Medianın İnkişaf Agentliyinin layihəsi
(İkinci yazı)
(Birinci yazı burada)
Azərbaycanın futbol üzrə milli komandalarındakı problemlər daim gündəmdədir. Komandaların təlim-məşq toplanışlarından, yoxlama və rəsmi oyunlarından sonra isə məsələ daha da qabarır.
Bir neçə gün əvvəl U-21 yığmamızın baş məşqçisi Samir Əliyev Qol.az saytına müsahibəsində yığma ilə əlaqədar bir çox problemi dilə gətirmişdi. O, Premyer Liqada 21 yaşadək futbolçu limitinin aradan qaldırılmasından, xaricdə oynayan gənc futbolçuların millimizdə çıxış etmək istəməməsindən, bəzi mövqelərə oyunçu tapmağın çətinlıiyindən və digər bir sıra amildən şikayətlənib.
Budəfəki mövzumuz da məhz U-21 yığmamızdakı problemlərlə bağlıdır. Məsələ ilə əlaqədar Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadovla söhbətləşdik.
Daha əvvəl S. Əliyev müsahibəsində AFFA-nın maliyyələşdirəcəyi, Premyer Liqada çıxış edən klublarımızdan birinin bazasında yerli oyunçulardan ibarət komandanın yaradılmasını təklif edib. Belə bir komanda Azərbaycan 1990-cı illərin sonları və 2000-ci illərin əvvəlində mövcud olub ("Şəfa" klubu) Mircavadov S.Əliyevin fikri ilə bağlı söyləyib: "Biz bu məsələni çoxdan qaldırmışdıq. Köhnə məşqçilərlə danışırdıq ki, sırf bir klubu yerli oyunçulara ayıraq. O vaxt "Şəfa" klubu var idi. Bu komandadan Zaur Tağızadə, Elçin Rəhmanov kimi yaxşı 7-8 futbolçu çıxdı. Həmin futbolçuların hamısı hazır vəziyyətdə yığmaya gəldilər. Biz də istəyirdik ki, AFFA-nın maliyyələşdirdiyi bir klubu gənclərin yığma komandası kimi edək. Sonra alınmadı".
A.Mircavadov bu ideyanı reallaşdıra bilməmələrinin səbəbini belə açıqlayıb: "Çünki orada nazirlərlə danışmaq lazım idi. Bu, artıq bizlik deyildi. Orada yuxarı təbəqələrlə iş görülməli idi. Alınmadı. Ümumiyyətlə, mən sizə deyim ki, çox ölkələrdə bu cür komandalar var. Uzağa getmək lazım deyil, Özbəkistanın U-19 yığması gəlib bizi məğlub etdi. Onlar Özbəkistanda "Şəfa" tipli komandalarda oynayırlar, hazır vəziyyətdə milliyə gəlirlər. Bilirsiniz, AFFA-nın maliyyətləşdirdiyi klublarda biri ilə iş görmək lazımdır".

Mütəxəssis qeyd edib ki, hələ də AFFA-nın maliyyələşdirdiyi klublardan birində sırf yerli futbolçularımızın yer almasının üzərində işləyirlər: "Biz yenə də "Şəfa" tipli komandanın yaradılması üçün rəhbərliyə müraciət etmişik. Demişik ki, komandanı AFFA maliyyələşdirsin. Mən istərdim ki, MOİK-i belə bir komanda edək. Çünki onları da AFFA maliyyələşdirir. Geyimlərini də, stadionlarını da AFFA verir. Bu, rəhbərlikdən asılıdır. Ümumiyyətlə, bu cür komanda yaradılsa, gərək 17-18 yaşlı oyunçular oynamağa başlasınlar. Çünki hər şey aşağıdan başlayır. Hərdən 21 yaşadək futbolçulara cavan deyirlər. 21 yaşlı futbolçu artıq yekə kişidir. U-21 yığmasına artıq yetişmiş futbolçu gəlməlidir. Amma bizdə heç olmasa U-23-ə qədər oynamaq lazımdır ki, milliyə gələ bilsin. Bizdə futbolçular gec açılırlar. Bu da var"
Samir Əliyev həm də xarici ölkələrin klublarında çıxış edən azərbaycanlı futbolçuların Azərbaycan millisində oynamaq istəməməsindən də narazı olduğunu bildirib. A.Mircavadov buna münasibət bildirib: "Çünki onlar gəlsələr, legioner olacaqlar. Yəni, milliləşdirmək lazım gələcək. Bunun söhbəti gedir. Həmin futbolçular istəmirlər. Onlar Azərbaycan vətəndaşlığını alsalar, öz klublarında legioner olacaqlar. Bunu istəmirlər.Belə problemlər var. Bu problemləri həll etmək istəyirlər. Xaricdə oynayan azərbaycanlı uşaqlarla maraqlanmaq lazımdır. Demirəm ki, hamısı gəlsin. Amma istedadlısını tapmaq lazmdır. Buraya gəlsin, itsin-batsın, belə yox. Çünki bizdə belə futbolçular çox olub. Oyunçuları milliləşdiriblər, onlar da oynayıblar, çıxıb gediblər, vəssalam, bununla da qurtarıb. Ardıcıllıq olmur".
U-21 yığmamızın üzvü Emil Səfərov Avro-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı görüş üçün baş məşqçi Canni de Byazi tərəfindən əsas yığmaya cəlb olunsa da, o, meydana daxil olmayıb. S.Əliyev futbolçusunun oynamamasından narazı qalıb. A.Mircavadov məsələ ilə bağlı qeyd edib: "Mən də U-21-də, əsas millidə işləmişəm. O vaxt U-21 əsas millidən 1 gün əvvəl oynayırdı. Oradan hansısa futbolçu lazım olanda, milliyə gətirirdin. Amma əgər bir futbolçuya ehtiyacın varsa, oynadacaqsansa, apar. Sırf siyahı salmaq istəyirsəndə, U-21-dən oyunçuları seçməyə ehtiyac yoxdur. Çünki onların praktikası itir. Cavan uşaq il boyu oynamalıdır. İki baş məşqçi arasında söhbət getməlidir. Oynadacaqsansa, apar. Bu, Samirlə De Byazini arasında olan məsələdir. Biz buna heç nə deyə bilmərik. Amma hazırda onu da fikirləşmək lazımdır ki, oynatmayacaqsansa, niyə aparırsan? Siyahı lazım deyil. Biz siyahı dolsun deyə futbolçu çağırmırdıq. 11 nəfərdən əlavə 7-8 nəfər oyunçu olurdu. Artıq adam aparmırdıq. Cavanları milliyə çağırırlar, onlar da elə bilirlər ki, artıq yığmada oynamağa hazırdırlar. Arxayınlaşırlar, öz üzərlərində yaxşı işləmirlər".
Ağasəlim Mircavadov son olaraq klublarımızın akademiyalarının stadion problemini dilə gətirib: "Problemlər çoxdur. Birinci baxaq, görək ki, klubların akademiyaları məşqlərini harada keçirirlər. "Qəbələ"ni çıxmaq şərti ilə çox klubun akademiyaları süni meydanlarda məşq edirlər. Vəziyyət ağırdır. 1 meydanda demək olar ki, 2-3 komanda işləyir. Belə olmaz. Elə günlər olur ki, komandanın məşqçisinə bütün meydan lazım olur. Əsasən də -14, U-15, U-16 komandalarına. Çünki onlar taktiki işlər görürlər. Biz əvvəlcə meydanların üzərində işləməliyik".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