiya"sından Qreqor Kobeldir. 

Xatırladaq ki, daha əvvəl "Bavariya"nın Mamardaşvili ilə maraqlandığı xəbəri yayılmışdı.


Son xəbərlər
17.08.25  13:04

Yeni UFC çempionu