Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə Bakı "İnter"inə 4:0 hesabı ilə qalib gəlib. Oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov Qol.az saytının əməkdaşı da daxil bir qrup jurnalistin suallarına cavab verib.
- Deyə bilərikmi, “Qarabağ” səfərdə qazandığı 4:0 hesablı qələbə ilə mərhələnin taleyini həll etdi?
- Çox gözəl nəticə qazandıq və finala az da olsa yaxınlaşdıq. Amma demək olmaz ki, hər şeyi həll etdik. Çünki futboldda 90 dəqiqənin sonunda gözləmədiyin nəticələr ola bilər. Bizi çətin cavab matçı gözləyir. Futbol arxayınlığı bağışlamayan idman növüdür. Ona görə də son qəqiqəyə kimi mübarizə aparacağıq.
- Heç kim bu nəticəni gözləmirdi. Nə baş verdi ki, “Qarabağ” meydanda belə amansız oldu?
- Sözün düzü, matçın ilk hissəsi bizim üçün çox ağır keçdi. “İnter” çempionatdakı son oyundan sonra bizi yaxşı analiz etdiyi hiss olunurdu. Hücum qurmaqda çətinlik çəkirdik. Fasilədə Qurban Qurbanov bizi yaxşıca tənbeh elədi. İkinci hissədə üstünlüyü ələ almağı bacardıq. Sevinirəm ki, istədiyimiz nəticəni əldə edə bildik.
- Süni meydança da sizə mane olmadı.
- Əslində çətinlik var idi. Hava da isti idi. Meydan sulansaydı, daha yaxşı olardı. Yay fəslinə yaxınlaşdıqca süni örtükdə oynamaq çətinləşir.
- Qarşılaşmanın ilk hissəsində ayağından zədə aldın. Ciddi bir şey yoxdur?
- Hər şey qaydasındadır.
- Böyük hesabla qələbə qazansanız da, klub prezidenti Tahir Gözəl açıqlamasında bildirdi ki, “Qarabağ” istədiyimiz kimi hücum futbolu göstərmədi.
- Bu fikirlə razıyam. Amma kubok oyunu idi və səfərdə oynayırdıq. Əsas qol buraxmadan qələbə qazanmaq idi. Biz də daha çox ilk hissədə müdafiəyə fikir verdik. Vurduğumuz qollar da baxımlı alındı. Daha sonra da ehtiyyatlı oynamağa çalışdıq. Çünki qarşımızdakı “İnter” idi. Heyətində təhlükəli futbolçular var. Ona görə də diqqətli oynayırdıq. Qol buraxsaydıq, işimiz daha çətin olardı.
- Vuqar Nadirov və Rauf Əliyev rəqibin heyətində ən istəkli futbolçular idi.
- Hər ikisinin xətrini çəx istəyirəm. Mənim üçün sevindirici haldır ki, həm Vuqar, həm də Rauf bu gün əsas heyətdə oynadılar. Meydanda da yaxşı mübarizə apardılar. Onlar milli komandanın da aparıcı futbolçularıdır. Əlbətttə, istəkli olmalıdırlar. Qol epizodları da oldu. Sadəcə, qapıçımız həmin epizodlarda yaxşı çıxış etdi və onların qarşısını ala bildi.
- Epizodların birində Mirhüseyin Seyidovun hakimə etirazına narazılığını bildirirdin.
- Mənim “İnter”in futbolçularının çoxu ilə münasibətim yaxşıdır. Qarşılaşmanın gedişində aramızda mehriban çəkişmələr olurdu. Əsas odur ki, heç bir problem yoxdur.
- Səfərdə qazandığınız bu üstünlükdən sonra cavab oyununda sadəcə hesabı qorumağa çalışacaqsınız, yoxsa hücum futbolu oynayacaqsınız?
- Hər oyunda qələbə qazanacağıq deyə bir şey yoxdur. Biz meydana çıxıb oyunumuzu oynayacağıq. Təbii ki, qələbə qazanmaq istəyirik. Çünki azarkeşlərimiz bizdən qələbə gözləyirlər. “Qarabağ” adında bir komandada oynayırıq. Ona görə də heç bir oyuna məsuliyyətsiz çıxa bilmərik.
- Premyer Liqada növbəti tur səfərdə “Zirə” ilə qarşılaşacaqsınız.
- Bu oyun da bizim üçün önəmlidir. Çünki çempionluğu rəsmiləşdirmək şansımız var. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun sərgiləyib çempionluğu təmin edək.
- Komandada mühit necədir?
- Hər şey yolundadır. Bir şeyi qeyd etmək istərdim ki, neçə gündür yenə cəbhə xəttində döyüşlər gedir. İnanın ki, bütün fikrimiz onlarladır. Əsgərlərimiz bilsin ki, biz onların yanındayıq.
- Hansısa cəbhə bölgəsinə gedib, əsgərləri ziyarət etmək haqqında düşünürsünüzmü? Yoxsa bunlar sadəcə sözdə belədir?
- Biz sözümüzün hər zaman arxasındayıq. Biz daima bu olayları onlarla yaşayırıq. Getməyə qalsa, təkliflər olub. Sadəcə, həmin vaxt cəbhədə vəziyyət gərgin olduğu üçün bildirdilər ki, istənilən yerlərə buraxılmayacağıq. Bizdə də hər gün məşqdir. 10-15 gündən bir istirahət olur. Amma elə bir niyyətimiz var. Uşaqlarla aramızda danışmışıq. Əsgərlərimizə mütləq baş çəkəcəyik. Biz onlardan fərqlənmirik. Lazım olsa, əsgərlərimizlə birlikdə savaşmağa da hazırıq. Biz əsgərlərimizə inanırıq. Bilirik ki, bir gün zəfər bizim olacaq və torpaqlarımız geri qayıdacaq.
Ergün SEYİD
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi