"Qarabağ"ın direktoru Əmrah Çelikel Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Düdelanj"la oyun öncəsi Qol.az-ın suallarını cavablandırıb. O, komandanın bugünkü oyunundan, Avroliqada qarşısına qoyduğu məqsədlərdən söz açıb.
- Bugünkü oyundan klub rəhbərliyi olaraq, gözləntiniz nədir?
- Hamımızın gözləntisi 3 xal qazanmaqdır və buna görə bura gəlmişik. Qələbə üçün hər kəs əlindən gələni edəcək.
- Klub rəhbərliyinin “Qarabağ”ın hazırkı duruma haqda rəyi necədir? Komanda Premyer Liqada liderdir, amma Avroliqaya məğlubiyyətlə başladı. Ümumi durum sizin üçün qaneedicidirmi?
- Əlbəttə, qaneedicidir və daha yaxşı olması üçün hamımız çalışırıq. Düzdür, Avroliqaya məğlubiyyətlə başladıq. Amma “Sevilya”ya uduzduq. Bu, hamı tərəfindən gözlənilən idi. Bu gün qrupdan çıxmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
- Hər il olduğu kimi, bu il də transferlərlə bağlı həm məşqçilərə, həm rəhbərliyə ictimaiyyət tərəfindən tələblər, təzyiqlər çox oldu. İndiyədək keçirilən oyunlardan sonra bu barədə necə düşünürsünüz, transferlərin səviyyəsi ilə bağlı fikriniz necədir? Əlavə transferlər etmək olardımı?
- Bilirsiniz ki, bu məsələlərdə biz çox danışmırıq. Bu, texniki məsələdir. Əgər Qurban müəllimi qane edirsə, əlbəttə, bizi də qane edir. Bizim bütün dəstəyimiz və inamımız onunla bir yerdədir. Çox fərqli fikirlər söyləmək olar. Hər kəsin özünəməxsus düşüncəsi ola bilər, buna da hörmətlə yanaşırıq. Ancaq bizim bu məsələdə rəhbərimiz Qurban müəllimdir və biz ona güvənirik.
- Bu il oyunlara azarkeşlərin gəlməsi ilə bağlı nə düşünürsünüz? Gözlədiyiniz qədər azarkeşlər gəlir, yoxsa azalma var?
- Əgər Premyer Liqadan danışırıqsa, bu, Azərbaycan futbolunda bizim problemli yerimizdir. Yəqin ki, azarkeş sayında artım olacaq. Azarkeşlərin stadiona az gəlməyi haqda həmişə danışılıb, amma “Qarabağ”a həm fan klublarımız, həm də bütün Qarabağı sevənlər dəstək olurlar və biz bunu hiss edirik.
- "Düdelanj"la oyuna azərbaycanlı azarkeşlər tərəfindən müraciət olunubmu?
- Bəli, çoxlu sayda. Xeyli vətəndaşlarımızın, həmvətənlərimizin gələcəyini bilirik. Bizə bu haqda məlumatlar daxil olub. Bugünkü görüşümüzdə bizə deyildi ki, onlara da çoxlu müraciətlər var. Təxminən, 300-500 nəfər arasında azarkeşin stadiondan bizi dəstəkləməyini gözləyirik.
- Son olaraq, klub rəhbərliyi məşqçi heyətinin qarşısında Avroliqa ilə bağlı hansı hədəfi qoyub?
- Bizdə hədəflər öz təbii yoluyla yaranır. Biz demirik ki, bunu edəcəksiniz. Olduğumuz mövqelərin ən yüksək zirvəsinə çatmaq üçün çalışırıq. Bu gün də belədir. Yəni, məqsədimiz qrupdan çıxmaqdır. Bu, bizim təbii hədəfimizdir. Buna nail olmaq üçün də əlimizdən gələni edəcəyik.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı