"Səbail"in vitse-kapitanı Adil Nağıyev komandadan ayrılıb.
Bu barədə Qol.az-a 26 yaşlı müdafiəçi özü məlumat verib. O, başa çatan müqaviləsini yeniləmədiyini bildirib: "Klub yeni müqavilə təklif etdi. Danışığımız oldu, ancaq maliyyə şərtlərində razılaşmadıq. Rəhbərlik də istəyirdi qalım, baş məşqçi də".
Adil Nağıyev hazırda bir neçə klubla danışıq apardığını da bildirib.
Qeyd edək ki, A.Nağıyev 2019-cu ildən "Səbail"də çıxış edirdi.
Xatırladaq ki, "Səbail" ötən gün baş məşqçi Aftandil Hacıyevlə yolları ayırdığını açıqlayıb.
"Şamaxı" onu da göndərdi
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"