“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı

“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
DÜNYA FUTBOLU 13 Oktyabr 2026 / 14:36 229
-  A +

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi “Borussiya” (Dortmund) baş məşqçisi Niko Kovaçla müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı xorvatiyalı mütəxəssislə2029-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb. Niko Kovaçla yanaşı, onun köməkçiləri Robert Kovaç və Filip Tapaloviç də müqavilələr uzadılıb.

Qeyd edək ki, Niko Kovaç ötən ildən “Borussiya”nın baş məşqçisidir. Komanda ötən mövsüm Bundesliqada 2-ci yeri tutub. 

Əlavə edək ki, “Sabah” – “Borussiya” görüşü oktyabrın 20-də Bakıda keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

topaz banner