"Real"dan Endriklə bağlı açıqlama

"Real"dan Endriklə bağlı açıqlama
DÜNYA FUTBOLU 23 Noyabr 2026 / 17:03 124
-  A +

"Real" braziliyalı hücumçusu Endrikin zədələndiyini açıqlayıb.

QOL.az klubun rəsmi saytınına istinadən xəbər verir ki, futbolçunun sol ayağının budun içəriyə yaxınlaşdırıcı əzələsində zədə aşkarlanıb.

Endrik daha əvvəl mövsümöncəsi hazırlıq zamanı aldığı zədə səbəbindən bir aydan çox yaşıl meydanlardan kənarda qalmışdı. Bu səbəbdən o, mövsümün əvvəlində komandaya kömək edə bilməmişdi.

Braziliyalı hücumçu cari mövsümdə klub səviyyəsində ümumilikdə 141 dəqiqə meydanda olub, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Qeyd edək ki, mətbuatda Endrikin “Real”dakı durumundan narazı olduğu və icarə əsasında komandadan ayrıla biləcəyi barədə xəbərlər yayılıb. Onun transferində “Milan”ın da maraqlı olduğu bildirilirdi.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner