"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın 10-cu turunda AZAL-la oyun (1:0) və gələn həftə PAOK-la keçiriləcək oyunlar bağlı fikirlərini açıqlayıb.
Qol.az-ın xəbərinə görə, jurnalistlərə açıqlamasında ilk öncə o, zədəsi səbəbində AZAL-la qarşılaşmanı kənardan izləməsinə toxunub.
- Öz komandamın oyununa qıraqdan baxmaq çətindir. Oyun alınmayanda isə daha çətin olur. Ancaq yaxşı ki, fasilədən sonra komanda toparlandı, yaxşı oynadı və qələbə qazanadı.
- Nədən narazı qaldın?
- Ümumiyyətlə, sıx qrafiklə oynayırıq, yorğunluq var. Ot örtüyünün vəziyyəti də yaxşı deyil. Belə şəraitdə uşaqlardan nəsə narazılıq etmək düzgün deyil. Qələbə qazanmaq üçüb əllərindən gələni etdilər. Ümid edirəm ki, PAOK-la oyuna qədər bərpa ola biləcəyik.
- Özünü necə hiss edirsən? Zədən nə yerdədi?
- Mən Norveçlə və PAOK-la oyunlarda tam sağalmamışdım. Həkimlər də oyunlardan öncə demişdilər ki, oynasan, daha da pisləşəcək. Bu zədənin sağalmağına üç həftə vaxt lazımdır. Ancaq elə vacib matçları buraxa bilməzdim. İndi də müalicə gedir. Bu gündən fərdi məşqlərə başlamışam. Bilmirəm, növbəti oyuna hazır olacam, ya yox. Həm PAOK-la, həm də Şimali İrlandiya ilə vacib oyunlarımız var. Mənim üçün bu vəziyyətdə müalicə olunmaq çox ağırdır. Psixoloji olaraq sıxılıram ki, qarşıda o cür iki vacib oyun var, mən də qalmışam kənarda.
- Həm millinin, həm də "Qarabağ”ın qarşıdakı oyunlarını düşündükdə, seçim qarşısında olsan, hansı oyunda meydana çıxmaq istərdin?
- Biri "Qarabağ”, digəri isə milli üçün tarixi oyun ola bilər. Seçim etmək çox çətindir. Hər iki oyunda oynamağı çox istəyərəm. Heç olmasa, 10-15 dəqiqə də olsa, meydana çıxmaq istəyirəm. Düşünürəm ki, bəlkə də tam hazır olmasam, kənarda durmağım komanda üçün daha xeyirli olacaq. Necə məsləhət bilsələr, mən hazıram.
- Yunanıstandakı oyunu qrupun həlledici oyunu saymaq olarmı? PAOK-a qalib gəlsəz, qrupdan çıxmaq vəzifəsini böyük mənada həll etmiş olacaqsınız...
- Bəli, PAOK-la matç həlledici ola bilər. Aydın məsələdir ki, öz meydanımızdaki oyun da önəmli idi. Qələbə qazansaq, lap əhəmiyyətli hala gələcək. Rəqib evdə aqressiv oynayırlar. Güclü azarkeş dəstəyinə malikdirlər. Bir çox futbolçunu yaxından tanıyıram. İkisi "Dnepr”də, ikisi Türkiyə superliqasında oynayıb. Biri də "Qəbələ”də çıxış edib. Heyətlərini bilirik. Onlar da qrupdan çıxmaq üçü oyuna yaxşı köklənəcəklər. Bizi vacib və çətin oyun gözləyir. Hər iki komanda üçün çətin olacaq.
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın futbolçusu Premyer Liqaya yollanır
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
"Bu matça daha yaxşı hazırlaşmışıq" - "Sabah"ın futbolçusu
AFFA rəsmisi Tbilisidə stadionu qiymətləndirdi
"Barselona"da itki
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Mançester Siti" futbolçusunu icarəyə verdi
"Sabah"dan ayrılan futbolçu "Araz-Naxçıvan"da
“Barselona” Torres üçün 65 milyon avro istəyir
"Mənim üçün İnfantino dövrü çoxdan geridə qalıb"
"Liverpul"la razılaşdı
"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da
Misli Premyer Liqasında 1-ci tur - Nə vaxt və harada?
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
Tanınmış futbolçu "Boka Xuniors"da
Mourinyo "Mançester Yunayted"ə niyə "yox" deyib?
Azərbaycandan Hindistana üz tutdu - Rəsmi
İki boksçumuz qızıl medal qazandı
"Sabah"ın rəqibi Bakıya gəldi - Video
Levandovski əfsanələr siyahısında
"İmişli"dən ayrılan qapıçı bu klubda oynayacaq
PSJ-yə qayıtdı
Messinin kədər günü - Şəkillər
Messi Argentina mediasını məhkəməyə verəcək
Kostyuk: “Qarabağ’ yaxşı müdafiə olunur”
Toral Bayramov "Bursaspor"da ilk rəsmi oyununa çıxdı
"Borussiya" "Arsenal"a qalib gəldi
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"