"Neftçi" klubunun icraçı direktoru Orxan Hüseynzadənin Qol.az saytına müsahibəsi
- "Neftçi"nin dəyişdiyini demək olar?
- Bəli. Gördüyünüz kimi, “Neftçi”nin əsas heyəti 90 faiz dəyişib. Məncə, elə bu rəqəm hər şeyi ifadə edir.
- Komandanın qış fasiləsindən sonrakı çıxışı klub rəhbərliyini nə dərəcədə qane edir?
- Bizim işimizə azarkeşlərimiz qiymət verir. Əgər onlar hər oyunda stadiona gəlib ilk dəqiqələrdən sona kimi bizə dəstək olurlarsa, deməli, qane edir.
- "Neftçi"nin heyəti demək olar ki, yeniləndi. Yeni transferlər özünü doğruldurmu?
- Komandaya yeni cəlb edilmiş futbolçuların hamısı əsas heyət oyunçularıdır. Onların hər biri işinə peşəkarlıqla yanaşır və komandaya fayda verirlər.
- Son vaxtlar hakimliklə bağlı çox etirazlar olur. Demək olar ki, hər tur kobud hakim səhvləri baş verir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Bunlar hamısı səhvdən qaynaqlanır. İstərdik ki, hakimlər bu səhvlərdən doğru nəticə çıxarsınlar və oxşar hallar gələcəkdə təkrarlanmasın. Bütün ölkələrin çempionatlarında hakim səhvlərinə rast gəlmək mümkündür, əsas odur ki, qərəz olmasın.
- "Neftçi"yə qarşı da hakim səhvləri çox olur?
- Səhvlərlə üzləşdiyimizi desək, daha doğru olar. Nəticədə vacib 5 xaldan məhrum olmuşuq. İndiki vəziyyətdə bu xallar hesabımızda olsaydı, ilk "4-lüy"ə yaxınlaşmışdıq. Fikrimcə, üzləşdiyimiz hakim səhvləri təcrübəsizlikdən qaynaqlanır. Premyer Liqa oyunlarını idarə edən hakimlər bütün təzyiqlərə baxmayaraq, meydanda soyuqqanlı və qətiyyətli olmalıdır.
- Əvvəlki müsahibilərinizin birində qeyd etmişdiniz ki, hansısa yüksək məqsədlərdən danışmaq düzgün deyil. İndiki durumda komandanın qarşısına hansı məqsəd qoyulub?
- Məqsədimiz dəyişməyib. Çempionatda avrokuboklara vəsiqə qazandıran 4-cü yeri tutmaq və ölkə kubokunu qazanmaq istəyirik. Qışda gördüyümüz bütün işlər buna hesablanıb.
- Komandanın ilk "dördlüy"ə yüksəlmək perspektivi nə qədərdi?
- Qarşıdakı oyunlarda da ciddi hakim səhvləri ilə üzləşməsək, 4-cü yerə yüksəlməyimiz tam realdır.
- "Neftçi" avrokuboklara düşə bilməsə, bunun günahkarı kim olacaq? Düzgün transfer siyasəti aparmayanlar, Vəli Qasımov, yoxsa Elxan Abdullayev?
- Açığı, avrokuboklara vəsiqə qazanmamaq barəsində qətiyyən düşünmürük.
- Ölkə kubokunda rəqibiniz "Qarabağ"dır. "Neftçi"nin kubok mübarizəsini necə görürsünüz?
- Yarımfinal mərhələsində zəif rəqib olmur. “Qarabağ” son ölkə çemponatının və kubokunun qalibidir. Avroliqanın qrup mərhələsində mütəmadi çıxış edir. Amma bayaq dediyim kimi, rəqib nə qədər güclü olsa da bizim hədəfimiz kuboku qazanmaqdır.
- Nə vaxtsa Namiq Ələsgərovun "Qarabağ"a qarşı oynadığını görəcəyik?
- Namiq Ələsgərovla bağlı iki klub arasında centlmen razılaşma olub və biz verdiyimiz vədə sadiqik.
Ramiq AĞAMƏMMƏDOV
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib