“Neftçi” Avropa Liqasının II təsnifat mərhələsinə yüksəldi. Ancaq Azərbaycanın ən köklü klubu “cırtdan” ölkənin - Maltanın kənd komandası olan “Baltsan”a öz meydanında uduzması ciddi narazılıq yaratdı.
“Neftçi”nin biabırçı oyunu ilə bağlı klubun sabiq vitse-prezidenti Tahir Süleymanov Qol.az-a müsahibə verib.
- “Baltsan”a məğlubiyyət “Neftçi”yə bağlı bir insan kimi sizə necə təsir etdi?
- Məsələyə əhatəli yanaşmaq lazımdır. "Neftçi" böyük klubdur. Dörd min əhalisi olan kənd komandası ilk görüşdə "Neftçi"nin adından qorxdu, çəkindi və evdə müdafiədən oynadı. Söhbət qələbə və ya məğlubiyyətdən getmir. Hətta qələbə qazanılmasına baxmayaraq, ilk oyun göstərdi ki, "Neftçi"də problemlər davam edir. Cavab görüşü bunu sübuta yetirdi. Mərhələ keçilməsinə baxmayaraq, "Neftçi"nin sadiq azarkeşləri də komandadan çox narazıdırlar. Səbəblər isə çoxdur.
- Vəli Qasımov oyundan sonra dedi ki, biz yaxşı yoldayıq. Həqiqətənmi onlar yaxşı yoladadırlar?
- Görünən kəndə bələdçi lazım deyil. İstənilən açıqlama verilə bilər. Reallıq isə göz önündədir. Komanda son 1 ildə dağıdılandan sonra özünə gəlməyib, gündən-günə nüfuzunu itirməkdədir. "Neftçi" ilə heç kim zarafat etməsin. Bu klub Azərbaycan futbolunun tarixi deməkdir. Komanda formalaşmayıb, transferlər vaxtında edilməyib və səviyyələri "Neftçi"yə uyğun deyil. Zəif rəqibləri "böyütmək”lə "Neftçi"ni kiçiltmək olmaz. "Baltsan"ın prezidentinin açıqlaması ilə tanışsınız, özü etiraf edir ki, biz kənd komandasıyıq."Neftçi"yə cavabdeh şəxslər, futbolçular isə bildirirlər ki, rəqib güclü idi. Bu, yolverilməzdir. Belə təfəkkür, düşüncə ilə Milan "İnter"inin qarşısına çıxsaydılar, onları infarkt vurardı. "Neftçi" böyük klubdur, böyük olduğu üçün sona qədər mübarizə aparıb Milanda son dəqiqədə qolumuzu da vurduq. Yanaşma bu çür olmalı və işlər düzgün qurulmalıdır."Neftçi" kimi klubda bəhanəyə yer yoxdur. İkinci mərhələyə çox ciddi hazırlaşmaq lazımdır.
- Vəli Qasımov “Neftçi”yə vaxt lazım olduğunu da dedi. “Neftçi” kimi klubu azarkeşlər nə qədər gözləyə bilər?
- Sualınızı faktla cavablandırım. Biz "Neftçi"ni Gededən sonra dağılmış vəziyyətdə qəbul etdik və heç kimdən vaxt istəmədik. Bəhanələri kənara qoyub "Neftçi"nin adına, tarixinə, nüfuzuna uyğun oyun göstərmək, nəticə qazanmaq lazımdır. Əks halda isə... Söhbət tək baş məşqçidən getmir. Klub baş məşqçi tərəfindən idarə olunmur. Baş məşqçi komandaya cavabdehdir. Baş məşqçi, futbolçulara isə rəhbərlik. "Neftçi" dağıdılmamalı idi. Yeni rəhbərlik son beş mövsümdə 3 çempionluq, 2 kubok, Avroliqanın qrupunda oynamış komandanı qəbul etmişdi.
- Uşaqdan böyüyə hər kəs bilir ki, problem daha çox rəhbərliyin yarıtmaz işindədi. Sizcə, bunu təkcə rəhbərlik özü dərk etmir, yoxsa onlar da bilir, sadəcə islərini tərk etmək istəmir?
- Bunu onlardan soruşsanız, daha yaxşı olar. Hərə öz bacardığı işlə məşğul olmalıdır. "Neftçi" ilə heç kim zarafat edə bilməz. Bunu har bir kəs dərk etməlidir. "Neftçi" futbolumuzun tarixidir. Zarafatın sonu gec-tez bumeranq rolunu oynayacaq. "Neftçi"nin milyonlarla azarkeşinin hissiyatı ilə heç kimin oynamağa haqqı yoxdur.
- Çıxış yolu nədədir?
- Çıxış yolunu sözdə yox, əməldə göstərmişik. "Neftçi" adına layiq uğurlarının davamını gətirməlidir. Hər kəs öz bacardığı işlə məşğul olsa, bu cür vəziyyət yaranmaz. "Neftçi" digər klubla
rı arxasınca aparmalıdır, arxasınca baxmamalıdır.
Ramiq AĞAMƏMMƏDOV
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə
“Qalatasaray” istəyinə ikinci hissədə çatdı - Video
Rüfət oynadı, komandası “Hayduk”a qalib gəldi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Mbappe və Ardanın qolları qələbə gətirdi - Video
Cəlalın komandasından böyükhesablı məğlubiyyət
I Liqada ilk tura yekun vuruldu
"Yuventus" - "İnter" matçında 7 qol vuruldu - Video
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi