“Neftçi” klubunun mətbuat xidmətinin sabiq rəhbəri, tanınmış idman jurnalisti Anar Şabanoğlu “aq-qaralar”ın son uğursuz çıxışları, klub rəhbərliyinin dünən azarkeşləri stadiondan uzaqlaşdırması ilə bağlı Qol.az saytı üçün tənqidi yazı yazıb. Yazını təqdim edirik.
***
“Neftçi” yenə burulğana düşüb. Artıq azarkeşlərdən jurnalistlərə hər kəs ziq-zaqlardan təngə gəlib. Ötən mövsüm “Uypeşt”i evdə 3:1 udub, səfərdə 0:4 uduzulan oyunla başlayan qeyri-sabitlik ölkə çempionatında da davam etdi. “Qarabağ”ı ciddi xal fərqi ilə geridə qoyub liderlik edən “flaqman” azarkeşlərə illər sonra çempionluq ümidi vermişdi. Yekunda “Bakcell Arena”da “Sumqayıt”ın ikinci heyətinə məğlubiyyət və elə həmin “Bakcell Arena”da “Qarabağ”a daha bir məğlubiyyət və qızıl medalların, kubokun təqdimatı. Sadiq “Neftçi” azarkeşlərinin ömründən neçə il getdi ötən mövsüm...
Yeni mövsümə, yeni ümidlərlə başlamışdı həmin sədaqətli, saf, “Neftçi”ni təmənnasız sevən insanlar. Bunun üçün əsasları da vardı. Ötən mövsümdən fərqli bu dəfə transfer məsələlərinə çox ciddi yanaşılmışdı. Alınan bütün legionerlər əsas heyəti gücləndirəcək potensialda idi. “Sperantsa” üzərində gözlənilən və “Arsenal” üzərində gözlənilməz zəfərlər isə artıq “Neftçi”nin düz yolda olduğuna demək olar şübhə yeri qoymurdu. Nə oldusa həmin “Arsenal”ı Bakıda darmadağın edəndən sonra oldu.
“Arsenal”dan və elə “Neftçi”nin özündən dəfələrlə zəif “Bney Yehuda”ya müqavimətsiz məğlubiyyət ilk növbədə klub daxilində ab-havanın ürəkaçan səviyyədə olmamasının göstəricisidi. Rusiya premyer liqası təmsilçisi ilə oyunlarda gördüyümüz komanda sanki bir anda havaya buxarlanıb. “Sabah”la oyun israillilərlə oyunların davamı oldu. Futbol tanrısı “Neftçi”nin tərəfində olmasa “xalq komandası” uduzmuşdu, özü də bəlkə böyük hesabla.
Ötən mövsüm çempionluq ümidləri, bu mövsüm Avropa Liqasının qrup ümidləri dəfn olunan azarkeşlər isə hər şeyə rəğmən sevimli komandalarına tribunadan dəstəklərini əsirgəmirdi. Prezident Kamran Quliyevin “Bney Yehuda” faciəsi”ndən sonra “bu faciə deyil”, “məqsəd “Speranta”nı keçmək idi” kimi anlaşılmaz fikirləri, israillilərə qarşı sərgilənən bərbad futbol fonunda onlar yenə də tribunada idilər. Amma “Sabah”la oyunda “Neftçi”nin zəncirvari biabırçılıqları davam etdi. Həm meydanda, həm də meydandan kənarda. “Bney Yehuda” ilə istəksiz və bərbad oyuna, “Sabah”la matçda eyni prosesin davamına və hesabda geri düşülməsinə etiraz edən “Neftçimania” fanat qrupu Kamran Quliyevin əmri ilə tribunalardan qovuldu. Buna etiraz edən “Forza Neftçi” azad azarkeş qrupu isə bir müddət tribunalardan çəkildiyi haqda bəyanat yaydı. Yəqin ki, azarkeşləri tribunadan qovan klub prezidentinin istəyi də elə budu: komandanın bərbad oyunlarını heç kimin görməməsi və tribunalardan heç bir etiraz edilməməsi.
Amma heç kimin görməmək variantı yoxdu. Çünki CBC Sport bütün oyunları canlı verir və ən azı, TV vasitəsilə hamı “Neftçi”ni yenə izləyəcək. Ümumiyyətlə, Kamran Quliyev azarkeşləri tribunadan qovmaqdansa komandadaxili mühiti düzəltmək haqda düşünsə yaxşı olardı. Mən ötən il sportinfo saytına müsahibəmdə Kamran Quliyevi top-menecer adlandırmışdım. O zaman “Neftçi” çempionatın lideri idi. Bu sözlərimə hələ də demək olar, çox adam lağ edir. Dünənə qədər onlarla razılaşmırdım. Amma “Neftçimania”nı bir sözə, “istefa” sözünə görə tribunadan qovduran prezident top-menecer ola bilməz! Səhvimi etiraf edirəm... Kamran Quliyev yaxşı insandı, ona böyük hörmətim var. Amma o, “Neftçi” kimi klubda prezident olacaq xarizmaya, fors-major vəziyyətlərindən çıxacaq qabiliyyətə, flaqmanlıq potensialına malik birisi deyil. Quliyev lider, aparıcı qüvvə deyil! Rusca desəm, bəlkə daha yaxşı anlayacaq “Ne vedushiy, a vedomıy”. “Neftçi” kimi köklü klubda isə belə prezident ola bilməz!
“Sumqayıt”da bəlkə keçər, başqa hansısa klubda bəlkə keçər, amma “Neftçi”də əsla! 
Kamran Quliyev
Kamran müəllimdən “Forza Neftçi” də narazı idi. Ötən mövsüm komandanın ən böyük dəstəkçisinin də liderləri etiraz əlaməti olaraq tribunalardan çəkilməyə məcbur olmuşdular. O zaman mən susdum. Fikirləşdim ki, bəlkə yeni klubdu, “Neftçi” miqyasını anlamır, tədricən düzələr. Baxmayaraq ki, “Forza Neftçi”də mənim çoxlu dostlarım var, susdum. “Neftçimania”da isə mənim nəinki dostlarım yoxdu, heç bir nəfəri də şəxsən tanımıram. Amma eyni səhv təkrarlanırsa bu dəfə susa bilmirəm. Demək ki, azarkeş uğursuzluğa görə nə vaxt tribunadan etiraz etsə, stadiondan qovdurulacaq. Yox, belə prezidentlə “Neftçi” uzağa gedə bilməz. Hətta, “Bney Yehuda”dan sonra “Komandanın qarşısına çempionluq və kubok məqsədi qoymuşuq” açıqlaması versə də, mən yüzdəyüz əminəm ki, “Neftçi” bu prezidentlə “Qarabağ”ın hegemonluğuna son verə bilməyəcək. Hə, bəlkə kubok ola bilər. Amma dağılmaq üzrə olan “Qəbələ”, çempionatda axırıncı yer tutan “Keşlə” də kubok aldı. Kubok alan Çempionlar Liqasına getmir. Kubok “Qarabağ”ın kölgəsindən çıxmağa kifayət etmir. Həm də, “Sabah”ın gücünü görəndən sonra heç kuboka da inam qalmır...
Qaldı-qalmadı, kubok-çempionluq oldu olmadı, Kamran Quliyev bu vəzifədən bu şəkildə yapışmamalıdı. Çünki başqa işdə daha uğurlu ola bilər. Kamran müəllimə də, “Neftçi”yə də uğurlar! Amma bir yerdə uğurlu olmaqları mümkünsüz görünür. Zənnimcə, SOCAR-dakı insanların da səbri və güvəni limitsiz deyil. Yəqin ki, yaxın günlərdə “Neftçi”də daha bir refreş olacaq. Hər kəs üçün xeyirlisi!
Anar ŞABANOĞLU
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq