Benin millisinin qapıçısı Marsel Danjinu Argentina ilə oyunda Lionel Messiyə qol vurmağa imkan verməyəcəklərini bildirib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, o, bu qarşılaşmanın Messi üçün Argentina millisində vida matçı olmasına baxmayaraq öz işinin öhdəsindən layiqincə gələcəyini vurğulayıb:
"Əgər Messi qol vurmaq istəyirsə, bunun üçün əlindən gələni etməli olacaq. Mən qapıçıyam və işim zərbələri dəf etməkdir. Hətta son dəqiqədə penalti olsa və onu Messi yerinə yetirsə belə, zərbəni qaytarmağa çalışacağam. Bəli, biz buradayıq ki, Messinin karyerasını qeyd edək. Amma heç kim bizə ona qol hədiyyə etməli olduğumuzu deməyib. Məncə, Messinin heç bir hədiyyəyə ehtiyacı yoxdur".
Qeyd edək ki, Argentina - Benin matçı oktyabrın 7-də Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat