Nurlan Novruzov ölkə xaricində çıxış edən azsaylı azərbaycanlı futbolçulardandır. Artıq 4 ildir ki, Azərbaycanı tərk edib və bizim çempionata qayıtmaq fikrində olmadığını bildirir.
Hazırda Nepalın “Maçhindra” klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi Qol.az saytına müsahibəsində maraqlı fikirlər səsləndirib.
- Nurlan, Nepalda necə gedir işlərin?
- Şükürlər olsun ki, çempionatı birinci yerdə başa vurduq. Kubokda isə finalda uduzduq. Aprelin 5-də Asiya Çempionlar Liqasında oyunumuz var. Rəqibimiz Şri-Lankanın “Blue Star” komandasıdır. Pley-off oyunudur, bir matçdan ibarət olacaq. Bəxtimizdən oyun bizim meydanda olacaq. Qalib gəlsək, ikinci mərhələdə Hindistan klubu ilə düşəcəyik.
- Nepalda yaşamaq necədir? Ora yğunlaşa bilmisən?
- Paytaxt Katmanduda yaşayıram. Əsasən burada oluram. Qıraq yerlərə 1-2 dəfə getmişəm. Doğrudan da Latmandu gözəl yerdir. Turistlər bura çox gəlir. Əsas da alpinistlər. Gözəl, mənzərəli yerdir. İnsanları da yaxşıdır. Burada darıxmıram, artıq öyrəşmişəm.
- Dünyanın ən uca dağ zirvəsi olan Everest Nepaldadır. Ora getmisən?
- Bəli, 3 dəfə getmişəm. Həmişə videolarda baxırdım. Amma canlı görmək tamam başqa bir şey imiş.
- Mövsüm ərzində qollarınla komandana çox fayda vermisən. Çempionluq gətirən qolu da sən vurdun. Yəqin ki, orada sənə qarşı insanların münasibəti yaxşıdır.
- Çox yaxşıdır, sağ olsunlar. Həmişə hörmətlə yanşırlar. Azarkeşlər məndən hər gün nəsə gözləyirlər. Ona görə də yaxşı oynamağa məcburam.
- Komandada ünsiyyəti necə qurursan? Dil sarıdan çətinlik yoxdur ki?
- Şükür, yaxşıdır. İngiliscə normal danışıram deyə çətinlik çəkmirəm. Həm komanda yoldaşlarımla, həm də rəhbərliklə münasibətlərimiz çox yaxşıdır.
- Klubun maliyyə durumu necədir?
- Yaxşıdır. İstər yerlilər, istərsə də legioner futbolçular əmək haqlarını vaxtında alırlar.
- Sirr deyilsə, klubdan aylıq gəlirin nə qədərdir?
- Əslində bunu deməyim düzgün deyil. Çox almıram. Mənə çatan 2500 dollardır. Amma burada artıq xərcim də olmur, klubun hesabına oteldə qalıram. Ona görə də hər şey normaldır.
- Artıq 4 ildir legioner həyatı yaşamağın yaxşı haldır. Bizim xarici klublara gedən futbolçularımız Azərbaycan çempionatına çox tez qayıdır...
- Bizim çempionata qayıtmağım üçün maraq olmalıdır axı. “Qarabağ”ı çıx, qıraqdan futbolumuza bax. Görün 2015-2016 mövsümündən sonra çempionat hara enib. Mənim Azərbaycana qayıdıb-qayıtmamağım önəmli deyil. Məsələ odur ki, Azərbaycan futbolu çox bərbad durumdadır. İnanmıram ki, belə davam etsin. Yəni bu gedişlə futbolumuz tamam çökəcək. Bundan sonra futbol olmasa, daha yaxşı olar. Azərbaycan futbolunun adını saxlayan təkcə “Qarabağ”dır. Bu klub olmasa, heç Azərbaycan çempionatına da baxan olmaz. Avropada normal oynayan da bircə “Qarabağ”dır. Bu səviyyədə başqa hansı klub bizi Avropada tanıda bilər? Heç biri. Real danışmaq lazımdır.
- Millimizin Malta və Latviyaya uduzmasına təəccübləndin?
- Milli komandamız göz qabağındadır. Sabah hansısa futbolçumuz gedib Latviyada oynasa, deyəcəklər ki, Latviya çempionatı nədir ki? Qəribə millətik. Guya İtaliya kimi futbol ölkəsiyik. Gedib TOP-5 çempionatlarında oynamalıyıq ki, qıraqdan danışanlar bəyənsinlər. Biz o səviyyədə deyilik axı. Kimdir bizim çempionatın oyunçusuna yaxın duran. Bu gün Maltaya, Latviyaya uduzuruq. Hansı ki, bizim millimiz Belçikaya, İsrailə qarşı necə futbol göstərirdi. Əvvəllər futbolumuz bundan qat-qat yaxşı idi. Futbolumuz indi nə gündədir. Bunu görmürlər, yoxsa görməzlikdən gəlirlər? Həqiqətən ayıbdır. Bu büdcə ilə Azərbaycan millisinin belə komandalara uduzması biabırçılıqdır. Bu, bizim üçün bir ləkədir. Açıq danışmaq lazımdır. Bizim özümüzdə bu qədər məşqçi var. Bu pullar De Byaziyə niyə verilir? Məqsədi anlamaq olmur. Baş məşqçi Azərbaycan millisi ilə heç nə edə bilmirsə, yola salın getsin də. Qurban Qurbanov millimizi çalışdıranda komandamız futbol oynamağa başlamışdı. Çox keçmədən göndərdilər. Səbəb nədir? Niyə De Byazi qədər öz məşqçimizə şans verilmədi? Özümüzə dəyər vermirlər. Çox fərqli bir sistem qurulub. Bəzən düşünürəm ki, danışmayım. Amma ayıbdır axı, qıraqdan bizə baxırlar. Azərbaycanlı məşqçi olsa, hansısa bəhanə gətirməz. Büdcəsi bizdən qat-qat aşağı olanlar irəliləyir, biz isə geri gedirik. Milliyə can yandırmaq lazımdır. Ümumiyyətlə, Azərbaycan futboluna can yandıran insanlar lazımdır. Yoxsa futbolumuz batır.
- Millimizdə legionerlərin çoxluq təşkil etməsinə münasibətin necədir?
- Bir insan ki, millidə pula görə oynayır, ondan nə gözləmək olar? Göz önündə olan şeylərdir. Həmişə onlar pul qazanıb gediblər. Söz deyiləndə də yerlilərə deyilir. Bununla Azərbaycan futbolu heç vaxt qabağa getməyəcək. Bizim çempionatda o qədər cavan uşaqlar var, şans verin də. Can yandıran, vicdanla işləyən insanlar yoxdur. Olsa, bu gün belə olmaz. Eddidən də güclü oyunçularımız var, Nazarovdan da.
- Məsələn, sən Nazarov və Eddidən daha faydalı ola bilərsən?
- Mən 21-22 yaşımda çempionatın bombardiri oldum, amma milliyə dəvət etmədilər. Onda da xarici baş məşqçi və eyni rəhbərlik idi. Üstündən bu qədər vaxt keçib, Maltaya da uduzuruq, Latviyaya da. Dəyişən nəsə yoxdur. Futbolumuz uçuruma gedir.
- Nə dəyişməlidir ki, futbolumuzun böhrandan çıxsın?
- Mən bunu desəm, sabah məni futboldan silərlər. Futbolda bütün rəhbərlik dəyişilməlidir. Azərbaycan futboluna kimlər baxırsa, hamısı dəyişdirilməlidir. Futbol verilməlidir vicdanlı insanların idarəçiliyinə. Yəni futbolda pula önəm verməyən insanlar olmalıdır. Lap pul qazansınlar, amma nəticə versinlər. Yoxsa burdan pulları qazansınlar, Azərbaycan futbolu uçuruma getsin, hər gün bir bəhanə. Hara qədər? Axırı qəbirdir. Pulu ora apara bilməyəcəklər. Amma hələ də yığırlar, gözləri bağlanıb, nə olub, bilmirəm.
Gəlin, real danışaq. Beş ildən sonra bizim millimizdə kim oynayacaq. Varmı elə uşaqlar? Vallah, yoxdur. Futbolumuz uçurumun dibindədir. “Bakı”nın, “Qəbələ”nin akademiyaları yetişdirirdi futbolçuları. “Bakı”nın bazasını yox edəndə heçmi futbolun gələcəyini düşünmədilər? Nə qədər futbolçular yetişəcəkdi. Baxın, “Bakı”nın, “Qəbələ”nin nə qədər yetirməsi çempionatımızda oynayırdı.
Həqiqətən millidən danışanda tüklərim biz-biz olur. Mən ölkə xaricindəyəm. Bizim milli komanda haqda danışanda yavaş-yavaş aradan çıxıram. Üzüm gəlmir, nə deyim? Adam utandığından qıp-qırmızı olur. Çünki hamı soruşur ki, millinin reytinqdə neçəncidir? Nə qədər davam edəcək, həmişə belə olacaq? Azərbaycan futboluna kimlər baxırsa, hamısı dəyişdirilməlidir.
- Gələcək planın nədir? Nepalda qalmaq fikrindəsən, yoxsa başqa ölkədə çıxış etmək variantı var?
- Planım odur ki, burada oynayım, sonra Asiyada daha yaxşı komandalardan birinə keçim. Həqiqətən Azərbaycana qayıtmaq fikrim yoxdur. Heç Azərbaycan futbolunun sabahı bəlli deyil. Sabah necə olacaq bilinmir. Yeganə ölkəyik ki, bizim Premyer Liqanın sabahı bilinmir. Bütün dünyada bizdən fərqlidir. Məsələn, biz Nepaldan hətərəfli üstünük. Amma bu gün Nepalın əsas liqasında 12 komanda var. İkinci liqada da eyni saydadır. Hələ C liqaları da var ki, orada 10 komanda mübarizə aparır. Hər il C liqasında çempion olan 2 komanda B-yə, B-də çempion olan A liqasına yüksəlir. Sonuncu yeri tutan iki komanda isə aşağı liqaya düşür. Bizdə niyə bu sistem yoxdur? Kim baxır bizim futbola? Neçə ildir 1-ci divizionda kim çempion olsa da, Premyer Liqaya çıxa bilmir. Bizim futbolun analoqu yoxdur.
- Azərbaycandan klublarından təklif almısan?
- 1000 manatlıq təklif? (gülür)
- Belə təklif gəlib?
- Hə, vallah. Ondansa başqa işlə məşğul olaram. Təklif gələndə nəsə deməyə utandım, təkcə “sağ ol” dedim.
- Hansı klub idi?
- Onu deməsəm yaxşıdır.
- Başqa təkliflərin var?
- Menecerlərim danışır. Yəqin ki, mayda real təkliflər müzakirə olunacaq.
Ramiq Ağaməmmədov
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi