“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun Qol.az saytına müsahibəsi
- Futbolumuzun bugünkü mənzərəsi necə görünür?
- Çempionatımızın gedişi göstərir ki, çempionluq uğrunda mübarizə üç komanda arasında gedir. Digər komandalar isə bərabər səviyyəlidir. Bu, hardasa intiriqanın azalması kimi görünür. Avroliqanın qrup mərhələsində iki komandamızın çıxışı bir qədər balansı qoruyur. “Qarabağ” uğurlun yarışır. “Qəbələ”nin uğurszuluğu isə onların “Qarabağ” qədər təcrübəyə malik olmamaları ilə əlaqədardır.
Fikirləşirdik ki, çempionatda klubların sayının az olması millinin oyununa təsir edəcək. Ancaq görürük ki, belə deyil. Əksinə, millimiz yaxşı çıxışı ilə bizi sevindirir. Burada futbolçuların beynəlxalq oyunlardakı tərcübəsi böyük rol oynayır. Yəni millimiz əsasən “Qarabağ” və “Qəbələ”nin futbolçularından təşkil olunub. Onlar isə Avroliqa oyunlarında mütəmadi olaraq çıxış edir.
- Millimiz bu gün DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşacaq. Bu oyundan nə gözləyirsiniz?
- Bu oyuna da ümidlə baxırıq. Düşünürəm ki, ən azı bir xal qazanmaq olar. Bu bir xalı isə uğurlu hesab etməliyik. Düzdür, çətin olacaq. Çünki komandamız artıq adından söz etdirib. Bu baxımdan millimizə ciddi yanaşırlar. Rəqiblər bizə həmişə yuxarıdan aşağı baxırdısa, indi əksinədir. Amma millimizin xal qazanacağına inanıram.
- Millimizin bu uğurlu çıxışının əsas səbəbləri nədir?
- Bu, zəncirvari bir işdir. AFFA rəhbərliyi baş məşqçini gətirəndə qarşısına tələblər qoyub. Robert Prosineçki isə futbolçulara inam qazandırıb. Təbii ki, burada əsas pay baş məşqçiyə aiddir. O, gələndən bütün futbol ictimaiyyətində özü haqda müsbət rəy formalaşdırıb. Daima çempionat oyunlarını izlədi və bildi ki, kimlərlə “döyüş”ə gedə bilər. Mən deyərdim ki, artıq öz oyun fəlsəfəsini də futbolçulara öyrədə bilib. İndi millimiz Berti Foqtsun dönəmindən fərqli olaraq tək müdafiədə oynamır. Həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlayırıq. Nəticə də bunu göstərir. Yəni 3 oyuna qapımızdan qol buraxmamışıq və 7 xal qazanmışıq. Qeyd etdiyim ki, komandamızın uğurlu çıxışında əsas pay sahibi baş məşqçidir.
- Bizim futbol mütəxəssislərimiz həmişə əcnəbi məşqçilərin əleyhinə olub. Ancaq görünür, buna ehtiyac var imiş.
- Adətən əcnəbi məşqçilər heç bir iş görə bilmirdilər. Buna görə ümumi rəy formalaşmışdı ki, gəlirlər, ancaq pulu düşünürlər və heç nə etmədən gedirlər. Biz də düşünürdük ki, əcnəbilərə verilən pulu öz məşqçilərimizə versək, onlar da bu işi görə bilər. Ancaq dünya ölkələrinin milli komandalarında da əcnəbi məşqçiyə çox rast gəlinir. Bu gün Prosineçki millimizdə uğurlu nəticə qazanırsa, təbii ki, hamı bunu alqışlayır.
- Sizcə, millimiz qrupdan çıxa bilər?
- Niyə də yox? Bu sualı eşidən kimi millimizin şüarı yada düşür. Ancaq bir qədər çətindir. Qrup üçüncüsü final mərhələsinə yüksəlsəydi, 80 faiz şansımız olardı. Ancaq seçmə mərhələni ilk iki yerdə tamamlamaq bir az çətin görünür. Sadəcə olaraq bu seçmə mərhələdə inamlı çıxış edib, Avro-2020-də məqsədə çatmaq olar.
- Sabiq komandanız olan “Neftçi” autsayderlikdən yaxa qurtara biləcək?
- Məncə, bu hal “Neftçi”də müvəqqətidir. Çünki “Neftçi”də bu vəziyyətə biganə yanaşmaq olmaz. Yəqin ki, yanaşmayacaqlar da. Hiss olunur ki, hansısa tədbirlər görülür. Düzdür, komanda bu il yaxşı yerlər uğrunda oynaya bilməyəcək, ancaq onu da nəzərə almaq lazımdır ki, aşağı pillədə olan komandalar arasında xal fərqi çox azdır.”Neftçi” 4-cü yer üçün mübarizə apara bilər. “Nefçi” liderlər qrupunda olmayanda çempionat da maraqsız olur.
- AFFA-dakı işiniz necədir? Məşqçiləyə qayıtmaq fikriniz var?
- Əvvəllər də bu işdə çalışmışam. Bu yaxınlarda yenidən AFFA-dan təklif aldım və işimə qayıtdım. UEFA-nın məşqçi kurslarında təlimatçı vəzifəsini yerinə yetirirəm. Amma əlbəttə ki, bizim əsas işimiz meydançadadır. Hansısa bir komandada işləmək istəyirəm.
- Adınız tez-tez “Sumqayıt”la hallanır.
- Hər hansı bir komandada uğursuzluq olanda müəyyən məqşçilərin adı çəkilir. Ancaq real bir şey olsa, siz məndən əvvəl biləcəksiniz. “Sumqayıt”ın öz baş məşqçisi var. Ona uğurlar arzulayıram. İstəməzdim ki, adım baş məşqçisi olan hanısasa komanda ilə hallansın. Bu, etik cəhətdən də düz deyil. Onda mən də özümü narahat hiss edirəm.
Ramiq AĞAMƏMMƏDOV
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə
“Qalatasaray” istəyinə ikinci hissədə çatdı - Video
Rüfət oynadı, komandası “Hayduk”a qalib gəldi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Mbappe və Ardanın qolları qələbə gətirdi - Video