"Neftçi" yeni hücumçu aldı - Video

"Neftçi" yeni hücumçu aldı - Video
ÖLKƏ FUTBOLU 1 Avqust 2023 / 15:16 7193
-  A +

"Neftçi" növbəti transferini həyata keçirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Andre Şinyaşiki transfer edib. Braziliyalı sol vingerlə 2 illik müqavilə bağlanıb. Mərkəz hücumçusu mövqeyində də oynayan 26 yaşlı futbolçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.

Andre Şinyaşiki ABŞ-nin “Kolorado Rapids” (2017-2022), “Kolorado Sprinqs Suitçbaks” (2019) və “Şarlott” (2022-2023) klublarında çıxış edib. 2019-cu ildə MLS-də ilin ən yaxşı gənc oyunçusu seçilib.

"Neftçi" bundan əvvəl Emil Balayev, Filip Ozobiç,  Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffini transfer edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner