"Qəbələ"nin yüksək liqada qalması möcüzə nəticəsində baş verər. Yəni Kaxaber nə Allahın bacısı oğludu, nə də əstəğfürullah, İsa peyğəmbərin ki, bu möcüzəni yarada bilsin.
Və "Qəbələ"nin birinci liqaya düşməsi futbolumuz üçün faciədir. Faciə sözündən diksinməyin. Regionda futbolumuzu inkişaf etdirmək istəyirik, amma "Qəbələ" kimi bir klubun birinci liqaya düşməsi hansı inkişafdan söhbət gedə bilər. Azərbaycanda "Qəbələ" kimi infrastrukturu, maddi-texniki bazası olan ikinci bir klub yoxdur. Bu şəhərdə futbol üçün hər cür şərait yaradılıb. Stadionları qoyuram bir kənara, klubun akademiyası ölkədə nə qədər yerli futbolçu yetişdirib, özü də yerli futbolçulardan qıtlıq çəkdiyimiz bir vaxt. Ölkədə bir-iki komandanı çıxmaq şərtilə elə bir klub yoxdur ki, orda "Qəbələ"nin yetişdirdiyi futbolçu olmasın. Özü də aparıcı futbolçular. Yazmışam, yenə yazıram, məhz pullu komandalar daraşdılar "Qəbələ"nin futbolçularına və "Qəbələ"ni bostan uralayan kimi uraladılar. Nə isə, bunlardan keçin.
İndi qanunlara görə, axırıncı yeri tutan klub yüksək liqanı tərk etməlidi. Necə ki keçən il "Şamaxı" tərk elədi, amma "Şamaxı"nın birinci liqaya düşməsi faciə deyildi. Çünki bu komanda Şamaxıda yaradılmamışdı, Keşlədən köçürülmüşdü Şamaxıya.
Amma Qəbələdə sıfırdan başlayıb futbol yaratmışdılar. Və ortaya futbolumuzun şərəfini Avropada da qoruyan bir klub çıxarmışdılar. Yuxarıda dediyim kimi, Azərbaycanda ən güclü akademiya yaratmışdılar. Ölkənin müxtəlif şəhər və kəndlərindən uşaqlar, yeniyetmələr hətta bizim Ağdamdan da bir neçə nəfər gəlib bu akademiyada futbolun sirlərini öyrənirdi.
Nə isə, söhbəti uzatmayım, "Qəbələ" yüksək liqada saxlanıla bilərmi? Heç olmasa ona bir şans tanımaq mümkündürmü? Növbəti mövsümdə yüksək liqada 12 komanda olmalıdır. Yəni «Qəbələ» yüksək liqanı tərk edərsə, birinci liqada ilk üçlüyü tutan klublar gələcəklər yüksək liqamıza.
AFFA, ya PFL fikirləşməlidir və "Qəbələ"yə bir şans tanımalıdı. O şansı demirəm ki, bu klubu amnistiyaya salsınlar. Xeyr, yaxşı olar ki, birinci liqadakı ilk üçlükdən biri heç olmazsa "Qəbələ" ilə pley-off matçı keçirsin. Və əgər "Qəbələ" bu pley-off matçında qələbə qazanarsa, öz yerini qoruyub saxlasın. Yoxsa klub "Xəzər-Lənkəran"ın taleyini yaşayacaq. Və ölkənin ən çox turist cəlb eləyən şəhəri klubsuz qalacaq.
Tanrı "Qəbələ"yə kömək olsun! Kaxaber bu köməyi edə bilməz. Tanrı klubun prezidenti, 44 günlük müharibədə könüllü olaraq rahat ev-eşiyini, rahat işini buraxaraq gedib müharibədə vuruşan, torpaqlarımızı qoruyan və azad olunmasında zərrə qədər də olsa zəhməti olan Fariz Nəcəfova kömək olsun.
Əziz AFFA və PFL rəhbərliyi, Qəbələni "Qəbələ"siz qoymayın.
İnşallah, bu mövsümdə də yolu açıq olsun, Azərbaycan Kubokunu qazansın və "Qəbələ"ni məhv etmək istəyənlərin arzusunu ürəyində qoysun.
Aqil Abbas
"Liverpul"dan xal itkisi
Keyn mükafat alacaq
Virtz "Bayer"də qalır
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal