“Oyuna yaxşı başlamadıq. "Neftçi" güclü komandadır. Qol buraxandan sonra geridönüş etmək çətin olur”.
QOL.az saytına açıqlamasında bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mamadu Kane deyib.
O, Misli Premyer Liqasının 12-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları görüşü belə şərh edib:
“İkinci hissədə hesabı bərabərləşdirməyə çalışdıq. Real qol şanslarımızı dəyərləndirə bilmədik. Ümumilikdə maraqlı qarşılaşma oldu. Qarşıda "Sabah" və "Qarabağ"la oyunlarımız var, artıq həmin matçlara hazırlaşacağıq”.
Qvineyalı yarımmüdafiəçi Naxçıvan klubunun turnir cədvəlində sonuncu olmasından da danışıb: “Futbolda belə hallar olur. Biz də yaxşı nəticələr əldə etmək istəyirik, çalışırıq, ancaq alınmır. Bu durumdan çıxmağa çalışacağıq”.
Kane daha əvvəl “Neftçi”də oynamasının motivasiyasına təsir etmədiyini vurğulayıb:“Peşəkar futbolçuyam və hər oyunda motivasiyam var. Bizim dövrümüzdəki ilə indiki “Neftçi”ni müqayisə etmək istəməzdim. Onlar əvvəl də, indi də güclüdürlər”.
29 yaşlı futbolçu öz çıxışını da dəyərləndirib: “Nəticələr pisdirsə, oyunuma yaxşı deyə bilmərəm. Məşqlərdə, matçlarda çox çalışıram. Uğursuz zolaqdan çıxmalıyıq. İndiki məqamda bizim üçün yaxşı oyun yox, nəticə daha vacibdir”.
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu
Baş hakimə salam vermədi, "qırmızı" aldı - Video
Cənubi Amerika kubokunu yenə onlar qazandılar