“Vacib qələbə qazandıq. Düşünürəm ki, hər iki oyunda “Jelezniçar”dan daha üstün idik və layiqli şəkildə mərhələ adladıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Filip Ozobiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”ı 2:0 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra deyib.
O, sona yaxın müdafiəyə daha çox diqqət ayırmalarının səbəbini belə izah edib: “Təbii ki, hesabda öndəsənsə, rəqib daha çox təzyiq edir. Üstəlik, hava şəraitini də nəzərə almaq lazımdır. Düşünürəm ki, ümumi götürdükdə hər şey yaxşı idi”.
32 yaşlı futbolçu matçında gedişində ikinci qolun “Neftçi” üçün vacib olduğunu bildirib: “Təbii ki, fasilədən sonra ikinci qolu vurmaq istəyirdik. Çünki belədə işimiz daha asan olacaqdı. Çox sevinirəm ki, istəyimizə çatdıq və yolumuza davam edirik”.
Ozobiç “Jelezniçar”la matçlarda fərqli mövqedə oynamağın onun üçün problem olmadığını bildirib: “Hücumçu kimi oynanaq mənim üçün çətin deyil. Əsas odur ki, komandama fayda verə bilim. Bunun üçün əlimdən gələni edirəm”.
Yarımmüdafiəçi indidən “Beşiktaş” barədə düşünmədiklərini bildirib: “Beşiktaş” ilk oyundan sonra üstündür. Böyük ehtimalla, növbəti rəqibimiz onlar olacaq. Lakin indidən “Beşiktaş” barədə düşünmürük. Qarşıda bizi hələ ölkə çempionatının oyunu gözləyir”.
Filip Ozobiç Adrian Mutunun gəlişindən sonra “Neftçi”də nələrin dəyişməsi barədə sualı belə cavablandırıb: “Əhval-ruhiyyəmiz yaxşıdır. Oyun intizamı qaydasındadır. Məncə, daha yaxşı olduğumuz kənardan da görünür”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər