Zədəli Çalhanoğludan xəbər var

Zədəli Çalhanoğludan xəbər var
DÜNYA FUTBOLU 23 Noyabr 2026 / 22:38 155
-  A +

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandasının ən azı növbəti iki matçında iştirak edə bilməyəcək.

QOL.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Türkiyəli futbolçu “Atalanta” ilə 4:4 hesablı heç-heçə etdikləri oyunda zədələnib və qarşılaşmanın ilk hissəsində əvəzlənib. O, Çempionlar Liqasında “Ştutqart”a və İtaliya çempionatında “Cenoa”ya qarşı matçları buraxacaq.

Qeyd edək ki, Çalhanoğlu sentyabr-oktyabr aylarında budun adduktor əzələsindəki zədə səbəbindən klub və millinin ümumilikdə 5 oyununda iştirak etməyib. 32 yaşlı yarımmüdafiəçi bu mövsüm “İnter”in heyətində 14 matça çıxıb, 3 qol vurub və 4 sarı vərəqə alıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner