UEFA 2015/16 mövsümü üçün Avropanın ən yaxşı futbolçusu adına layiq olan üç namizədin adını açıqlayıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumunun üzvü olan 55 ölkənin jurnalistləri arasında keçirilən sorğunun nəticəsinə əsasən, ən yaxşı üçlüyə Qaret Beyl (“Real”/Uels), Antuan Qrizmann (“Atletiko”/Fransa) və Kriştiano Ronaldo (“Real”/Portuqaliya) daxil olub.
İlk üçlüyə "Barselona"lı Lionel Messi və komanda yoldaşı Luis Suares düşməyib. Messi 24 xalla yalnız dördüncü, Suares isə 29 xalla beşinci ola bilib.
Qalibin adı avqustun 25-də Monakoda keçiriləcək mərasimdə açıqlanacaq.
Qeyd edək ki, bunadək həmin mükafatı Lionel Messi (2011, 2015), Andres İnyesta (2012), Frank Riberi (2013) və Kriştiano Ronaldo (2014) qazanıb.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur