Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yığmadan qalmaqallı şəkildə ayrılması haqda bəyanat yayıb.
QOL.az xəbər verir ki, 41 yaşlı forvard baş məşqçi Jorje Jezusun mətbuat konfransında ictimaiyyətə açıqlamalı olduğu səkkiz bənddən ibarət siyahını yayımlayıb. Futbolçunun sözlərinə görə, mətn əvvəlcədən razılaşdırılıb, lakin mütəxəssis razılaşmanı pozaraq hazırlanmış bəyanatı səsləndirməyib:
“Baş məşqçi mənə verdiyi sözü pozdu. Oyundan sonra yalnız matçın qələbə ilə başa çatmasını və məni tək buraxmalarını istəyirdim. Azarkeşlərin yanına getmədim. Bu, yalnız mənim məsuliyyətimdir və belə olmamalı idi. Bizi bu qədər böyük coşqu ilə dəstəkləyən portuqaliyalılardan, eləcə də portuqaliyalı olmadığı halda məni görmək üçün ora gələn və məyus edə biləcəyim insanlardan üzr istəyirəm.
48 saat sonra mənim, baş məşqçinin və avqust ayında söhbətlərimizi müşayiət edən Simao Koutinyonun iştirakı ilə görüş keçirildi. Bu, dərin və açıq söhbət idi, heç bir filtr olmadan. Razılaşdıq ki, bu məsələni bağlamağın yalnız bir yolu var: baş məşqçi mənə indicə dediklərini bu dəfə mətbuat konfransında təkrarlamalıdır.
Razılaşma sadə idi: baş məşqçi mətbuat konfransına bu mövzu ilə başlayacaq, məsələni bağlamağa və həqiqəti deməyə çalışacaq. O, bildirəcəkdi ki, mən heç vaxt müəyyən sayda dəqiqə oynamaq istəməmişəm. Təlim-məşq toplanışı üçün, oyun üçün planı mənə başqası deməyib, məhz baş məşqçi təklif edib. Məni isinmə hərəkətləri etməyə çıxarıb, daha sonra meydana buraxmamasının səhv olduğunu etiraf edəcək. Həmçinin deyəcəkdi ki, belə hal yenidən təkrarlansaydı, eyni cür davranmazdı.
Görüşü baş məşqçinin məni qucaqlamaq istəməsi və mətbuat konfransında mənə indicə dediklərini söyləyəcəyinə söz verməsi ilə başa çatdırdıq və bundan sonra məsələnin bağlanacağı razılaşdırıldı. Mənim təsdiqlədiyim və onun xahişi ilə baş məşqçiyə göndərilən sənəd hazırlandı".
O, Jorje Jezusun mətbuat konfrasında verdiyi açıqlamaların aqressiyalı olduğunu söyləyib: "Mətbuat konfransında isə açıqlamalar bizim görüşümüzdəki ilə heç bir əlaqəsi olmayan şəkildə idi. Eşitdiyim ifadələr və aqressiya, mənim fikrimcə, layiq olmadığım münasibət idi. Həmçinin bir gün əvvəl təkbətək söhbət zamanı onun mənə göstərdiyi mövqedən, hətta uzaqdan belə, əsər-əlamət yox idi.
Mən aşağıdakı bəndləri təsdiqləmişdim:
1. Düşünürəm ki, Danimarka ilə oyun haqqında danışmazdan əvvəl, xüsusilə də bunların həqiqət olması səbəbindən, bir neçə məsələni aydınlaşdırmaq vacibdir. Ronaldo üçün milli komandadakı bu toplanışla bağlı planı mən özüm təklif etmişəm.
2. Mən onun milli komandanı nə qədər dərindən sevdiyini, dünyada nə qədər böyük çəkisinin olduğunu, xüsusilə də 24 il ərzində milli komandaya göstərdiyi təsirin və oynadığı rolun nə qədər nəhəng olduğunu bilirəm;
3. Ronaldoya təklif olunan plan qəbul edildi;
4. O, heç vaxt mənim qərarlarımı şübhə altına almayıb. O, nümunəvi, sadiq və peşəkar futbolçudur;
5. Norveçlə oyun planın bir hissəsi deyildi, lakin onun ilk matçdan sonra fiziki baxımdan bərpa olunduğunu hiss etdim və Kriştianoya bildirdim ki, ondan istifadə etməli ola bilərəm. Ronaldo bununla razılaşdı;
6. Peleni və Maradonanı xatırladan səviyyədə bir futbolçunu isinməyə çıxarıb daha sonra meydana buraxmamaqla səhv etdim. Həmin an indi yaşansaydı, belə etməzdim;
7. Məsələni bağlayaraq deyirəm ki, Ronaldonu milli komandada görmək istəyirəm. Çox istəyirəm. O da mənə inanır. Klubda da mənə inanırdı, burada da inanır;
8. Onun azarkeşləriə təşəkkür etməməsi məsələsinə gəlincə, biz bu barədə artıq danışmışıq. Milli komandada 230-dan çox oyun keçirən insanın Portuqaliyaya sevgisi ilə bağlı mənim dərslərimə ehtiyacı yoxdur. Bu, heç nəyi dəyişməyən məyusluq anı idi. O, ən çox avtoqraf paylayan, ən çox selfi çəkdirən və azarkeşlərə ən çox diqqət göstərən futbolçudur. Gəlin, problem olmayan yerdə problem uydurmayaq. Narazı qalanda reaksiya veririk. Vəssalam”.
Ronaldo əlavə edib ki, milli karyerasını başa vurmayıb: “Bütün azarkeşlərimə, xüsusilə də portuqaliyalılara söz verə bilərəm ki, bunun üçün vaxtı gələndə bir və ya bir neçə vida matçımız olacaq. Həmişə olduğu kimi, milli komandada oynamaq və qalib gəlmək istəyirəm. Bu, saf həqiqətdir”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır