Azərbaycan millisinin keçmiş məşqçisi Arif Əsədovun QOL.az saytına müsahibəsi
- Premyer Liqamızın gedişatı ilə bağlı nə demək olar? Yarışın səviyyəsi necədir?
- Çempionatımızın səviyyəsinin qalxması göz önündədir. Bu mövsüm kimin çempion olacağını demək olmaz. Son çempion “Sabah”, “Neftçi” və “Qarabağ” əsas favoritlərdir. “Turan Tovuz” və “Zirə”ni də bura qatsaq, çempionluq uğrunda yarışan komandaların sayı artmış olur. Eləcə də turnir cədvəlinin orta sıralarında güclü rəqabət gedir. Kimin çempionatdan gedəcəyini də demək çox çətindir. Yəni, çempionatımızın səviyyəsi yaxşı mənada dəyişib.
- İlk “3-lük”də qərarlaşan “Neftçi”, “Sabah” və “Qarabağ” necə təsir bağışlayır?
- Hazırda “Sabah” əsas favorit kimi görünür. O baxımdan ki, komanda ötən mövsüm çempion olub və sabit heyətini qoruyub saxlaya bilib. “Qarabağ”da hazırda formalaşma gedir. Hələ də yeni transferlər öz üzərlərində işləyirlər, komandaya uyğunlaşmağa çalışırlar.
“Neftçi” çempionata yaxşı başlasa da, onlar da hələ heyətini formalaşdırır. Heyətin qorunması baxımından deyirəm ki, onlar favoritdir. Amma “Sabah” da üç cəbhədə mübarizə aparır. Ola bilər ki, komanda tam gücünü Çempionlar Liqasına qoysun. İkinci heyətdə isə axsamalar görünür. Bunu son oyunlarında da gördük. Hazırda çempionluğa ən real namizəd “Sabah” görünsə də, Çempionlar Liqasındakı mübarizəni davam etdirmələri “Neftçi” və “Qarabağ”la güclərini bərabərləşdirir.
- Qarşıdan gələn “Qarabağ” - “Neftçi” oyunu haqda nə düşünürsünüz?
- Məncə, indi güclər bir az bərabərləşib. Hətta “Qarabağ”da heyətin formalaşdırılmasını nəzərə alsaq, “Neftçi”nin cüzi də olsa, üstün olduğunu deyə bilərik. Bu komandaların oyunu həmişə maraqlı olub. Son illər həmişə “Qarabağ”ı favorit görürdüksə, indi hər nəticə ola bilər. Daha çox heç-heçənin olacağını düşünmək olar. Ona görə də proqnoz vermək bir az çətindir.
- Hətta siz düşünürsünüz ki, “Neftçi”nin üstünlüyü var?
- Bəli, cüzi də olsa belə görürəm. O baxımdan ki, “Neftçi” 4-5 turdur daha stabil oynayır. “Qarabağ”da isə hələ də axtarış gedir. Amma təbii ki, “Qarabağ” öz meydanında oynayır, ümumi götürsək, balans eynidir.
- “Neftçi”nin 90 illik yubileyinin komandaya əlavə motivasiya verdiyini demək olarmı?
- Təbii ki, yubileydən başqa, “Neftçi” həm də bu mövsüm daha iddialıdır. Yubiley də əlavə məsuliyyət və motivasiya yaradır. Baş məşqçi Yuri Vernidub da bu tələblərə uyğun mütəxəssisdir. Komandanın nəbzini tutub, oyunçuların dilini bilir. Yanaşması da elədir ki, yaxşı atmosferi qoruyub saxlayır. Bircə qalır ki, strateji baxımdan vacib oyunlarda xallar itirilməsin. Necə ki, “Neftçi” 4 oyunda qalib gəldi, sonra əsas rəqiblərindən olan “Sabah”la heç-heçə etdi. Əsas odur ki, xallar itirilməsin.
- Bu gün “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində “Slaviya” ilə qarşılaşacaq. Bu oyundan gözləntiləriniz nədir?
- “Sabah”ın çox çətin rəqibləri var. Amma qrupda qalib gələ biləcəyimiz rəqiblərdən biri “Slaviya”dır. “Sabah” bu komandanı üstələyə bilər. Həm oyunçu keyfiyyəti baxımından, həm də oyun baxımından “Sabah” daha kreativlik görünür. Amma “Slaviya” daha intizamlı komandadır, ölkəsinin çempionudur. Hazırda da ön pillələrdə qərarlaşır. Oyun prinsipləri də elədir ki, çalışırlar ki, rəqibə imkan verməsinlər. Bu gün də belə oyunun şahidi olacağıq. Yəqin ki, daha çox pressinq edəcəklər. Əsas “Sabah”ın orta xəttinə güc düşəcək. Onlar işin öhdəsindən gələ bilsələr, “Sabah” nəsə edə bilər. “Slaviya” 5-li, “Sabah” isə 4-lü müdafiə ilə oynayır. Sağda rəqibin, ortada “Sabah”ın üstünlüyü ola bilər.
Ramiq Ağaməmmədov
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər