Nazim Süleymanov Rusiya çempionatının ən yaxşı bombardir-legionerlər sırasında mövqeyini qorumaqdadır.
Qol.az xəbər verir ki, millimizin sabiq hücumçusu və kapitanı hələ də 1992-ci ildən keçirilən Rusiya milli çempionatında ən çox qol vuran əcnəbi oyunçuların ilk 10-luğundadır. “Sport-ekspress” qəzetinin hesablamasına əsasən, o, Kevin Kuranyi (Almaniya) ilə birgə 50 qolla 9-10-cu yerləri bölüşdürür. Kuranyi 50 qolu 123, Süleymanov isə 150 matçda vurub.
Qeyd edək ki, buna qədər Süleymanov 9-cu yerdə idi. Rusiya Premyer Liqasının son turunda “Zenit”in iranlı hücumçusu Sərdar Azmun “Ural”la matçda (7:1) 3 qol vurması sayəsində ilk onluğa düşüb və 52 qolla 8-ci yerə qalxıb. Bu səbəbdən N.Süleymanov mövqeyini bir pillə itirib.
N.Süleymanov 50 qolu 1992-98-ci illər aralığında vurub (“Alaniya” və “Jemçujina” Soçi komandasında). O, son dəfə 1998-ci ildə, yəni 22 il əvvəl fərqlənsə də, TOP-10-da qalmağı bacarıb.
Bu siyahıya isə 85 qolla brazilyalı Vaqner Lav başçılıq edir.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”