Medianın İnkişaf Agentliyinin layihəsi
(Birinci yazı)
Azərbaycanın futbol üzrə milli komandalarındakı problemlər daim gündəmdədir. Komandaların təlim-məşq toplanışlarından, yoxlama və rəsmi oyunlarından sonra isə məsələ daha da qabarır.
Bir neçə gün əvvəl U-21 yığmamızın baş məşqçisi Samir Əliyev Qol.az saytına müsahibəsində yığma ilə əlaqədar bir çox problemi dilə gətirmişdi. O, Premyer Liqada 21 yaşadək futbolçu limitinin aradan qaldırılmasından, xaricdə oynayan gənc futbolçuların millimizdə çıxış etmək istəməməsindən, bəzi mövqelərə oyunçu tapmağın çətinlıiyindən və digər bir sıra amildən şikayətlənib.
Budəfəki mövzumuz da məhz U-21 yığmamızdakı problemlərlə bağlıdır. Məsələ ilə əlaqədar Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadovla söhbətləşdik.
A.Mircavadov Samir Əliyevin futbolçu qıtlığı ilə əlaqədar fikirlərinə dəstək verib: "Mən U-21 millimizin Türkiyə və Qırğızıstanla yoxlama oyunlarına baxdım. Doğrudan da, Samir Əliyevin istədiyi mövqelərdə oyunçu tapılmır. Məsələn, mərkəz müdafiəçisi, yarımmüdafiəçi... Azərbaycan çempionatında bu mövqelərə əksər klublar xarici oyunçular gətiriblər. Ona görə də yığmada boşluq olur. Bilirsiniz, indi klubların hamısı legionerlərin üzərində qurulur. Bu futbolçular həm bahalıdır, həm də hazır oyunçudur. Bizdə yerli futbolçulara tələbat var, amma keyfiyyətli yerli oyunçular həddindən artıq azdır. Düşünmək, iş görmək lazımdır. Belə olmaz".
Ağasəlim Mircavadov Premyer Liqa klublarına 21 yaşadək futbolçu limitinin qoyulmasının həll yolu olmadığını deyib: "Limiti də gördük. 21 yaşadək futbolçu oynadılması haqda limit var idi. Klubların məşqçi heyəti məcburən 21 yaşadək futbolçu oynadırdı. Məcburən oyunçu yetişmir. Bu sistem işə yaramadı".

Azərbaycanın U-21 millisi
Əməkdar məşqçinin sözlərinə görə, oyunçular milliyə yüksəlmək üçün öz üzərlərində çalışmalıdırlar: "Futbolçu özü öz üzərində işləməli, hazır olmalı, məşqlərdə çox çalışmalıdır. Futbolçu öz gücü ilə əsas heyətdə oynamalıdır. Söhbət bundan gedir. Oyunçu rəqabətlə gəlməlidir. Rəqabət olmayan yerdə inkişaf da olmur. Bu, qaydadır, aksiomdur. Vəziyyət ağırdır".
Mütəxəssis qeyd edib ki, Birinci divizionun əvəzedici komandaların çempionatı ilə ayrılmasından sonra yığma üçün oyunçu seçimi imkanı artacaq: "Artıq Birinci divizion ilə əvəzedici heyətlərin çempionatı ayrıldı. İkinci divizion yaradılıb. Buna görə də 21 yaşadək futbolçulara tələbat olacaq. Amma çox futbolçumuz Birinci divizionda yox, yüksək liqada oynamaq istəyir. Buna görə də belə vəziyyət yaranır".
"Gənc futbolçular Birinci divizionda oynasalar da, öz üzərlərində işləməlidirlər. Biri var, deyirsən ki, mən yaxşı oynayıram, məşqçini məni transfer etməyə vadar edirəm. Biri də var ki, səni məcbur qalıb gətirirlər. Bunlar çox fərqlidir. Futbolçu öz oyunu ilə uğur qazanmalıdır. Oyun şansı ifadəsi mənə qəribə gəlir. Əgər sən yaxşı çıxış edirsənsə, Premyer Liqada da yaxşı oynayacaqsan. Uzağa getmək lazım deyil, Musa Qurbanlı, Elvin Cəfərquliyev, Toral Bayramov öz üzərlərində işlədilər, əsas milliyə çağırıldılar. Cavan futbolçular şansı özləri özlərinə yaratmalıdırlar. Bizim dövrümüzdə şans sözü yox idi. Mən "Xəzər Lənkəran"da işləyəndə Rahid Əmirquliyev U-21-də oynayırdı. Gördük, xoşumuza gəldi, aldım. Onu əsas heyətdə meydana buraxdım, oynamağa başladı. Nə şans? Elə oynayırdı də. Oynayan futbolçuya şans lazım deyil. Özü oynayacaq. Amma gərək futbolçu öz üzərində işləsin. Mən Rahid Əmirquliyevi məşqdən qovub çıxarırdım. Qalırdı, öz üzərində işləyirdi. Söhbət bundan gedir. Yaxşı futbolçu itməyəcək. Deyirlər ki, məşqçi oynamağa qoymur. Vallah, bu, başqa söhbətdir. Belə şey ola bilməz. Məşqçi özünün düşməni deyil ki... Yaxşı futbolçu əlbəttə ki, oynayacaq. U-21 də də, U-19-da da bəzi mövqelər var ki, bərkiməlidir. Necə? Əsas milliyə futbolçu haradan gəlir? U-21dən. Bəs U-21-ə haradan gəlir? U-19-dan. Bunlar ardıcıllıqdır də, başa düşürsünüz? Yığmalar təxminən əvəzedici heyətlərdir. Həmin futbolçular özləri dərk etməlidirlər ki, öz oyunları ilə yüksəlməlidirlər" - deyə Mircavadov fikirlərinə əlavə edib.
Mircavadov klubların legionerlərə üstünlük verməsi səbəbindən də keyfiyyətli yerli oyunçu azlığının yaranğını bildirib: "Əsas məsələ klublardadır. Klublarda bütün iş legionerlərin üzərində qurulur. Yerli oyunçulara çox nadir hallarda üstünlük verirlər. Bu da yığma komandalara təsir edir. 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi gəlir. Gürcüstan yığmasının oyununu görürəm. SSRİ vaxtı onlarda yaxşı futbolçular olurdu, fərdi ustalıqlı hücumçular çox idi. Gürcüstan o sistemi saxladı. Bizdə də belə oyunçular var idi. Zaur Tağızadəni qeyd edə bilərəm. Biz sonra o sistemi qoruya bilmədik. Bu mövqeyə yerli futbolçu əvəzinə xarici oyunçu gətirdik. Gürcülər isə sistemi saxladılar. Görürsünüz ki, onlarda fərdi ustalığı olan oyunçular çoxdur. Bizdə isə ümumiyyətlə, yoxdur. Hücumçuların əvvəlcə fərdi ustalıqları olmalıdır. Əvvəllər var idi. İndi isə yox dərəcəsindədir”.
A.Mircavadov qeyd edib ki, keyfiyyətli oyunçuların yetişməsi üçün həm futbolçuların özləri, həm də akademiyalar çox çalışmalıdılar: "Belə futbolçular klubların akademiyalarında yetişməlidirlər. İş birliyi olmalıdır. Səbr lazımdır. Komandada gündə 2 məşq olursa, futbolçu özü də bundan əlavə fərdi çalışmalıdır. Mən əvvəllər bunun üzərində çox işləyirdim. Ola bilər ki, klubların əksəriyyəti indi 2 məşq keçir. Amma bilmirəm ki, futbolçular fərdi çalışırlar, ya yox. Bu, vacib amildir. Biz fərdi ustalığı olan oyunçuları itirdik".
Mütəxəssis solaxay oyunçuların daha istedadlı olduğunu və bizdə belə futbolçuların olmadığını vurğulayıb: "Klublar cavan oyunçuları heyətlərinə cəlb etməlidirlər. Mən hərdən analizlər edirəm. Görürəm ki, bizdə solaxay oyunçular həddindən artıq azdır. Solaxay futbolçularda xüsusi istedad, vergi olur. Onlar topla daha yaxşı işləyirlər, nəinki sağ ayağa üstünlük verən futbolçular".
Mircavadov vurğulayıb ki, bəzi gənc futbolçular milliyə çağırıldıqdan sonra arxayınlaşırlar: "Yığmaya 23 futbolçu dəvət alırsa, bu, o demək deyil ki, onların 23-ü də eyni səviyyədədir. Onların arasında cavan oyunçular da olur. Cavan futbolçuları dəvət edirlər ki, bax, səni çağırırıq, əgər oynamaq istəyirsənsə, bundan sonra öz üzərində işlə. Çox qəribə haldır ki, cavan futbolçular 1-2 matçda oynayandan sonra özlərini başqa cür aparırlar. Özlərini itirirlər. Belə olmaz. Öz üzərində işləməlisən ki, yerini bərkidəsən. Həm klubda, həm də yığmada. Ola bilər ki, futbolçular öz üzərlərində çalışırlar. Mən kənardan oyunlara baxıram. Hal-hazırda istedadlı futbolçular həddindən artıq azdır, yox dərəcəsindədir".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər