Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Nazarovun Almaniyada növbəti qolu

Yazarlar
 Rauf Əliyevin son şansı...
Anar Şabanoğlu
 Allahverdi Bağırovun iradı...
Aydın BAĞIROV
 80 ilin ən qara üzü
Emin ABBASOV
 Olmayan Ağdam və olan Tovuz…
Aqil Abbas
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
4 ilin 1 nömrəsi: “Qarabağ”! – Şəkillər
Top 5
Topaz Premyer Liqada 2016/17 mövsümünə yekun vuruldu
Neymar biabır oldu - Video
“Yalnız 1 dəfə rəqibdən forma istəmişəm” - Messi
Ronaldodan antirekord
10 ildən sonra Premyer Liqanı tərk etdilər
Linklər
525ci Qəzet

"Böyük oyun" məni niyə kövrəltdi?!
A A A

[12.04.2016]
"Böyük oyun" məni niyə kövrəltdi?!

«Xəzər Lənkəran»la «Neftçi»nin «Böyük oyun»u son illər izlədiyim, hətta «Barselona” – “Real» matçından da maraqlı gəldi. Hətta kövrəldim də. Ağdamın 2 saylı məktəbində oxuduğum illər, məktəbin həyətində top qovaladığımız zamanlar gözümün qabağından keçdi.

Xosrov müəllim (jurnalist Vaqif Quliyevin dayısı) topu atırdı ortalığa, qov ki qovasan. Mən bu məktəbə Ağcabədinin bir kəndindən sonralar gəldiyim üçün bir az «çujoy» sayıldığımdan (bunlar da şəhər uşağı), çox zaman «zalatoy zapas»da otururdum, gözləyirdim görüm kimin qolun-qılçın əzəcəklər ki, «Abbasov qardaşları» da məharətini göstərsin.

Bəli, Xosrov müəllim topu atırdı ortalığa, qov ki qovasan. Azarkeşlərimizin sayı da «Xəzər Lənkəran» - «Neftçi» «Böyük oyun»un azarkeşlərinin sayından bir az çox olardı. Amma bizim azarkeşlər bizi söymürdülər, bir-birləri ilə dalaşmırdılar ki, polis gəlib dalaşanları saxlasın.

Xosrov müəllim topu atırdı ortalığa, «bey-beqi». Bizim də «Böyük oyun» olurdu, rus bölməsinin uşaqları ilə oynayanda. O zamanlar rus bölməsində oxuyanların hamısına elə rus kimi baxırdıq. Ölümünə oynayırdıq. Başqa vaxtlar hakimsiz oynasaq da, rus bölməsi ilə oynayanda meydançaya hakim də çıxırdı. Özü də hakimi başqa məktəbdən gətirirdilər ki, tərəfkeşlik etməsin. Çox vaxt hakimliyi də məşhur futbolçumuz Vüqar Nadirovun atası General Ərşad (Qarabağ müharibəsində batalyon komandiri, döyüşlərdə qəhrəmancasına şəhid oldu) edərdi. İndi hakimlər çox vaxt «Neftçi»nin tərəfini saxladığı kimi, General Ərşad da təbii ki, bizə üz görürdü.

«Xəzər Lənkəran»la «Neftçi»dən fərqli olaraq bizim məşqçilərimiz yox idi ki, həftə səkkiz mən doqquz dəyişəydilər. Kapitanların (kapitanlar da adətən vurub-tutan oğlanlar olurdu) sözü və hərdən yağlı söyüşləri uşaqların oyununu tənzimləyirdi. Allahverdi Bağırovun (Qarabağ döyüşlərində şəhid oldu, batalyon komandiriydi, Azərbaycanın Milli Qəhrəmanı) ən ağır bir söyüşü vardı: «Ay səni çörək tutsun».

«Xəzər Lənkəran»la «Neftçi»nin «Böyük oyun»unu çox maraqla izlədim, hətta «Barselona» - «Real» Madrid matçından da maraqlı gəldi mənə. Kövrəldim də. Orta məktəbdə oxuduğum illərdəki top-top oynamağımız gəlib keçdi gözlərimin önündən. Bax, biz də «Xəzər Lənkəran»la «Neftçi» kimi gözəl top-top oynayırdıq. Sadəcə olaraq, bizim məşqçilərimiz yox idi, bir də bunların topu bizim topdan çox bahalıdı. Həm də biz köynəklərimizə nömrələri rənglə yazırdıq, bunların köynəkləri «zavadskoy» yazılıdı.

