"Kəpəz"in yeni baş məşqçisi Azər Məmmədovun Qol.az saytına müsahibəsi
- Əvvəlcə sizi yeni təyinatınız münasibəti ilə təbrik edirəm.
- Təşəkkür edirəm.
- İlk dəfədir ki, Premyer Liqada baş məşqçi kimi fəaliyyət göstərəcəksiniz.
- Bəli. Normalda baş məşqçi olaraq "Qarabağ"ın, "Kəpəz"in əvəzedici komandalarını çalışdırmışam. "Zirə"nin əsas komandasında Zaur Həşimovun, "Səbail"də isə Şahin Diniyevin köməkçisi olmuşam.
- Bu təyinatla bağlı təəssüratlarınız necədir?
- Mən "Səbail"də işləyirdim. "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri ilə görüşdük. O, belə bir təklif irəli sürdü. Əlbəttə ki, mən də düşünmək üçün vaxt istədim. Şahin müəllimlə danışdım. Belə qərar verdik ki, bu şansdan yararlanım. Çünki mənim karyeramda Premyer Liqa komandasına baş məşqçilik etmək olmamışdı. Buna görə də dedim ki, şansdan istifadə edim. Çalışacağam ki, etimadı doğruldum.
- Rəhbərlik komandanın qarşısına hansı hədəfləri qoyub?
- "Kəpəz" həmişə iddialı olub. Amma bir şey var ki, indi zaman da dəyişib, futbol da. Büdcə çox önəmlidir. Təəssüf ki, biz büdcə baxımından əvvəlki iddialı "Kəpəz" kimi olacaq həddə deyilik. Amma bu o demək deyil ki, büdcəmiz azdır deyə əl-qolumuzu aşağı salacağıq. Çalışacağıq ki, mübariz və mehriban komanda yaradaq və Premyer Liqada yaxşı çıxış edək, bacardığımız qədər yuxarı pillələrdə qərarlaşaq.

- "Kəpəz" ötən mövsüm Premyer Liqada qalmaq üçün oynayırdı. Yenə məqsəd bu olacaq, yoxsa daha böyük iddialar var?
- Çalışacağıq ki, Premyer Liqada qalaq. Bununla bərabər daha yüksək pillələrdə qərarlaşmaq üçün oynayacağıq.
- Qeyd etdiniz ki, mehriban kollektiv yaratmaq istəyirsiniz. Sizdən əvvəl "Kəpəz"də baş məşqçi ilə söz-söhbətlər səngimirdi. Təyinatdan öncə bu məqam sizi düşündürdü?
- Ümumiyyətlə, mən Gəncədə böyümüşəm. Uzun illər burada yaşamışam, burada futbol oynamışam. Mən əsasən Gəncə, "Kəpəz"lə tanınmışam. "Kəpəz" azarkeşləri nə istəyir? Hər bir komandanın azarkeşlərinin istədiyi yaxşı, məzmunlu oyun və müsbət nəticədir. Əlbəttə ki, azarkeşlər sevgi, məhəbbət istəyirlər. Burada çox insanı tanıyıram deyə düşündüm ki, məndə alınar. Ümid edirəm ki, sizin qeyd etdiyiniz problemlər olmaz.
- Bir ara mətbuatda belə fikirlər yayıldı ki, "Kəpəz" azarkeşləri, bir çox veteran futbolçu komandanın baş məşqçisinin əslən Gəncədən olmasını istəyir.
- Ümumiyyətlə, mən məşqçinin Gəncədən və ya Bakıdan olması fikirləri ilə qətiyyən razı deyiləm. Hərənin öz düşüncəsi, fikri var. Mən sadəcə bunu bilirəm ki, "Kəpəz" azarkeşlərinin çoxu komandaya kim uğur gətirirsə, həmin məşqçini də istəyirlər. Gəncəli, bakılı məsələsi yanlış fikirdir. Ona görə də razılaşmıram.
- Bəs, necə bir komanda formalaşdırmaq istəyirsiniz?
- Keçən mövsümkü komandadan demək olar ki, çox adam yoxdur. Bəzi futbolçularımızı transfer etmək istəyirlər. Çoxunun da müqaviləsi başa çatıb. Bu da təbii haldır. Bu, futboldur, belə şeylər olur. Komanda ilə görüş olmayıb. Biz birbaşa təlim-məşq toplanışı ilə başlayacağıq. Bizdə komanda demək olar ki, yenidən formalaşacaq. Köhnə heyətdən cəmi 6-7 nəfər qalacaq. Təlim-məşq toplanışına yığışanda komandanı tanıyacağam.
