Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Son zamanlar Azərbaycan futbolunda yetişən azsaylı gənc istedadlardan biri də Musa Qurbanlıdır. Yəqin ki, bu ad artıq sizə tanışdır. Çünki Musa hələ 19 yaşının olmasına baxmayaraq, özündən söz etdirməyi bacarıb.
Gənc oyunçu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olmasına baxmayaraq, futbolumuzun bu əzəmətli mütəxəssisinin ad-sanı Musa üçün hər hansı bir xüsusi üstünlük yaratmır. Atasının Musaya futbolçu kimi köməyi öz məsləhətləridir. Bunu yazımızın qəhrəmanının karyerasına baxdıqda da görmək olar.
Musa 2016-2019-cu illərdə “Neftçi”nin U-19 kollektivində, 2019-2020-ci illərdə isə “Qarabağ”ın U-19 komandasında çıxış edib. Bunu da qeyd etmək lazımdır ki, Musanı “Qarabağ”a cəlb edən, onun üzərində xüsusi işləyən şəxs komandanın sabiq kapitanı, hazırda “Zirə”yə baş məşqçilik edən Rəşad Sadıqov olub. Musanın futbolda peşəkar addımları da məhz Ağdam təmsilçisində başlayıb. O vaxt hələ 17 yaşı olan Musa komandasında 15 matçda 3 qol vurub. Lakin buna baxmayaraq, Qurban Qurbanovun oğlu elə həmin il icarə əsasında “Zirə”yə göndərilib. Musa Bakı təmsilçisində də rəqibləri məyus edib.

Futbolçu icarə müddətinin başa çatmasının ardından “Qarabağ”a qayıdıb. Bundan sonra isə Musa daha yaxşı çıxış etməyə başladı. Çünki o, Azərbaycan Premyer Liqasında bu mövsüm meydana çıxdığı 10 oyunda 6 qol vurub. Hələ bununla da kifayətlənməyib, 4 qolun ötürməsini də verib. Köhnə xarabalığı xatırladan Azərbaycan futbolunda belə futbolçuları gördüyünüzə siz də inanmırsınız, düzdür? Amma zarafat deyil e. Bacarıb. Musa hazırda bizim üçün hər kəsin yadından çıxan bir şəhərdə məskunlaşan, orada həyat olduğunu göstərmək istəyən insan kimidir. Onun timsalında gənc və istedadlı oyunçularımıza dəstək olmaq, ruhlandırmaq, dəyərləndirmək lazımdır. Bəlkə, elə Musa kimi 5-10 nəfər gənc quruyan torpağa bir az su tökər... Bəlkə, elə Musa kimi futbolçular o torpağı bir az belləyib, nə isə becərər...
Yeri gəlmişkən, bu istedadlı oğlan yalnız “Qarabağ”da oynamır. Musa Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət milli komandasının da üzvüdür. İndi bir məqamı da diqqətinizə çatdıracağam. O, 2 gün əvvəl Avro-2023-ün seçmə mərhələsində Estoniya ilə qarşılaşmada dubl da edib. Milli komandalarımız ürəkbulandıran səviyyədə olsa da, Musa kimi futbolçuları görəndə gələcək üçün nəyəsə ümid etmək olur.

Yaxşı, Musa belə uğurlara imza atır, həm milliyə, həm “Qarabağ”a kömək edir. Bəs, niyə atasının baş məşqçisi olduğu komandada əsas heyətdə yer almır? Niyə “Qarabağ”dakı yerini möhkəmləndirmir? Ümid edirəm ki, bu sualın cavabı hamınıza məlumdur. Çünki nə Qurban Qurbanov kimisə “qabağa çək”ən “dayı”dır, nə də Musa Qurbanlı həmin “dayı”nın oğlu. Bu işdə nə tapşıran var, nə tapşırılan. Çünki bəhs etdiyimiz insan Qurban Qurbanovdur – dişi-dırnağı ilə bu yerlərə gəlib çıxan, komandası Avropada adından söz etdirən, gülünc bir səbəblə millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılan şəxsiyyətdir. Məgər, belə bir insanın oğlundan “tapşırılan” futbolçu çıxışı gözləmək olardı? Axı, o, Qurban Qurbanov tərbiyyəsi görüb. Bəllidir ki, bu təcrübəli ata oğluna daha çox şans verməyi, onu ön plana gətirməyi yox, bir məşqçi kimi futbolçu Musaya daha çox təcrübə qazandırmağı düşünür. Qurban Qurbanov fədakarlıqlara alışıb də. Əsas odur ki, mütəxəssis öz işini görür. O öz işini görür, biz də bunun nəticələrini görürük. Bu dürüstlüyün məhsulu da məhz “Qarabağ”ın ardıcıl avrokuboklardakı çıxışı, pley-offa yüksəlməsi, heyətində Musa kimi neçə-neçə gənc futbolçuların olmasıdır. Elə Qurban Qurbanov da, Musa da bizə hələ çox lazımdır. Lazımdır ki, iflic futbolumuzu qollarında daşıya bilən olsun.
Belə görünür, biz hələ Musanın adını çox eşidəcəyik. Biz hələ Musa ilə çox fəxr edəcəyik....
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər