Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
(Birinci yazı)
Artıq kiçikdən böyüyə hər kəsin Azərbaycan futbolunda olan problemlərdən, yerli oyunçuların yetişməsində yaranan manelərdən xəbəri var. İllərdir ki, bu mövzu aktual olsa da, mütəxəssislər və media tərəfindən diqqətdə saxlanılsa da, nəzərə çarpan bir inkişaf görünmür.
Bəs, bizim kötüyünə su tökdüyümüz ağac - futbolumuz niyə bar vermir? Həqiqətən də o ağacın kökünə su tökülürmü?
Bu məsələlərə aydınlıq gətirmək üçün elə problemin kökünə endik. Məlumdur ki, bir futbolçunun yetişməsi üçün müəyyən zəruri tələblər var. Onların ən vacibi də həmin uşaqların düzgün, savadlı və yaxşı məşqçinin təlimi altında inkişaf etməsidir. İndi gəlirik əsas məsələyə. Uşaq futbolumuzda məşqçilərin bacarıqları, savadı hansı səviyyədədir? Ümumiyyətlə, ölkədə bu sahədə işləmək istəyənlərin sayı nə qədərdir? Onlardan neçəsi məşqçilik kurslarını uğurla başa vururlar? Əgər hər şey qaydasındadırsa, niyə gözlə görüləcək heç nə yoxdur? Nə edək ki, biz də digər ölkələrdəki duruma həsəd aparmayaq, öz torpağımızda, öz məşqçilərimizin əməyi ilə yetişən oyunçularımızla fəxr edək? Bu futbolçuları yetişdirəcək məşqçilərin yetişməsi üçün nə lazımdır?
Bu qədər sual sadaladıq. İndi isə həmin suallarımıza cavab tapmağa çalışaq.
"Bizdə uşaq səhv edəndə qışqırırlar, təhqir edirlər, danlayırlar"
Futbol mütəxəssisi Aslan Kərimov deyir ki, əvvəlki illərlə müqayisədə uşaq futbolunda çalışan məşqçilərimizin səviyyəsi daha yaxşıdır:
"Uşaq futbolunda bir yox, bir neçə problem var. Bunların ən böyüyü infrastrukturdur. İnfrastruktur olmadığı halda futboldan danışmaq olmaz. Amma digər məsələ məşqçi məsələsidir. Yəni, infrastruktur olduğu halda hər şeyin yaxşı getdiyini demək olmaz. Məşqçilərin özlərinin savadını orta səviyyədə götürmək olar. Yəni, əvvəlkinə nisbətən daha yaxşıdır".
Mütəxəssis deyir ki, bəzi məşqçilərdə eqo olduğuna görə uşaqları düzgün yönləndirə bilmirlər və bu da onların inkişafına mane olur: "Amma burada eqo məsələsi də var. Uşaqlara məşq keçərkən bəzi məqamlarda onların inkişafı üçün bu futbolçuların məğlub və ya qalib olması önəmli olmalı deyil. Lakin əfsuslar olsun ki, ya akademiyaların rəhbərləri, ya da futbol seksiyaların böyükləri öz komandalarının qalib olmasını istəyirlər. Bu bazarın içərisində pullu qruplar var. Onlar uşaqları cəlb etməkdən ötrü qalib adını dilə gətirmək istəyirlər. Yəni, mənim komandalarım həmişə 1-ci yeri tutur, uşaqlarınızı bizı gətirin, deyirlər. Bu, çox yalnış bir şeydir. Çünki əslində uşaq futbolunda 1-ci yeri tutmaq asan məsələdir. Uşaqların inkişafı üçün yer tutmaq yox, onların əylənməsinə, həzz almasına qulluq olunması lazımdır. Hamı kimisə udub daha yaxşı görünmək istəyir. Bu cəhətdən məşqçilərimiz eqoludur. Digər tərəfdən isə əlbəttə ki, savadı aşağı olan məşqçilər var. Bunlar istisna deyil. O cümlədən yaxşı, işini doğru görən məşqçilərimiz də yox deyil. Mən buna əminəm. Özüm də bunu görürəm".
