“Qəbələ” mövsümün ikinci hissəsinə hazırlığı davam etdirir.
Qol.az xəbər verir ki, “qırmızı-qaralar” toplanışın Qəbələ şəhər stadionunda gerçəkləşən ilk mərhələsini başa vurub. Komandanın baş məşqçisi Elmar Baxşıyev yanvarın 5-də start götürən toplanış barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Qəbələdəki qış hazırlığından məmnun qaldıq. Burada təlim-məşq toplanışı üçün hər bir şərait var. Antalyadan yeganə fərqi yoxlama matçlarının keçirilməsi üçün rəqiblərin yoxluğudur. Komanda istirahətdə az müddət keçirdiyindən sınaq matçlarının baş tutmaması problem olmamalıdır. Ümumilikdə, futbolçular üzərinə düşəni səylə yerinə yetirdilər. Onların işə yanaşması məşqçilər korpusunu sevindirir. Toplanışda komandanın həm fiziki, həm də texniki-taktiki durumu, ən əsası xətlərarası əlaqənin daha da yaxşılaşdırılması üzərində işlədik. Akademiyanın 4 futbolçusu hazırlıq dövründə bizə qoşulmuşdu. Onların hamısı potensiala malik futbolçulardır. Bu oyunçulardan bəzilərinin daim bizimlə qalması və əsas komanda ilə davam etməsini planlaşdırırıq”.
41 yaşlı mütəxəssis hazırlıq prosesinin Bakıda gerçəkləşəcək ikinci hissəsi barədə də fikirlərini bildirib: “Yanvarın 14-də “Sumqayıt”la yoxlama görüşü keçirəcəyik. Bu matçdan sonra bir həftəlik hazırlıq prosesi olacaq. Bu mikro tsikl ilə “Zirə”yə qarşı oyunun hazırlıqlarına başlayacağıq”.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi