Kiprin "Aris" komandası Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə yüksəlib.
Qol.az xəbər verir ki, onlar ikinci təsnifat mərhələsinin cavab görüşündə Belarus BATE-sinə 5:3 hesabı ilə qalib gəliblər. Kipr təmsilçisi öz meydanındakı ilk görüşdə də Belarus klubunu ağır məğlubiyyətə uğratmışdı - 6:2. Beləliklə, "Aris" ikinci mərhələdə 11 qol vurub.
Kiprlilər üçüncü təsnifat mərhələsində "Qarabağ" - "Rakov" (Polşa) cütünə rəqib olublar. Bu cütün son iştirakçısı bu gün Bakıdakı cavab görüşündən sonra aydınlaşacaq.
"Aris"in belaruslu baş məşqçisi Aleksey Şpilevski deyir ki, həm "Qarabağ", həm də "Rakov" çətin rəqiblərdir. O, dünən BATE ilə oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı sualı da cavalandırıb. O bildirib ki, bununla belə, üçüncü mərhələdə "Qarabağ"la deyil, məhz "Rakov"la qarşılaşmaq istərdi. 35 yaşlı mütəxəssis onu da deyib ki, ötən il "Rakov"un baş məşqçisi vəzifəfəsinə dəvət alıb, amma sonda "Aris"də işləmək qərarı verib.
"Qarabağ" - "Rakov" görüşü bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Masazırda 2 qol, 2 qırmızı vərəqə - Video
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"