Ölkəmizdə uşaq futbolu məşqçiliyinə marağın artdığını deyən Aslan Kərimov bunu da vurğulayıb ki, məşqçilərin daha düzgün işləməsi üçün maarifləndirmə işləri aparılmalıdır: "Əslində uşaq futbolunda məşqçi işləmək istəyənlər çoxalıb. Bir çox valideyn istəyir ki, uşaqları futbol oynasın. Amma məşqçilərimizin savadının artması üçün maariflənmə lazımdır. Mən bir şeyin də şahidi olmuşam ki, kurslarda məşqçilər UEFA-nın tələbinə uyğun şəkildə məşqlər keçirlər. UEFA tələb qoyub ki, təhlükəsiz mühit yaradılsın. Uşaqlar səhv etməkdən qoxmamalıdır. Bizdə isə uşaq səhv edəndə qışqırırlar, təhqir edirlər, danlayırlar. UEFA-nın qaydalarına görə isə uşaqlar belə şeylərə görə danlanmalı deyil. Onsuz da nəyisə öyrənəndə səhv edirsən. Həm də əyləncə olmalıdır, hamı əylənməlidir. 10 yaşlı futbolçu peşəkar oyunçu deyil. O, futboldan həzz almağa gəlir. Digər tərəfdən isə hamının cəlb olunacağı bir məşq formaları qurulmalıdır. Bir də görürsən ki, məşq prosesi tərtib edirlər, 6-7 nəfər sıraya düzülür. Ümumilikdə isə uşağın ayağına 3 dəqiqədən bir top dəyir. Bu, futbolla məşğul olmaq deyil. Belə şeylər məşqçinin savadı ilə bağlıdır. Elə bir məşq prosesi qurulmalıdır ki, hamı orada iştirak edə bilsin. O cümlədən də müxtəlif bacarığa malik olan uşaqlar var. Bizim fikrimiz peşəkar kluba getməsin.
Uşaqlar üçün doğru məşq prosesi fikirləşməlidirlər. Bəzən görürsən ki, məşqçilərdə tənbəllik olur. Ya da kimsə deyir ki, 300-500 manat maaş alıram, kimdir oturub, hər gün məşq yazan? Standart bir məşq forması götürür, vəssalam, qurtardı, getdi. Belə şeylər əslində futbolun inkişafına mane olur. Ümidsiz deyiləm. Gözümlə gördüyüm elə məşqçilər də var ki, məvacibindən asılı olmayaraq əməlli-başlı işləyirlər, uşaqların inkişafına qulluq edən məşq formaları hazırlayırlar".
"Uşaq futbolunda işləyən məşqçilərin həyat şəraiti heç də yaxşı deyil"
"Qəbələ" Futbol Akademiyasının baş meneceri Nail Kərimov da mövzu ilə əlaqədar fikirlərini bölüşüb. Kərimov qeyd edib ki, uşaq futbolunda məşqçi işləmək üçün ona kifayət qədər müraciətlər gəlib: "Bu mövzu ilə əlaqədar fikirləri bir neçə istiqamətə yönəldə bilərik. Birincisi isə "Məşqçi varmı?" sualıdır. Bizdə məşqçi də, məşqçi olmaq istəyən də kifayət qədər var. Məhz uşaq futbolunda məşqçi işləmək istəyənlər çoxdur. Elə mənə gələn müraciətləri nəzərə alsam, kifayət qadər şəxs tanıyıram ki, uşaq futbolunda işləməyə həvəslidir. Onlar təkcə keçmiş futbolçular deyillər. Həm də ən müxtəlif sahələrdəki gənclər də məşqçi olmaq istəyirlər. Sadəcə futbola maraqları var, bu da onları araşdırmağa, öyrənməyə sövq edir".
Nail Kərimovun fikrinə görə, bu məsələdə ən böyük problemlərdən biri uşaq futbolunda çalışan məşqçilərin az məvacib alması, sosial cəhətdən kifayət qədər yaxşı təmin olunmamasıdır: "Hər şey bir-biri ilə mütənasiblik təşkil edir. Ölkədə futbolun səviyyəsi ümumilikdə necədirsə, məşqçilərin səviyyəsi də elədir. Çox nadir hallarda istisnalar olur. Məsələn, infrakstruktur, futbola yatırılan maliyyə nə qədərdirsə, məşqçilərin səviyyəsi də o cürdür. Bunlar düz mütənasibdir. Əvvəlcə məşqçilərin sosal təminatını yaxşılaşdırmaq lazımdır. Bilirsiniz, uşaq futbolunda işləyən məşqçilərin həyat şəraiti, qazancı heç də yaxşı deyil. Bu, istər-istəməz məşqçiləri öz işlərindən aırır, motivasiya etmir. Belə olan halda effektivlik aşağı düşür, rəqabət yaranmır. Əgər sosial təminatt yaxşı olarsa, bu sadaladığım məşqçi olmaq istəyən şəxslərin hər biri bu yola başlayarlar. Onlar üçün də işıq görünər. Hansısa uşaq futbolunda işləyən məşqçinin maddi cəhətdən necə təmin olunduğunu görərlər, gənclər üçün də motivasiya olar. Keçmiş futbolçuların əksəriyyəti uşaq futbolunda qısa müddət işləyiblər, sonra peşəkar futbola keçiblər. Buna səbəb elə maddi təminatdır. Məsələ təkcə məşqçinin alacağı maaş deyil. Məşqçi həmin o ciddi yanaşmanı, müsbət məqamları görməlidir. Bilməlidir ki, burada işləyib öyrənəcyi şeylər var. Şərait yaxşı olmadıqca potensialı olan məşqçilər uşaq futbolundan tez qaçmağa çalışırlar".
Uşaq futbolundakı məşqçi problemləri, onların həll yolları tək bu sadalananlarla da yekunlaşmır. Mövzumuzla əlaqədar ikinci yazımızda digər suallarımıza da cavab tapmağa çalışacağıq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”