- Təlim-məşq toplanışı ilə bağlı planlar bəllidir?
- Toplanışı bu ayın 25-nə planlaşdırırıq. Bizim üçün tez toplanmaq vacibdir. Çüki biz başqa komandalar kimi tam formalaşmamışıq, oturuşmamışıq. Bunu etiraf edirəm. Büdcəmiz imkan versə, toplanışın son mərhələsində xaricə, Türkiyəyə üz tutmağa çalışacağıq. Ən azından yoxlama oyunları üçün oraya getmək istəyirik.
- Büdcədən söz düşmüşkən, bu mövzuda vəziyyət nə yerdədir? Yəqin ki, sizinlə söhbət olub. Nəsə yenilik gözlənilirmi?
- Bizim İdarə Heyətinin rəhbəri İlqar müəllim bu işin ardınca çox bərk şəkildə düşüb, sponsor axtarışındadır. O, çalışır ki, kluba sponsor cəlb etsin. Çünki bu büdcə ilə müasir futbolda, hətta Azərbaycan reallığında rəqabət aparmaq çətin olar. Mən demirəm ki, rəqabət olmayacaq. Olacaq. Amma zəif olacaq. Buna görə də hər bir klubdakı kimi "Kəpəz"ə də sponsor tapılsa, daha yaxşı olar. Çünki Gəncə Azərbaycanın 2-ci böyük şəhəridir. Gəncənin futbol komandası olan "Kəpəz" daha istəkli, daha yaxşı nəticələr qazanan "Kəpəz" olmağa layiqdir. Güman edirəm ki, bizə də sponsor tapılar, yardım edərlər və biz də istədiyimiz kimi komanda yarada bilərik.
- Kimlərin komandadan gedəcəyi, kimlərin qalacağı dəqiqləşib?
- Tam olaraq dəqiqləşməyib. Çünki bir sıra nüanslar var. Bəzi futbolçular gözləmə mövqeyindədirlər. Ona görə mən tam say olaraq sizə nəsə deyə bilməyəcəyəm. Amma komandadakı futbolçuların çox hissəsi gedir.
- Mate Kvirkviya "Kəpəz"dən ayrıldı, düzdürmü?
- Mən o məsələ ilə maraqlanmışam. Onun getməyi tam dəqiq deyil. Amma bir şeyi qeyd edim ki, kiminsə ürəyi "Kəpəz"də deyilsə, heç bizim də onu saxlamaq fikrimiz yoxdur.
- Transfer işlərinə başlamısınzmı? Hansısa futbolçularla danışıqlar gedir?
- Bəli. Müəyyən futbolçularla əlaqə saxlamışıq. Çətin də olsa, çalışırıq ki, öz büdcəmizə uyğun futbolçuları buraya dəvət edək və komandamızı yenidən formalaşıraq.
- "Şamaxı"da oynayan gəncəli futbolçuları "Kəpəz"ə qaytarmaq istəyirsiniz?
- Bilirsiniz, gərək, peşəkar yanaşaq. Mən onları qaytarmaq istəyərdim. Ancaq peşəkarlıq baxımından onların müqavilələri var. Əgər bu məsələ həll olunsa, əlbəttə ki, qayıtmaqlarını istəyərəm.
- Legioner transfer etmək planlarınız varmı?
- Bəli. Bəzi menecerlər var ki, onlara müraciət etmişik. Onlar da çalışırlar ki, bizim büdcəmizə, futbol fəlsəfəmizə uyğun futbolçular tapsınlar. Bizim elə büdcəmiz var ki, legioner məsələsində səhv etməməliyik. Bəzən bu, qaçılmaz olur. Ümid edirəm ki, səhvə yol vermərik.
- "Kəpəz"in ev oyunlarını Gəncədə keçirməməsi komandaya böyük təsirini göstərir. Çünki "Kəpəz"in ən böyük güclərindən biri öz azarkeşləridir. Komanda növbəti mövsüm ev oyunlarını harada keçirəcək?
- Gəncə şəhər stadionunun ot örtüyündə yaranan problemlərlə əlaqədar "Kəpəz" ötən mövsümün sonlarında ev oyunlarını Qəbələdə keçirdi. Ancaq şükür Allaha, indi ot örtüyü demək olar ki, ideal vəziyyətə gəlib. Qazon yüksək səviyyədə yenilənib. Başqa problem çıxmasa, öz meydanımızda, azarkeşlərimizin qarşısında oynayacağıq. Gəncədə çıxış etmək bizim və komandamız üçün çox önəmlidir.
Ramiq Ağaməmmədov
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu