“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun Qol.az saytına müsahibəsi
- Millimizin Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzması sizin üçün də gözlənilməz oldu?
- Məncə, komandamızın 0:4 hesabı ilə uduzması fəlakət deyil. Guya 0:1 uduzsaydıq, nə olacaqdı ki? Onda da komanda özünə haqq qazandıra bilməyəcəkdi. Düzdür, bəziləri bunu əlində bayraq edirlər, ancaq burada faciyə yoxdur. Evdə hələ 3 oyunumuz var. Həmin Şimali İrlandiyanı da qəbul edəcəyik. Oyunumuz alınmadı, eybi yox, uşaqların canı sağ olsun. Əsas odur ki, növbəti oyunlara yaxşı köklənsinlər.
- Hesabın bu cür olmasında hansı çatışmazlıqlar rol oynadı?
- Görünən o idi ki, oyunumuz alınmırdı. Ötürmələrdə səhvlər çox idi. İkinsi hissədə rəqib oynamağa imkan verdi. Ancaq təzyiq olan kimi futbolçularımız əziyyət çəkirdi. Bəlkə də bərk yağan yağış da oyunumuza mənfi təsir etdi. Ən yaxşısını millinin məşqçiləri və oyunçuları bilər. Mən görünən tərəfini dedim. Komandamızda heç nə alınmırdı.
- Ümumən millimizin oyununda inkişaf varmı? Norveç və Çexiya ilə oyunlarda bəxtimizin gətirdiyini hesab edənlər çoxdur.
- Söhbət milli komandalardan gedirsə, deməli, çətin rəqiblərlə qarşılaşırsan. Ölkənin ən yaxşı oyunçuları yığma komandada cəmlənir. Milli komandada nəticə qazanmaq əsas şərtdir. Məncə, 4 oyuna 7 xal pis nəticə deyil. Ancaq belə davam edə biləcəyikmi? Bunu zaman göstərəcək. İnanın ki, millimiz Şimali İrlandiyadan yaxşı nəticə ilə qayıtsaydı, heç Norveç və Çexiya ilə pis oynamağımız yada düşməyəcəkdi. İndi həmin oyunlardakı nəticələrimizi təsadüf hesab edənlər də var. Ancaq mən düşünürəm ki, əsas nəticədir.
Millimizin qrupdan çıxması isə çox çətin görünür. Çünki getdikcə rəqiblər də oyunlarını artırır. Komandalar artıq hər oyuna final matçı kimi baxacaqlar. Çexiya – Norveç oyunu da buna bir sübutdur. Heç bir rəqib Azərbaycanı asanlıqla dünya çempionatına buraxmaq istəmir. Bundan sonrakı oyunların heç biri asan olmayacaq. Amma 4 oyuna 7 xal yığmışıqsa, nəyəsə ümid etmək olar.
- Komandanız “Sumqayıt”da işlər necə gedir? Çempionatda yaranan fasilədən necə istifadə edirsiniz?
- Dünən “İnter”lə yoxla oyunu keçirdik. U-21 millimizdə iki futbolçumuz var – Xəyal Nəcəfov və Yusif Nəbiyev. Təəssüf ki, Yusif Nəbiyev millinin heyətində zədələnib. Deyəsən, uzunmüddətli sıradan çıxıb. Hələ ki, həkimlərin nəzarəti altındadır.
Hazırlıqlar gedir. Qış fasiləsinə qədər 3 oyunumuz qalıb. Çalışacağıq ki, bu 3 oyundan maksimum xal yığaq.
- Komanda qışa qədər qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilir?
- Hələ ki, göstərdiyimiz oyunlar pis deyil. Yaxşı gedirik. Çempionatımızda 8 komanda var. Qazanılan hər bir xal komandanı yuxarı pilləyə daşıyır. Bizdən öndə olan komandalarla xal fərqimiz azdır. Bacardığımız qədər irəli getməyə çalışırıq.
- Komandada dəyişikliyə ehtiyac çoxdur?
- Əlbəttə. Ancaq inanmıram ki, dəyişikliklər çox olsun. Düzdür, oyunçularımızın sayı azdır. Bizim klubun strategiyasını bilirsiniz. Bizdə ancaq yerli futbolçular çıxış edir. Yerli futbolçuların da hər birinin öz klubu ilə müqaviləsi var. Buna görə də böyük dəyişikliklər olmayacaq.
Ramiq AĞAMƏMMƏDOV
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır