"Qəbələ"nin baş meneceri Zaur Əzizov Qol.az-a müsahibə verib. Son iki oyunda uğurlu çıxış edən komandadakı atmosferdən danışan klub rəsmisi yeni baş məşqçi təyinatı ilə bağlı məsələyə də aydınlıq gətirib.
- Son iki oyunda qazanılan xallardan sonra “Qəbələ”də ab-hava necədir?
- İki oyunda dörd xal toplamağımız futbolçular arasında gərginliyi aradan qaldırıb. Komanda oyuna hazırlaşanda bir qədər gərginlik olurdu. Sevindirici odur ki, bu problem aradan qalxıb. Ancaq uşaqlar indi də məsuliyyətlərini dərk edirlər. Başa düşürlər ki, hələ heç nə əldə etməmişik. Sadəcə, iki oyunda dörd xal toplamışıq, hansısa bir ciddi uğur əldə etməmişik. Ümid edirəm ki, bu şəkildə davam edəcəyik və normal nəticələr qazanacağıq.
- Komandada özünəinam yaranıb?
- Sözsüz ki, bu nəticələr komandaya özünəinamı qaytarıb. İndi futbolçular çempionatda hansısa bir nəticə əldə etməyə ümidlə yanaşırlar.
- Növbəti tur “Neftçi” ilə qarşılaşacaqsınız. Belə bir vacib oyunda klub rəhbərliyi tərəfindən komandanın qarşısına hansı hədəf qoyulub?
- İstənilən oyunda komanda yaxşı nəticə əldə etməyə çıxır. Rəqibimiz kifayət qədər güclü, iddialıdır. Ola bilər ki, hazırda çempionatda istədikləri pillədə deyillər. Bunun nə qədər bizim xeyrimizə olacağını oyun göstərəcək. Bu hal “Neftçi”nin də məsuliyyətini bir qədər artırır. Sözsüz ki, rəqib bu durumdan çıxmaq istəyir. Yəqin ki, onlar da bizimlə oyuna dönüş nöqtəsi kimi baxırlar.
- “Qəbələ” çempionatda sonuncu pillədən çıxmağı bacardı. Qazanılan xallar komandadakı hədəfləri dəyişir?
- Heyətimiz elədir ki, əgər biz desək ki, avrokuboklara qatılmasaq, bizim üçün uğursuz mövsüm olacaq, bu, reallığa uyğun olmaaz. Avrokuboklara vəsiqə qazansaq, təbii ki, bizim üçün uğur olacaq. İstər-istəməz komanda bunu reallaşdırmaq üçün əlindən gələni edəcək. Bunun nə dərəcədə alınacağını bilmirik. Mövsümün gedişində oyunçuların özlərini yaxşı tərəfdən göstərməsi də bizim hədəflərimiz arasında yer alır. Baxaq görək, hansı reallaşacaq.
- Yeni baş məşqçi məsələsi ilə bağlı vəziyyət nə yerdədir?
- Klub nümayəndəsi kimi bizə deyilən vaxtda bir dəyişiklik olacaq. Bununla bağlı gözləmə mövqeyindəyik. Hazırda hər hansı bir yenilik yoxdur.
- Dəfələrlə görmüşük ki, müvəqqəti baş məşqçi özünü yaxşı tərəfdən göstərərək komandada fəaliyyətini davam etdirir. Elmar Baxşıyevin vəzifəsində qalması mümkündürmü?
- Hazırda bununla bağlı klubda müzakirə aparılmır. İstər yerli, istərsə də xarici mütəxəssisin komandaya gətirilməsi də müzakirə olunmayıb. İndiki məqamda nəsə demək çətindir. Bu məsələni “Sabah”la oyundan əvvəl də, sonra da müzakirə etməmişik. Yəni müzakirənin olmamasının yaxşı nəticə qazanmağımızla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq klubdaxili bəzi məsələlər həllini tapmalıdır. Bundan sonra hansı baş məşqçi ilə danışıq aparacağımızla bağlı strategiya müəyyən olunacaq.
- Deməli, bu hal qeyri-müəyyən bir vaxta qədər davam edəcək?
- Bu gün üçün qeyri-müəyyəndir. Ancaq yəqin ki, bu, aylarla davam etməyəcək. Ümid edirəm ki, yaxın zamanda bu məsələyə aydınlıq gətirilər.
- "Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimovun adı "Qəbələ" ilə çəkilirdi. Ukraynalı məşqçi ilə danışıq aparılıb?
- Baş məşqçi məsələ müzakirə olunmadığı üçün hələ ki, dəqiq bir ad yoxdur. Bəlkə də, yaxın günlərdə deyiləcək ki, ya yerli, ya da əcnəbi məşqçi gətirilsin. O ki qaldı Maksimova, baş məşqçi vəzifəsi boş olanda biz axtarmasaq belə, kifayət qədər yaxşı məşqçilər bizə təklif olunur. Bizə Maksimovdan da yuxarı səviyyəli məşqçi təklif olunub. Hazırda 10-dan çox məşqçi təklif olunub. Amma hər hansısa biri müzakirə olunmadığı üçün dəqiq fikir bildirmək olmur.
- "Qəbələ" bəzi yenə oyunlara Bakıda hazırlaşır. Bunun əsas səbəbi nədir?
- Biz həm Qəbələ, həm də Bakıda hazırlaşırıq. Komandanın rahatlığını düşünürük. Ona görə Bakıda hazırlaşırıq. Bu da birbaşa olaraq məşqçilər korpusunun verdiyi qərara əsasən olur. Əgər iki oyunumuz ard-arda Bakıda olarsa, bu halda Qəbələyə gedib-gəlmək vaxt itkisi olduğu üçün və məntiqli görünmədiyindən məşqlərimizi Bakıda keçiririk. Amma komanda Qəbələdə də məşq edir.
Ramiq AĞAMƏMMƏDOV
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?