“İnter”in sabiq icraçı direktoru Alı Alıyevin Qol.Az saytına müsahibəsi
- Futboldan uzaqlaşandan sonra nə işlə məşğulsunuz?
- Hazırda Bakı Dövlət Universitetində idman kafederasında çalışıram, dəsr deyirəm.
- Premyer Liqanın oyunlarını izləyirsinizmi?
- Yalnız televiziya vasitəsi ilə. Stadionlara heç getmirəm.
- Mətbuatla indi münasibətiniz necədir?
- Mənim mətbuatla həmişə münasibətim yaxşı olub. Özü qeyd etdiyim kimi ,BDU-da müəllim işləyirəm. Siz də bilirsiniz ki, ən güclü jurnalist məktəbi də məhz bu universitdədir. Sadəcə, hər sahədə olduğu kimi, jurnalistlər arasında da müxtülif xarakterdə, müxtləlif səviyyədə olanları var.
- “İnter” də işlədiyiniz dövrdə jurnalistlərin ən çox sevmədiyi futbol şəxslərindən idiniz. Yəni mətbuata çox qapalı insan kimi tanınırdınız.
- Ola bilsin ki, kimlərsə o cür düşünsün, amma mən tam əksini fikirləşirəm. Mən jurnalistlərə qarşı həmişə sıx, səmimi münasibətdə olmuşam və onlar heç vaxt məndən narazı qalmayıblar. Bu sənətə böyük hörmətim var. Özüm bir neçə dəfə məhz jurnalistlərin iştirakı ilə “Media kuboku»nun təşkil edilməsinin təşəbbüskar olmuşam. Sadəcə qeyd etdiyim kimi, bu sahədə çalışan insanlar müxtəlif səviyyədə olurlar.
- Keçək futbola. Çempionatımızı televiziya vasitəsilə izlədiyinizi dediniz. Səviyyə necədir?
- Elə də böyük, haylı-küylü səviyyə artımı görmürəm. Bilirsiniz, futbolda həmişə fakt kimi nəticəni götürürlər ki, bu da Azərbaycan futbolunda yoxdur. Mən əvvəlki çempionatlarla indiki arasında ciddi bir fərq görmürəm. Fərq yalnız ondadır ki, indi legioner limiti ləğv olunub və imkanlı klublar istədiyi qədər legioner futbolçu gətirə bilirlər.
- Sabiq klubunuz “İnter” son ölkə çempionu adını qazandı. Buna münasibətiniz?
- Həmin vaxt mən Türkiyədə idim və zəng edib münasibətimi soruşdular. Mən isə bu uğura görə ürəkdən sevindiyimi bildirdim. Bu gün də bu komandanın uğurlarına sevinirəm və özümü heç vaxt “İnter”dən kənarda saymamışam. Ola bilsin, o vaxt biz işləyəndə işimizi düzgün qurmamışdıq, haradasa səhvə yol vermişdik. Amma istənilən halda “İnter” bizim komandamız idi və onun uğurlarına sevinməliyik. Bu, neçə il çəkilən zəhmətin bəhrəsi idi. Özü də bilirsiniz ən çox nəyə sevindim? “İnter”i çempion edən “Qarabağ” oldu. Bilirsiniz ki, həmin vaxt “İnter”in çempionluğu üçün Ağdam klubununun qələbəsi vacib idi. Ona sevindim ki, “Qarabağ”a qələbə, “İnter”ə isə çempionluq gətirən qola Zaur Həşimov imza atdı. Sabiq “İnter”li. Həmin oyunda “Qarabağ”ın heyətində bir vaxtlar “İnter”dən kənarlaşdırılan 5 futbolçu çıxış edirdi. Bu oyun həm də onların kişiliyini ortaya qoydu. Yəni mənliklərini itirsəydilər, “İnter”in çempion olmaması üçün oyunu satardılar.
- Maraqlıdır, sizin dövrünüzdəkin heyət heç də hazırkı heyətdən zəif deyildi. Komandanın başında Anatoli Konkov kimi mütəxəssis dururdu, hansı ki Xodukindən güclü məşqçi hesab olunur. Amma buna baxmayaraq, komanda heç avrokuboklara da vəsiqə qazana bilmirdi. Sizcə haradı səhvə yol verdiniz?
- Xodukinlə Konkov müqayisəedilməz məşqçilərdir. Xodukin futbolçu kimi o qədər də güclü olmaya bilər. Amma məşqçi kimi çox güclüdür. Güclü məşqçi olmasaydı, Konkov onu öz briqadasına işləməyə dəvət etməzdi. Konkov isə futbolçu kimi çox güclü olub. Amma məşqçi kimi idarəetmədə səhvlərə yol verdi. Elə rəhbər kimi də. Bilirsiniz ki, o həm də vitse-prezident vəzifəsini daşıyırdı və əldə olunan nəticələrə birbaşa məsuliyyət daşıyırdı. Sizə bir şey danışım. 2006-cı ildə ölkə kubokunun deyəsən ¼ final mərhələsində “Karvan”la qarışılaşırdıq. İlk oyun Yevlaxda keçirilmişdi və 1:1 başa çatmışdı. Təkrar oyun Tofiq Bəhramov adına Respublika stadionunda oynanılırdı. Deməli, oyundan əvvəl heyəti qurdu və verdi mənə ki, “get protokolu doldur”. Baxdım gördüm ki, qurduğu heyətdə müdafiə anlayışı yoxdur. Halbuki bizə qolsuz heç-heçə də sərf edirdi. Qayıtdım ki, cənab Konkov, bəlkə heyətə bir də baxasınız, siz əminsiniz ki, ideal heyət qurmusunuz? Mənə qayıtdı ki, “sənə, dedim, get protokolu doldur”. Nə deyə bilərdim? Axı baş məşqçidən əlavə o həm də vitse-prezident idi. Sözünü yerinə yetirdim. Nəticədə “Karvan” həmin oyunda bizi darmadağın etdi.
- AFFA-nın fəaliyyətindən razısınız?
- Mən elə hesab edirəm ki, normal fəaliyyət var. PFL-in və onun prezidenti Ramin Musayevin fəaliyyətini də qeyd edərdim. Düzdür, mətbuatda onun fəaliyyətindən narazı qalanlar da var, amma istənilən halda Musayev neçə idlir Azərbaycan futbolunun içindədir və mətbəxi yaxşı bilir.
- Amma məhz hazırkı federasiya rəhbərliyi legioner limitini birdəfəlik ləğv etdi, bunu da bəziləri Azərbaycan futboluna zərbə kimi qiymətləndirir.
- Düzdür, hazırda iddialı klubların demək olar hamısı öz heyətində legionerlərə üstünlük verirr. Elə bu sahədə ən çox seçilən klub da “İnter”dir. Amma niyə, yerli futbolçular da var. Məsələn Cavid Hüseynov adını çəkə bilərəm. Çoxu deyir ki, Cavid Tovuz futbolunun yetirməsidir. O, hardan Tovuz futbol məktəbininn yetirməsi oldu? Bilməyənlərə deyirəm, Cavid “Xəzər Universiteti”nin yetirməsidir. O vaxt Cavid xəstələnəndə onun müalicəsini kim təşkil etdi? Həmin vaxt Tovuz harada idi görəsən? İndi qayıdaq limitə. Yəqin ki, bir müddətdən sonra federasiya statistikaya baxacaq, görəcək ki, hansı komandada nə qədər yerli, nə qədər əcnəbi futbolçu oynayıb. Yəqin bundan sonra qərara yenidən baxacaqlar.
- Belə başa düşdüm ki, limitin tam ləğvinin tərəfdarı deyilsiniz?
- Bilirsiniz, məncə bunu 9-dan başlayıb sonra 8-ə, ardınca 6-a endirmək daha yaxşı olardı. Birdən-birə tam ləğvi düzgün deyil. Mən istərdim ki, hər komandanın heyətində məcburən ən azı 3 yerli futbolçu oynasın.
- Milli komanda haqqında nə düşünürsünüz, sizcə Foqts uğur qazana biləcək?
- Xeyr.
- Niyə?
- Çünki onun sehirli çubuğu yoxdur.
- Anatoli Konkovla münasibətiniz indi necədir? Heş əlaqə saxlayırsınız?
- Onun dövründə “İnter”də köməkçiləri olan şəxslərin hamısı ilə əlaqə saxlayırıq, bayramlarda bir-birimizi təbrik edirik.
- Konkovun özü ilə danışmırsınız?
- Yox. Nədən danışacağıq? Burdan gedəndən mənim haqqımda deyirdi ki, guya komandanı dağıdanlardan biriyəm. Halbuki o, özü burdan nəyə görə getdiyini yaxşı bilirdi.
- Deyilənə görə Konkovun Ukraynada çox dəbdəbəli bir villası var və onu “İnter”dən ayrıldıqdan sonra tikdirib?
- Vallah kim nə deyir, desin. Ukraynada “Kiyev dənizi” deyilən bir yer var. Dəniz qədər böyük deyil, amma ukraynalılar oranı bu cür adlandırırlar. Dneprepetrovskiyə yaxındır. Orada Konkovun bir villasının olduğunu deyə bilərəm. Həmin villanı da o, “İnter”ə gəlməmişdən əvvəl tikdirmişdi. Villa deyəndə, hardasa 7-8 otaqdan ibarət idi. Yəni deməyim odur ki, Konkov o qədər də kasıb adam olmayıb.
- Sizcə, Konkov Azərbaycan futboluna xeyir verdi?
- Hər şeydə bir xeyir var. Allah yuxarıdan baxır, gərək düzünü deyəsən. Konkov Azərbaycan futboluna bir çox mənada peşəkarlıq gətirdi. Ən azından o, “İnter” kimi komanda yaratdı. Milli məşqçiləri ilə münasibət yaratdı, tez-tez dəirimi masa təşkil edirdi, klubun baza, stadion məsələsinə ciddi önəm verdi. O vaxt biz Zabrat stadionunu klubun bazası kimi məskən seçdik. Oradan digər klublar və milli komandada istifadə etməyə başladı. “İnter”də uşaq futboluna da məhz onun dövründə fikir verilməyə başlandı.
- Sonda maraqlıdır, nə vaxtsa yenidən futbola qayıtmaq fikriniz var?
- Futbol üçün çox darıxmışam. Ən çox da matçlardan sonra təşkil olunan mətbuat konfransları və orada jurnalitslərlə olan mübahisəli diskusiyalar üçün.
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video
"Milan"da 5 illik müqavilə