Sovet dövrünün çox məşhur futbol yazarı, uzun illər SSRİ-nin hər yerində əl altından satılan “Futbol-Xokkey” həftəliyinin redaktoru Lev Filatov “Hücumçular” adlı kitabında (Moskva, 1986) kitabında yazır: “Bakı xeyli yaxşı ustalar yetişdirmişdir. Lakin təkcə Banişevski bütün qollarını özünün cavanlıq çağlarının klubunda oynayarkən vurmuşdur; o, üst-üstə bütün bakılılardan daha çox öz şəhərini ölkənin yığma komandasında təmsil etmişdir”.
Banişevskinin özü isə 100-cü qolunu vurandan sonra həmin “Futbol-Xokkey”in müxbirinə demişdi: “Dnepr”lə matçda yüzüncü topumu vurdum və “Neftçi” “Qriqori Fedotov klubu”na daxil oldu. Yox, mən səhv etmirəm: “Neftçi” deyiləndə həmişə öz doğma komandamızı nəzərdə tuturam. Mən bu komandada böyüyüb boya-başa çatmışam, onunla fəxri kürsüyə qalxmışam, onunla güclülər dəstəsini tərk etmişəm və yenə də bu dəstəyə qayıtmışam. Oynamağı qurtarandan sonra, əlbəttə ki, “Neftçi”nin qızğın pərəstişkarı olaçağam...”
Bəli, o, Bakıdan, Azərbaycandan heç vaxt – fəal idmandan aralanmalı olduğu 1989-1990-cı illərdə də ayrılmadı. Hərçənd müvəqqəti olsa da, onun həyatında belə məqamlar olmuşdu - o, haradasa, hansısa işi görüb qurtarandan sonra yenə doğma şəhərinə qayıtmışdı.
Unudulmaz futbolçumuzun növbəti anım günü ərəfəsində onun bioqrafiyasının yuxarıda qeyd elədiklərimlə bağlı olan və geniş oxucu dairəsinə o qədər də məlum olmayan bir faktından söz açmaq istəyirəm...
Öz dövründə A.Banişevski SSRİ-nin birinci milli komandasında oynamağa dəvət alan ən cavan futbolçu idi – onacan daha cavan yaşda (18 yaşında) təkcə Moskva torpedoçusu Eduard Streltsov belə yüksək şərəfə layiq görülmüşdü. Üstəlik də komanda yoldaşlarının mütləq əksəriyyətindən fərqli olaraq, birinci yığma komandaya qədər Banişevski heç bir ciddi yarışda “SSSR” abbreviaturalı geyimdə yaşıl meydançaya çıxmamışdı. Amma ölkənin baş komandasının
heyətinə cəlb edilənədək beynəlxalq səviyyəli bir yarışda SSRİ-nin təmsilçisi kimi qüvvəsini sınamalı olmuşdu. Bu, 21 yaşınadək futbolçuların beynəlxalq San-Remo turniri idi.
İtaliyanın San-Remo şəhərinin "Karlinz boyz" klubu tərəfindən təşkil edilən bu turnir 1947-ci ildən keçirilirdi, avqust ayında təşkil olunurdu və bir qayda olaraq, burada 7 yerli və 5 xarici KLUB KOMANDASI qələbə uğrunda mübarizə aparırdı. Sovet futbolçuları San-Remoya ilk dəfə 1964-cü ildə, Moskva "Spartak"ının gənclərdən ibarət komandası adıyla yollanmışdılar. Sovet dövründə belə şeylər heç də ayıb sayılmırdı – hansısa bir yarışda ölkənin və ya müttəfiq respublikanın (şəhərin) adını “batırmamaq üçün” həmin komanda digər kollektivlərdən cəlb edilmiş futbolçularla “möhkəmləndirilirdi”. Bu dəfə də belə olmuş və dırnaqarası “Spartak”ın start heyəti bu futbolçulardan tərtib edilmişdi: Sergey Kramarenko, Anatoli Şuljenko, Sergey Krulikovski, Vaxtanq Çelidze, Anatoli Şeblyakov, Vladimir Muntyan, Andrey Prosikov,Vitali Zabrodin, Anatoli Banişevski, Anatoli Bışovets, Viktor Bufalov. Spartakçılar turnirdə ardıcıl olaraq İtaliyanın "Sampdoriya" (3:0), "Yuventus" (4:0) və "Milan" (2:0), habelə İngiltə-rənin "Birmingem Siti" (3:0) komandalarının gənclər kollektivlərini məğlubiyyətə uğradaraq, qalib adını qazanmışdılar. Üstəlik, "Ən yaxşı qapıçı" və "Ən məhsuldar oyunçu" prizləri də sovet komanda-sına qismət olmuşdu. Dırnaqarası "Spartak"ın xüsusilə fərqlənmiş laureat-oyunçuları isə... Bakı "Neftçi"sinin üzvləri qapıçı Sergey Kramarenkoyla hücumçu Tolik Banişevskiydi. Onlardan savayı, daha bir bakılı – Vitali Zabrodin da San-Remo turnirinin qalibi olmuşdu.
İlin sonunda Sergeylə Tolik SSRİ birinciliyinin ən yaxşı debütantları üçün "Smena" jurnalının təsis etdiyi xüsusi mükafata da layiq görülmüş, San-Remoda qələbə qazanan dırnaqarası "Spartak"ın baş məşqçisi, əməkdar idman ustası Aleksey Paramonov isə Toliki həm də SSRİ-nin birinci yığma komandasına tövsiyə etmişdi (1956-cı ildə SSRİ yığma komandasının heyətində Melburn olimpiadasının qalibi olan A.Paramonov 1960-1965-ci illərdə əslində SSRİ-nin 18 yaşınadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisiydi və necə deyərlər, tövsiyə etmək onun vəzifə borcuydu). Təbii ki, SSRİ-nin səlahiyyətli futbol funksionerləri ilk vaxtlar məşqçinin tövsiyəsinə inamsızcasına yanaşmış, lakin ortabab əyalət komandasında oynayan gənc mərkəz hücumçusunu hər halda sonrakı il ölkənin birinci (milli) seçmə komandasının heyətinə daxil etmişdilər. Tarix sübut elədi ki, Paramonov səhv etməyibmiş...
Şakir YAQUBOV,
iki dəfə “Əməkdar mədəniyyət işçisi”
Endrik “Real”dan gedə bilər
PSJ-dən ayrılmaq istəyir
Azərbaycanda çalışmış baş məşqçi Türkiyə klubundan ayrıldı
Onun da adı Şöhrət Zalına daxil edildi
Azərbaycan kubokunda 1/8 finalçılar müəyyənləşdi
Azərbaycanın cüdo millisi hazırlığı Bakıda davam etdirir
Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı
“Bu, mənim üçün çox vacib idi” - “Qəbələ”nin baş məşqçisi
Kevin De Brüyne əməliyyat olundu
“Barselona”ya Pedridən pis xəbər
“Mançester Siti” Rodri ilə danışıqlara başladı
Avropa çempionatına gedəcək cüdoçularımız müəyyənləşdi
"Asan qələbə olmadı" - "Sumqayıt"ın baş məşqçisi
"Real"ın futbolçuları Xabi Alonsodan narazıdırlar
Bakıya nə qədər "Çelsi" azarkeşi gələcək?
"Leyptsiq" azarkeşi oyundan əvvəl vəfat etdi
Maradonanın tarixi qolu üçün xüsusi sikkə buraxıldı
AFFA rəsmisinə UEFA-dan təyinat verilib
La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı
Azərbaycan futbolunda yeni ad – “Murov Kəlbəcər”
FİFA-dan Türkiyə klubuna sərt cəza
"Yuventus"un yeni baş məşqçisi müəyyənləşdi
AFFA-nın danışıqlar apardığı futbolçu Rusiya millisində
Messi Barselona xatirələrindən danışdı
Liderin səfər qələbəsi - Video
Benzema qol vurdu, Ronaldo baxdı
"İmişli"nin 90+5-ci dəqiqə qolu ilə qələbəsi - Video
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü