“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi

“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
DÜNYA FUTBOLU 13 Oktyabr 2026 / 18:03 704
-  A +

“Yuventus” Kriştiano Ronaldoya 9,8 milyon avro ödənişlə bağlı qərardan yenidən şikayət edib.

QOL.az xəbər verir ki, “Football Italia”nın məlumatına görə, Turin klubu İtaliyanın Ali Kassasiya Məhkəməsinə müraciət edib.

Mübahisə portuqaliyalı hücumçunun 2021-ci ildə “Yuventus”dan ayrılaraq “Mançester Yunayted”ə qayıtmasından sonra yaranıb. İş koronavirus pandemiyası dövründə futbolçuların maaş ödənişlərinin təxirə salınması ilə bağlıdır.

2024-cü ilin aprelində arbitraj məhkəməsi klubun Ronaldoya tələb etdiyi 19,5 milyon avronun təxminən yarısını ödəməsi barədə qərar çıxarıb. Bununla yanaşı, “Yuventus”un futbolçunu qəsdən aldatdığı müəyyən edilməyib.

Klubun qərardan əvvəlki şikayəti 2026-cı ilin yanvarında rədd edilib və ilkin qərar qüvvədə saxlanılıb. “Yuventus” yeni müraciət etdiyini 2025/2026 mövsümü üzrə maliyyə hesabatında təsdiqləyib.

Qeyd edək ki, işə Ali Kassasiya Məhkəməsində nə vaxt baxılacağı hələlik açıqlanmayıb.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

topaz banner