Aqil ABBAS
"Ədalət" qəzeti

P.S. Və bizim top-top oynadığımız uşaqların çoxu Qarabağ müharibəsində şəhid oldular və elə qaldılar Ağdamda!

6538 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 

 
 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar
 
 
 
  30.04.17
22:30
  İrqçiliyə məruz qaldı, meydanı tərk etdi
20:55
  Nazarovun növbəti qolu - Video
20:36
  Əvəzedicilərin çempionatı yekunlaşdı
19:57
  La Liqaya vəsiqə qazandılar
19:16
  “Prosineçkinin xarici kluba keçmək ehtimalı yoxdur” - Elxan Məmmədov
19:00
  “Mançester Siti” autsayderlə bacarmadı - Video
18:25
  Eddinin komandasından qələbə
18:01
  "Kəpəz" azarkeşləri "İnter"lə oyunda - Video
17:30
  "Mançester Yunayted"dən xal itkisi - Video
16:50
  Nazarovun Almaniyada növbəti qolu
16:27
  Roma derbisində qonaqlar sevindi - Video
15:40
  "Kəpəz"in qələbəsi - Video
15:18
  Yığmamız son oyunda da uduzdu
14:50
  Millimizin İslamiada üçün yekun heyəti açıqlandı
14:10
  44 yaşlı qapıçıdan son dəqiqə qolu - Video
13:43
  “Kəpəz” azarkeşləri ilə sağollaşdı
12:50
  “Bəzi futbolçularımızla danışıq aparırıq” – Əmrah Çəlikəl
12:25
  Etopaz-da 74 canlı oyun
11:53
  “Kəpəz” artıq püxtələşib” – Şahin Diniyev
11:01
  Renat Dadaşov Almaniyada növbəti qolunu vurdu
10:40
  Bakıda uduzan boksçu Kliçkoya qalib gəldi
10:15
  "Neftçi" - "Qarabağ" - Video
01:20
  Kataloniya derbisini “Barselona” qazandı - Video
00:50
  "Barselona" liderliyini qorudu
00:45
  "Atletiko"dan 5 cavabsız qol - Video
00:15
  Bunu yalnız Ançelotti bacarıb
00:01
  Paşayev üçün 90 dəqiqə
  29.04.17
23:00
  "Bavariya"dan darmadağın - Video
22:41
  "Sumqayıt" - "Qəbələ" - Video
22:35
  "Bavariya" - ÇEMPİON
22:26
  Emin oynadı, komandası qalib gəldi
22:15
  10 ildən sonra Premyer Liqanı tərk etdilər
21:31
  Ronaldodan antirekord
21:16
  "Real"dan vacib qələbə - Video
21:02
  "Sumqayıt"da daha bir müqavilə
20:40
  Premyer Liqamızda mövsümün son oyunu - Şəkillər
20:12
  "Real" vahid lider oldu
20:06
  "Ya mənə dözməlisiniz, ya da vurub öldürməlisiniz" - Elxan Abdullayev
19:40
  "Dino hər oyunda qol vursa, lap yaxşı olar" - Qurban Qurbanov
19:27
  "Nə “Səbail”, nə də “Neftçi”dən təklif almışam" - Tərlan Əhmədov
19:25
  “Qarşımıza qoyulan məqsədə çatdıq” - Ayxan Abbasov
19:08
  Rauf və Ozobiç ən yaxşı bombardir oldu
18:54
  Federiko "Kəpəz"dən getdi
18:53
  Topaz Premyer Liqada 2016/17 mövsümünə yekun vuruldu
18:36
  "Zirə"yə Avroliqaya vəsiqə qazandıran qələbə - Video
18:34
  "Təsəllimiz odur ki..." - Samir Abasov
18:22
  "11 qolla bombardirlik gülməli göstəricidir" - Qriqorçuk
17:58
  "Zirə" Avroliqada
17:23
  İkiqat çempionluq: tarixdə 2-ci dəfə
16:39
  "Neftçi" - "Qarabağ" - heyətlər
16:26
  İnyesta zədələndi
15:46
  “Sumqayıt” – “Qəbələ”: heyətlər
15:27
  AZAL “Zirə” ilə oyuna ikinci heyətlə çıxır
15:18
  Gəncədə heyətlər açıqlandı – Nizami Hacıyev ehtiyatda
14:13
  “Barselona” və “Real” mühüm oyuna çıxır
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore