"Qəbələ”nin hücumçusu Sergey Zenyov “Lill”lə oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Lill”lə cavab oyunu gözlədiyinizdən də çətin alındı?
- Komandamız meydanda çox istəkli idi. Hər kəs əlindən gələni edirdi. “Lill” sürətli oynamağa üstünlük verirdi. Lakin biz rəqibə meydanda istədiklərini etməyə imkan vermədik. Bunun da sayəsində qələbə qazandıq.
- Ümumiyyətlə, görüşə xüsusi şəkildə hazırlaşmışdınız?
- Oyundan öncə heç kimi motivasiya etməyə ehtiyac yox idi. Hər kəs necə rəqibə qarşı oynayacağını bilidi. Bu cür güclü rəqiblə hər gün qarşılaşmaq imkanın olmur.
- Nəticəni sürpriz sayanlarla razısan?
- “Lill”in səviyyəsi göz önündədir. Ancaq biz tam gücümüzlə mübarizə apardıq və layiqli qələbə qazandıq.
- “Lill” kimi rəqibi keçdikdən sonra artıq “Qəbələ” üçün qrup mərhələsinin minimal hədəf olduğunu söyləmək mümkündür?
- Növbəti mərhələdəki rəqibimiz də zəif olmayacaq. İşimiz asan deyil. Məqsədimiz ötənilki nəticəni təkrarlamaqdır. Bunun üçün də sonra qədər mübarizə aparacağıq.
- Hazırkı “Qəbələ”ni ötənilki komandadan güclü saymaq olar?
- Hələ ki oyunumuz alınır. Ötən il də mövsümə yaxşı başlamışdıq. Mən komandaları müqayisə etmək istəməzdim. Ötən il də, indi də heyətimizdə çox yaxşı futbolçular var.
- Oyundan sonra klub prezidenti Tale Heydərov komanda ilə görüşdü. Sizinlə görüşdə Tale Heydərov nə dedi?
- Bizi qələbə münasibəti ilə təbrik etdi. Bildirdi ki, çox gözəl nəticə qazanmışıq.
Mənbə: Futbolxeber.az
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur