“Sportinq” ötən mövsüm Avropa Liqasında yaxşı təsir bağışladı. Yalnız müəyyən səbəblərə görə “Atletiko”ya uduzaraq, turnirlə vidalaşdı. Bu isə göstərir ki, biz yaxşı işlər görə bilərik”.
Qol.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Sportinq”in baş məşqçisi Joze Pezeiru deyib. Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Qarabağ”la oyunu öncəsi mətbuat konfransında fikirlərini açıqlayan 58 yaşlı mütəxəssis bütün diqqətlərini sabahkı matça yönəltdiklərini bildirib:
“Sabah da meydana ən yaxşısını etmək üçün çıxacağıq. Əsad diqqətimiz məhz bu qarşılaşmada olmalıdır. Biz rəqibdən daha çox qol vurmalıyıq”.
“Qarabağ” haqda da danışan Pezeiru rəqibin potensialına yaxşı bələd olduğunu söyləyib: “Qarabağ” Azərbaycanda son 5 ilin çempionudur. Onlar ötən il “Sportinq”i mübarizədən kənarlaşdıran “Atletiko” ilə heç-heçə oynayıblar. Rəqibimiz topla oynamağı sevən komandadır. “Qarabağ”ı tanıyır və bizi nə gözlədiyini bilirik. Avropa Liqasına yaxşı başlamaq çox vacibdir. Bu görüş üçün xüsusi oyun planı və strategiyamız var. Amma “Qarabağ”la bağlı daha çox şeyi araşdırmalıyıq”.
Pezeiru komandanın zədəli hücumçusu Bas Dostun durumuna da aydınlıq gətirib: "Bas Dost zədəlidir, amma eybi yox. Onu əvəz edə biləcək başqa futbolçularımız var. O, zədəsini sağaldıb, tezliklə sıraya qayıtmaq haqda düşünməlidir".
Baş məşqaçi sonda azarkeşlərə səslənib: “Komandaya dəstək olmaq üçün azarkeşlərə müraciət edirəm. Ümid edirəm ki, sabah hamınız stadionda olacaqsınız”.
Qeyd edək ki, sabah keçiriləcək “Sportinq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar