“Qarabağ”ın futbolçusu Qara Qarayevin Qol.az saytına müsahibəsi
- Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “İnter”ə 4 cavabsız qolla qalib gəldiniz. Bu cür nəticəni gözləyirdiniz?
- Futbolda hər cür nəticə qeydə alına bilər. Hesabın 4:0 olması “İnter”in səviyyəsi ilə bağlı deyil. “İnter” həqiqətən də çox çətin rəqibdir. Meydanda onlara qarşı mübarizə aparmaq düşünmək və böyük güc tələb edir. Bizə qol buraxmamaq və imkan düşdükcə qol vurmaq tapşırığı verilmişdi. Sözsüz ki, kubok oyununda vurulan hər qol növbəti mərhələyə adlamaq üçün şansı artırır. Buna görə də hesabın 4:0 olması yerinə düşdü.
- Finala çox yaxınsınız. Həlledici oyunda “Neftçi” ilə qarşılaşmaq istərdiniz, yoxsa “Qəbələ” ilə?
- Rəqibimiz kim olsa, çalışacağıq ki, adımıza layiq oyun göstərək. Ancaq biz ilk növbədə finala çıxmalıyıq ki, bu barədə rahat danışaq. “İnter”lə cavab oyunundan sonra hər iki cütün taleyi həll olunacaq və onda rəqib haqda danışmaq olar.
- Topaz Premyer Liqanın növbəti turunda səfərdə “Zirə”yə qalib gəlsəniz, çempionluğunuz rəsmiləşəcək.
- “Zirə” son vaxtlar çempionatda yaxşı çıxış edir. Məncə, bizim üçün çox ciddi sınaq olacaq. Qalib gəlməyə borcluyuq. İndi ən vacibi odur ki, oyuna düzgün motivasiya olaq. Oyundan əvvəl çempion olub-olmayacağımız haqda fikirləşmək bizi uçuruma apara bilər. İnşallah, bu oyun həlledici olar, qalib gələrik və daha bir uğur qazanarıq.
- “Zirə”nin bu mövsüm öz meydanında uduzmadığını bilirsən?
- Bəli, süni ot örtüklü meydançada çıxış edirlər. Onlar orada məşq edirlər. Bundan başqa, öz meydanları olduğu üçün daha rahat oynayırlar. Biz də son oyunu süni örtüklü meydançada oynadıq. Düşünürəm ki, bizim üçün də problem olmayacaq. ”Zirə”nin öz meydanında məğlubiyyətsizlik seriyasını da qırmaq olar.
- “İnter”lə oyundan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl müsahibəsində bildirdi ki, komanda istədiyi kimi oynamır.
- Tahir bəyin fikrinə hörmətlə yanaşmaq lazımdır. O, futbolçularla daha çox vaxt keçirən klub prezidentlərindəndir. Onun hansısa istəkləri ola bilər. Ancaq biz baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Sözsüz ki, çatışmazlıqlar ola bilər. Tahir bəy həmişə bizim yanımızda olub. Dediyi bu fikirlər bizim məsuliyyətimizi daha da artıracaq.
- Bəlkə, klub prezidenti arxayınlaşmamağınız üçün belə fikir səsləndirib?
- Sözsüz. O, bununla bağlı bizimlə iclas keçirmişdi.Onun bizə ən böyük tövsiyəsi arxayınlığın olmaması ilə bağlı idi. Yəqin ki, bu cür danışmaqla da futbolçuları gizli şəkildə motivasiya edir.
- Rəşad Sadıqov müsahibəsində bildirib ki, cəbhədəki əsgərlərimizə baş çəkəcəyik. Bu yaxınlarda belə bir səfər planlaşdırırsınız?
- Yəqin ki, Qurban müəllimlə məsləhətləşəndən sonra Rəşad bizə də bir söz deyəcək. Biz həmişə ordumuza dəstək olmuşuq. Gedib, daha da yaxından dəstək olmağa hazırıq. Bu gün Qarabağı qorumaq üçün əsgərlər canından keçir. Təbii ki, onlar həm də “Qarabağ” komandasını qoruyur. Biz də Azərbaycan vətəndaşı olaraq hər birimiz onların xidmətində durmağa hazırıq. Bu, bizim borcumuzdur. Borcumuzu yerinə yetirməyə hər an hazırıq.
Ramiq AĞAMƏMMƏDOV
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə
“Qalatasaray” istəyinə ikinci hissədə çatdı - Video
Rüfət oynadı, komandası “Hayduk”a qalib gəldi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Mbappe və Ardanın qolları qələbə gətirdi - Video
Cəlalın komandasından böyükhesablı məğlubiyyət
I Liqada ilk tura yekun vuruldu
"Yuventus" - "İnter" matçında 7 qol vuruldu - Video
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi