“Bizim üçün vacib oyun idi. Stadionda çox gözəl, mehriban atmosfer hiss etdim”
Qol.az-ın Apasport.az saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsinin “Lill”lə cavab oyunundan sonra keçirdiyi mətbuat konfransında deyib.
Qriqorçuk qələbəni belə şərh edib: “Bu gün stadionda insanlarda qələbə arzusunu görürdüm. Stadiona gəlib bizə səmimi dəstək olan azarkeşləri sevindirmək istədik. Bu cür qələbələr bütün həyatın boyu yadda qalır. Sizinlə 15-20 il sonra qarşılaşanda da bu matçı yada salacağıq. Həqiqətən də, çox xoşbəxtəm. Həm klubun, həm ölkənin futbol imici yüksəldi”.
- “Qəbələ” “Lill”ə qalib gəlməklə Azərbaycan yığmasının Fransaya 0:10 hesablı məğlubiyyətinin revanşını aldı. Siz bunu bilirsinizmi?
- Dediyiniz amili bilmirdim. Bu, böyük futbolda atılmış növbəti addımdı.
- Çempionatda legioner limiti dəyişməlidirmi?
- Mən Azərbaycan çempionatındakı legioner limitinə görə təəccüblənirəm. Bununla heç kimi tənqid etmək istəmirəm. Amma mənim fikrimcə, legioner məsələsində limit olmamalıdı. Limitin olmasının yığmaya, klublara heç bir xeyri yoxdu. Hətta deyərdim ki, bu, bizə mane olur. Limitin aradan qaldırılması klublara qənaət də gətirə bilər. Heyətdə güclülər yer almalı, zəiflər kənarda qalmalıdı. Mənim məsələyə yanaşmam bu cürdü.
- Qələbəyə görə bizə qonaqlıq söz vermişdiz. Nə vaxt gedə bilərik?
- Sabah gün bir az batandan sonra saat 5-də “Cumeyra” otelində görüşə bilərik. Orda futbol oynaya, gəzə bilərik, sonra isə yemək yeyərik, sonra restorana gedərik (gülür).
- Bu qələbədən sonra sevinc hissi sizə yatmaq imkanı verəcəkmi?
- Elə bir rejimə öyrəşmişəm ki, saat 4-dən tez yatmıram. Bu gün qalib gəldikdən sonra da stress var. Amma bu, pozitiv stressdi. İstənilən halda yatmaq mümkün olmayacaq.
- Heyətdə olan hər bir futbolçunun çıxışı sizi qane etdimi?
- Ayrı-ayrılıqda hər birinin oyunu xoşuma gəldi. Xüsusilə taktiki planda həddindən artıq yaxşı oynadıq. Yalnız məcburi dəyişikliyə əl atdım. Ozobiç zədələnməsəydi onu əvəzləməyəcəkdim. Mexanizm öz işini görürdü.
- Siz “Çernomorets”də də tarix yazmısınız. Bunu sizin karyeranızın ən gözəl qələbəsi saymaq olarmı?
- Bu, çox vacib və qiymətli qələbə idi. Biri var pley-offa düşmək, biri də var qrupdan çıxmaq. “Çernomorets”də olanda biz PSV-ni məğlub edərək, bunu bacarmışdıq. Amma bu qələbəni həmişə xatırlayacam. “Lill” üzərindəki qalibiyyətlə fəxr edə bilərik.
- Hakimlikdən razı qaldınızmı?
- Hakimlər oyunu yaxşı apardılar. Düzdü, bir epizodda emosiyalı davrandım. Əksinə, ötən oyundakı hakimlər briqadası daha zəif idi.
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video