Premyer Liqanın VIII turunda “İnter” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Liderlə oyunöncəsi komandanın yarımmüdafiəçisi Mirhüseyn Seyidov Qol.az saytının suallarını cavablandırıb.
- Bu tur “Qarabağ”la qarşılaşacaqsınız. Oyuna necə hazırlaşmısız?
- Adi çempionat oyunu kimi hazırlaşmışıq. Keçən oyun “Neftçi”yə uduzduq. Sonra millinin oyunlarına görə fasilə yarandı. 1-2 zədəlimiz var, amma hazırlığımız yaxşı keçib. Normal hazırlaşmışıq.
- “Qarabağ” milliyə daha çox futbolçu verdiyindən, bu cür toplanışlardan sonra komandada yorğunluq olur. Elə futbolçular da çox vaxt bunu dilə gətirirlər. Bu amil “İnter” üçün əlavə üstünlük ola bilərmi?
- Açığı, bizdə də milliyə gedən futbolçular az olmur. Düzdür, “Qarabağ”ın futbolçuları təcrübəlidirlər. Bir çox futbolçusu əsas milliyə dəvət alır. Ancaq nəzərə alaq ki, onların heyəti də genişdir. Bu mənada inanmıram ki, bu, “Qarabağ” üçün hansısa problem yaratsın. Əksinə, bizdə heyətlə bağlı kasadlıq var. Bizə daha çətindir. Digər tərəfdən, 4 gün sonra Çempionlar Liqasında oyunları var. Həmin oyuna yüksək əhval-ruhiyyədə çıxmaq üçün rəqib bizdən daha istəkli olacaq.
- Nizami Hacıyev “Qarabağ”a qarşı oynamayacaq. Səncə, kapitanın yoxluğu oyununuza nə kimi təsir göstərə bilər?
- Nizami kapitandı. Komandanı arxasınca aparandı. Ötən turda da oynamamışdı. Düzdür, onun olmaması ciddi itkidi. Onun mövqeyində oynayan futbolçu Nizaminin boşluğunu doldurmalıdı. Rəqib “Qarabağ”dı. Hər futbolçu bu komandaya qarşı yaxşı oynayıb, özünü göstərməyə çalışır.
- Məlum hadisəyə görə Zaur Svanadze Gürcüstanda idi və “İnter” “Qarabağ”la oyuna baş məşqçisiz hazırlaşdı...
- Xanımı dünyasını dəyişdi, Allah rəhmət eləsin. Svanadze özü Bakıda olmasa da, köməkçiləri burda idi. Bilirsiz ki, köməkçisi öz qardaşı oğludu. Uşaqlar da məsuliyyəti dərk edib, daha istəklə hazırlaşıb. Artıq Svanadze Bakıya gəlib. Oyunöncəsi son məşqi özü keçib.
- Komanda daxilində ümumi əhval-ruhiyyə necədi?
- Normaldı. “Neftçi”yə məğlubiyyətdən sonra ruh düşkünlüyü yarandı. Amma unutmaq omaz ki, rəqib “Neftçi” idi. Onlar bu mövsüm zəif təsir bağışlasalar da, “Neftçi”yə məğlubiyyəti o qədər də böyütmək lazım deyil. “Neftçi” həmişə belə qalmayacaq. Nə vaxtsa öz sözünü deyəcək.
- Vaxtı ilə “ağ-qaralar”ın şərəfini qorumusan. Yenidən sabiq komandana qayıdışın gözlənilirmi?
- Hələ ki, açıq danışığımız olmayıb. Ordan-burdan eşidirəm. Çünki Tərlan müəllimin o qədər vaxtı da yoxdur ki, bu barədə aramızda hansısa danışıq olsun. Sağ olsun, hörmətimi saxlayır. Arada görüşürük. Amma açıq söhbət olmayıb. “İnter”lə də müqaviləm var. Qışı gözləyək. Ondan sonrakı proseslərə baxarıq. Tam əminliklə demirəm, amma nə vaxtsa “Neftçi”yə qayıtmaq qismət ola bilər. Yəqin ki, “Neftçi”ni belə saxlamazlar. Qışda yeni futbolçular alınacaq. Çünki hazırkı mövqeyi bu komandaya yaraşmır.
- “Neftçi”dən söz düşmüşkən, bu gün komandanın belə uğursuz çıxışının səbəbini nədə görürsən?
- “Neftçi” bu gün yerli oyunçudan əziyyət çəkir. Öz adımı çəkməyim, düzgün çıxmaz. Araz, Elvin, Slavik var idi ki, bu gün klublarında yaxşı çıxış edirlər. “Neftçi” bu cür futbolçuları əldən buraxdı, indi də əziyyətini çəkir. Yeni rəhbərlik gələndən onra hər şey dəyişdi. Hər hansı məğlubiyyətdən sonra uşaqları tanımadıqları halda uzaqlaşdırdılar. Bu, düzgün addım deyildi. Böyük səhv elədilər. “Neftçi”də yerli uşaqlar bir yumruq kimi idi, onu dağıtdılar. Nəticədə kollektiv pozuldu.
- Yəni komandanın acınacaqlı duruma düşməsində 1 nömrəli günahkar rəhbərlikdi?
- İnciməsinlər, amma belədi. O vaxt bizi çıxaranda da ciddi problem yox idi. Bilirdik ki, büdcə azalacaq. “İnter”ə gələndə də vəziyyəti bilirdik. Biz heç vaxt pul davası etməmişik. Çağırıb, hər şeyi izah etsəydilər, bizdən kömək istəsəydilər, canla-başla kömək edərdik. Bizim üçün qürur hissi olardı. Amma bunlar elə etmədilər. Məşqçi heç nə demədən bəzi yerli uşaqları komandadan kənarlaşdırdı. Vallah, kimisə göndərmək elə də çətin iş deyil. Yetişdiyin klubda can qoyursan, sonluq belə olanda ruhdan düşürsən.
- “İnter”də vəziyyət necədi? Maaşlar verilirmi?
- Şükür, pis deyil. Sadəcə ötən ayın maaşları qalıb. Rəhbərlik söz verib ki, tezliklə maaşlar ödəniləcək. Heç bir problem olmayacaq.
- Son olaraq, Rəşad Sadıqovun milli karyerasını başa vurması ilə bağlı nə deyə bilərsən?
- Rəşadın oynadığı futbol hamıya bəllidi. Onun lider keyfiyyətlərini hamı bilir. Ancaq 3 cəbhədə mübarizə aparmaq çox çətindi. Milli oyunları daha ağır keçir. Yaşına görə, ola bilsin, ona bir az çətindi. Bu gün həm məşqçi, həm də futbolçu kimi “Qarabağ”a dəstək olur. Azərbaycan futbolu üçün ciddi itki olacaq. Ola bilsin, Rəşad kimisi bir daha futbolumuza gəlməəcək. Lakin yetişən gənclər Rəşadı layiqincə əvəz etməyə çalışacaqlar.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı