Serbiya “Partizan”ının idman direktoru İvitsa Kral Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la səfər oyunu öncəsi açıqlama verib.
Qol.az Serbiya mətbuatına istinadən xəbər verir ki, o deyib:
“Futbolçular kimi mənim də fikrim “Sabah”la oyunlara yönəlib. Əgər bu mərhələdə hər şey gözlədiyimiz kimi keçsə və növbəti mərhələyə yüksəlsək, o zaman deyə bilərəm ki, Konfrans Liqasının pley-off mərhələsinin püşkü bizim üçün yaxşıdır ("Sabah"-"Partizan" cütünün qalibi “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq -red). İspaniyanın “Osasuna”sı ilə düşə bilərdik. Bütün rəqiblərə hörmət edirəm, amma əvvəlcə “Sabah”la oyunumuz var”.
Qeyd edək ki, "Sabah"ın "Partizan"la ilk oyunu avqustun 10-da “Bank Respublika Arena”da, cavab qarşılaşması isə avqustun 17-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
“Sabah”dan “qızıl dubl”
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq