"Keşlə" klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.az saytına müsahibəsi
- Ötən il bir neçə ay sürən Avropa karyeranızı necə dəyərləndirirsiniz?
- Hardasa, bəxtsizlik yaşadım. Hər şey yaxşı başlamışdı, Bosniya və Herseqovina klubu "Çelik"də baş məşqçim Ümit Özat idi. Sadəcə olaraq orda çempionat pandemiya səbəbinə görə başlamamış dayandı. Ona görə 5-6 ay futbolsuz qaldım.
- Bəs, Şimali Makedoniyanın "Şkupi" klubunda niyə möhkəmlənə bilmədiniz?
- Makedoniyaya yayda getdim. Düzdür, kluba gec qoşuldum. Lakin ardıcıl 4-5 oyun oynadım. Yaxşı çıxış etdim, sadəcə olaraq, zədə aldım. Ona görə də 1-2 ay oynamadım. Sonra özümə gəldim, üzərimdə işlədim, daha sonra ortaya maliyyə problemləri çıxdı. O səbəbə görə klubla istər-istəməz narazılıq baş verdi. Dediyim kimi uğursuzluq oldu. Amma Avropa mənə yeni təcrübə qazandırdı.
- "Keşlə"də ab-hava necədir?
- Hər şey öz qaydasındadır. Ötən gün "Səbail" ilə yoxlama matçında əsas heyətdə meydana çıxdım. Özümü yaxşı hiss edir və oynamağa hazır sayıram.
- 2 aya yaxındır "Keşlə"yə transfer olunsan da, hələ rəsmi debüt etməmisən. Səbəb nədir?
- 4 ay məşqsiz qaldım, çünki zallar bağlı, meydança yox idi. "Keşlə"yə qoşulduğum müddətdən hər şey öz yolundadır. Bayaq dediyim kimi, özümü yaxşı hiss edirəm. Məşqçi şans versə, can-başla oynamağa hazıram. Özümə inanıram.
- Əvvəlki Elvini görmək çoxmu vaxt aparacaq?
- Bir neçə ay futbolsuz qalmaq çox çətindir. Artıq özümə gəlmişəm, hər iki yoldaşlıq görüşündə iştirak etdim. Hər şey yaxşıdır. Mənim üçün indiki vəziyətdə ancaq oynamaq lazımdır. Nə istədiyimi bilirəm, məşqlərimi yüksək motivasiya ilə keçirirəm və deyərdim ki, artığını da edirəm. Mənə indiki dönəmdə stabil oynamaq lazımdır ki, əvvəlki Elvin qayıtsın. Mən buna hazıram.
- "Keşlə"də heyətə düşmək çətin olmayacaq?
- Əziyyət çəkirsənsə, məşq edirsənsə, işinə peşəkar yanaşırsansa, hər yerdə uğur qazana biləcəksən. Nə qədər istedadlı olsan da, işə can qoymasan, uğur qazana bilməzsən. Mən işimə məsuliyyətlə yanaşıram. Özümə inanıram ki, heyətə düşünəcəm, yaxşı oyunlar keçirəcəm.
- Hazırda sabiq klubların olan "Qarabağ" və "Neftçi" a arasında çempionatda gərgin mübarizə gedir. Şansları necə dəyərləndirirsiniz?
- Hər ikisi liderdir, hər ikisinin xalı eynidir. Başa-baş mübarizə gedir. Çempionat davam edir, indidən nəsə demək çətindir.
- Milli komanda ilə bağlı nə düşünürsünüz?
- Milli komanda Portuqaliya oyunda pis çıxış etmədi, normal idi. Qətərlə oyuna gəlincə, onlar Asiya çempionudur, ilk hissədə qalib gəlsək də, ikinci hissədə rəqib 2 qol vuraraq qələbə qazandı. Əsas Serbiya ilə oyundur. Onlarla görüşdə yaxşı çıxış edib 3 xal qazanmaq lazımdır.
Ağa Dadaşzadə
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?