Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bu il iyulun 21-də Beynəlxalq Olimpiya Komitəsi sambonun Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi haqda qərar verib. Beləliklə, bu idman növü 2024-cü ildə başlayaraq sözügedən oyunların proqramında yer alacaq.
Bu, gələcəkdə Azərbaycanın Yay Olimpiya Oyunlarında medal sayının çox ola biləcəyi ehtimalını qüvvətləndirir. Çünki 7 dəfə dünya çempionu Ceyhun Məmmədov başda olmaqla ölkəmizdə bütün dövrlərdə güclü samboçular yetişib və bu ənənə indi də davam edir.
Bəs, hazırda Azərbaycanda sambonun durumu necədir? Milli komandamızın baş məşqçisi Bəxtiyar Hacıyev bildirir ki, indi bizdə sambonun vəziyətini sabit saymaq olar: “Sambo bu ay Tokioda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin iclasında daimi olaraq Olimpiya idman növü kimi tanındı. Ona görə də məsuliyyətimiz daha da artıb. Növbəti Olimpiya Oyunlarında sambo da olacaq. Hazırda vəziyyət normaldır, federasiya rəhbərliyi də əlindən gələni edir, işlər görülür. Qarşıdakı yarışlara hazırlıqlar gedir. Çalışacağıq ki, gələcəkdə uğurlarımız daha çox olsun, Olimpiya Oyunlarında azarkeşlərimizi sevindirək”. 
Bəs, bölgələrdə və paytaxt Bakıda yeniyetmələr və gənclər arasında samboya maraq hansı səviyyədədir?
Bəxtiyar Hacıyevin sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 2018-ci ildə samboya 3 il tanınma müddəti verilmişdi: “Ondan sonra da bölgələrdə işlər görmüşük ki, sambo daha çox populyarlaşsın. Federasiya olaraq hər bir addımı atmışıq. Bunun da nəticəsində 2019-cu ildə keçirilən Avropa Oyunlarında 3 medal qazandıq. Yeniyetmə və gənclər arasında keçirilən dünya çempionatlarında idmançılarımız qalib oldu. Çalışırıq ki, bölgələrdə də daha çox işlər görək ki, inkişafın ardı gəlsin. Hazırda Azərbaycanda ümumi olaraq 1500-2000-ə yaxın idmançı sambo ilə aktiv məşğul olur”. 
Bəxtiyar Hacıyev bildirir ki, sambo keçmiş qeyri-olimpiya növlərinin içərisində ən inkişaf etmiş idman növlərindən biri olub: “Hətta SSRİ dönəmində sambo cüdo idman növündən daha çox inkişaf etmişdi. Hazırda Azərbaycanda bizim canlı əfsanəmiz, 7 qat dünya, 6 qat Avropa çempionu Ceyhun Məmmədovumuz var. Sambonun inkişafı elə Ceyhun müəllimlə də bağlıdır. Bizdə sambo iki yerə bölünür - döyüş sambosu və idman sambosu. Döyüş sambosuna böyük maraq var, bölgələrdə bunun da üzərinə çalışırıq ki, orda inkişaf getsin. Planımızda var ki, döyüş sambosunu respublika yarışlarının planına daxil edək. Bu idman növü gənclərin həm tərbiyəsi, həm də fiziki cəhətdən inkişafında müsbət rol oynayır. Son zamanlarda pandemiya şəraiti ilə üz-üzə gəlməyimizə baxmayaraq, məşqçilərimiz durmadan idmançılarımızla iş apardı, onlarla söhbətlər edildi, ev şəraitində məşqlər keçirildi ki, həvəs azalmasın. Hər bir məşqçimiz bu idman növünün sirrlərini gənclərimizə aşılayır”.
B.Hacıyev deyib ki, bu gün də Azərbaycanda güclü samboçular var: “Son 10 ildə bizim çox sayda dünya çempionumuz olub. Amil Qasımov, İslam Qasımov, Emil Həsənov, Mehman Xəlilov, Ağaasif Səmədov və başqaları. Bu işdə Ceyhun müəllim, federasiyamızın vitse-prezidentləri iş aparır, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq şəraitində işləyirik. Bu 3 qurum bir yerdə istəyirik ki, işlərimizi daha çox genişləndirək”. 
B.Hacıyevin sözlərinə görə, hazırda Azərbaycanda sambo həm Gənclər və İdman Nazirliyi, həm də federasiya tərəfindən maliyyələşir: “Bacardığımız qədər idmançılarımızı, məşqçilərimizi yaxşı şəraitlə təmin etməyə çalışırıq. Dövlətimizin də böyük dəstəyi var. Nəticə verən idmançılarımız evlə təmin olunur. Artıq Olimpiya idman növlərinə daxil olmuşuq. İnşallah həm dövlətimizin, həm də MOK-un dəstəyi daha böyük olacaq”.
AĞA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər